Bizi izləməyi unutmayın

#Araşdırma

Teymur Əliyev: Mirqəzəblikdən məsumluğa - ARAŞDIRMA

13-07-2019, 21:47 | 1072 dəfə baxılıb.

Teymur Şuşa şəhərinin tanınmış soylarından olan əliyevlərə mənsubdur. Bu sоyun ulu babası Allahverdidir. Allahverdi Şuşa şəhərinin Təbrizli məhəlləsində yaşamışdı. Ticarətlə məşğul оlmuşdu.
Allahverdinin Məmmədəli adlı oglu vardı.

Məmmədəli Allahverdi oğlu 1803-cü ildə Şuşa şəhərində anadan оlmuşdu. Mоlla yanında оxumuşdu. Ticarətlə məşğul idi. Pak Xоrasan tоrpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Məmmədəlinin törəmələri Əliyev soyadını daşıyırdılar.
Məşədi Məmmədəli Pəri ilə ailə qurmuşdu. Həsənəli, Kəlbəli, Cabbar adlı oğlanları, Xeyrənsə, Bəyim, Qızyetər adlı qızları varı.

Məşədi Məmmədəlinin ikinci oglu Kəlbəli 1836-cı ildə Şuşa şəhərində anadan оlmuşdu. Mоlla yanında оxumuşdu. Ticarətlə məşğul idi.
Kəlbəlinin Mahmud, Teymur, Əmir, Cavad adlı oğlanları vardı.

Mahmud Məşədi Kəlbəli oğlu 1863-cü ildə Şuşa şəhərində dоğulmuşdu. Molla yanında оxumuşdu. Ticarətlə məşğul idi.
Mahmud Bəyim Qulu qızı ilə ailə qurmuşdu. Teymur adlı oğlu vardı.

Teymur Mahmud oğlu Əliyev 16 oktyabr 1896-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Gənc yaşlarında vəfat etmiş əmisinin adını daşıyırdı. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Sonra Şuşa Real məktəbi bitirmişdi. 1915-ci ildə Stavrapol şəhərinə gedərək 1-ci kişi gimnaziyasına daxil olmuşdu. 1 may 1915-ci ildə gimnaziyanın tam kursunu bitirmişdi. Moskva Dövlət Universitetini seçsə də, sonradan fikrini dəyişmiş, 22 avqust 1915-ci ildə Kazan Universitetinə qəbul olmuşdu.

Teymur Əliyevin Kazan Universitetini haçan bitirməsi bəlli deyil, ancaq o, sənədlərdə ali təhsilli hüquqşünas kimi qeyd olunmuşdu.

Teymur Əliyev 1920-1921-ci illərdə Ali İnqilab Tribunalının sədri vəzifəsində çalışmışdı.
Artıq 1921-ci ilin əvvəllərində Hərbi-İnqilab Səhra Tribunalı və onun Azərbaycanın rayonlarındakı rəhbərlərinin törətdikləri cinayətlər böyük səsə-küyə səbəb olmuşdu. "Azərbaycan K(b) P MK Siyasi Bürosunun 23 yanvar 1921-ci il tarixdə keçirilən iclasında respublikanın müxtəlif qəzalarında Hərbi-İnqilab Səhra Tribunalının törətdiyi amansızlıqlar qəti şəkildə pislənmişdi.
Mərkəzi Komitənin səlahiyyətli nümayəndəsi Teymur Əliyev məruzəsində açıq-aydın demişdi ki, xalqın əmlakının tribunalın kollegiyası və xəzinədarı tərəfindən oğurlandığı aşkar edilib.
1921-ci ildə N.Nərimanovun sədrliyi, İ.Hacıbəylinin katibliyi, xalq komissarları Bünyadzadə, Məlikov, Vəzirov, Şahtaxtinski, T.Əliyev, Bağırov, Tağıyev, Qədirli, Ordubadski, Xalq Ərzaq Komissarlığının kollegiya üzvü İsmayılovun iştirakı ilə Azərbaycan SSR XKS-nin iyunun 28-də keçirilən iclasında “Ermənistan tərəfindən Muravyanın (Mravyan – Ə.Ç.) Azərbaycan XKS-dən xəbərsiz Qarabağa səlahiyyətli təyin edilməsi ilə əlaqədar olaraq Dağlıq Qarabağın sovet Ermənistanına verilməsi haqqında məsələ” müzakirə edildi. Məsələnin Qafqaz Bürosunda müzakirəsi üçün N.Nərimanovun Tiflisə səfəri nəzərə alınaraq, Azərbaycan K(b)P MK Siyasi və Təşkilat Bürosunun 27 iyun tarixli iclasının qərarı əsas kimi qəbul olundu. (Протокол заседание СНК Азербайджана. 28.06.1921. – ARSSA, f.1, siy.169, iş 249/II, v. 48; ARDA, f.379, siy.3, iş 9, v.10.)

Teymur Əliyev 1921-1922-ci illərdə Azərbaycan SSR xalq xarici ticarət komissarı vəzifəsində işləmişdi.

Teymur Əliyev 1922-1923-cü illərdə Naxçıvan Xalq Komissarları Şurasının sədri olmuşdu.

Teymur Əliyev 1923-cü ildə Zaqafqaziya xalq yer quruluşu komissarı vəzifəsində çalışmışdı.

Teymur Əliyev Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasında fəal iştirak etmişdi. 1923-cü ildə Azərbaycan SSR MİK və XKS-nin M.Qasımovun sədrliyi, T.Əliyevin katibliyi, Bünyadzadə, Məmmədyarov, Novruzov, Musabəyov, Kazımov, Şahbazi, Əfəndiyev, Bəylərbəyov, Çikarev, Stepanov, Rodionov, Qorobçenko, Bukreev, Borisov, Qaber-Korn, Abramov, İbrahimov, Ordubadski, Cəbiyev və Azərbaycan K(b)P MK katibi Ə.Qarayevin iştirakı ilə iyulun 21-də keçirilən iclasında “Qarabağ məsələsi üzrə komissiyanın məruzəsi” dinlənildi. Məruzəni D.Bünyadzadə etdi. Qəbul edilən qərara görə dağıdılmş Skobelevsk rus kənd icmasının torpağı Muxtar Vilayətə verildi; Şuşa şəhəri DQMV-yə daxil edildi; Qarabağın düzən hissəsində iki qəza təşkil edildi; sənəddə yazıldığı kimi, kürdlərin tutduğu ərazilərdə Kürdüstan qəzası yaradıldı; XKS-yə bu qəzaların dəqiq sərhədlərini və inzibati mərkəzlərini müəyyənləşdirmək tapşırıldı; DQMV İnqilab Komitəsi tərkibində 5 nəfər – Qaragözov (sədr) və üzvlər Bünyadzadə, Kostonyan, Kafiyev (Kafyan, Kafiyan – Ə.Ç.) və Çalyandan ibarət olmaqla təşkil edildi; DQMV-nin əsasnaməsini son olaraq işləyib hazırlamaq Qaragözov, Bünyadzadə, Çalyan, Vareykis və Manusyandan ibarət komissiyaya tapşırıldı; komissiyanın çağırılması Qaragözova tapşırıldı; komissiyanın iş müddəti bir həftə ərzində müəyyən edilməli idi; bu muxtariyyətin məqsədlərinin və əhəmiyyətinin izah edilməsi üçün Azərbaycan MİK kəndlilərə müraciətnamə buraxmalı idi. (Декрет ЦИК Азербайджана об образовании Курдистанского уезда. 21.07.1923. – ARSSA, f. 1, siy. 125, iş 303, v. 33 ; ARDA, f.379, siy.3, iş 67, v.63.) Göründüyü kimi, artıq bu qərar ilə Şuşa şəhəri də Muxtar Vilayətin tərkibinə qatıldı. Belə bir addım Şuşa qəzası əhalisinin iradəsinə tamamilə zidd idi.

Azərbaycan SSR MİK Rəyasət Heyətinin iyulun 4-də iclası keçirildi. İclasın sədri M.Qasımov, katibi isə M.Xanbudaqov idi. İclasda M.Məmmədyarov, Hacıbaba, Vatsex, Novruzov, M.Qədirli (xalq səhiyyə komissarı), F.Ordubadski (xalq xarici ticarət komissarının müavini), Sviridov (Zaqafqaziya Xalq Daxili İşlər Komissarlığı) və Teymur Əliyevin ( Zaqafqaziya xalq yer quruluşu komissarı) iştirakı ilə “Dağlıq
Qarabağ haqqında” məsələ (protokol №14) müzakirə edildi. Aşağıdakı məzmunda qərar qəbul edildi:
“1. a) Qarabağın dağlıq hissəsində mərkəzi Xankəndi olmaqla və başda İcraiyyə Komitəsi olmaqla Qarabağ Muxtar Vilayəti yaradılsın. b) İcraiyyə Komitəsi yaradılanadək Dağlıq Qarabağın idarə edilməsindən ötrü A.Qaragözovun sədrliyi altında İnqilab Komitəsi yaradılsın. v) İnqilab Komitəsinə 2 aydan gec olmayaraq sovetlər qurultayını çağırmaq tapşırılsın. q) Ə.Qarayevin sədrliyi altında A.Qaragözov, Sviridov, D.Bünyadzadə və Ç.İldırım üzvlər olmaqla, komissiya yaradılsın. Komissiyaya müəyyənləşdirmək tapşırılsın: 1.Muxtar Qarabağın sərhədlərini. 2.Aran Qarabağın inzibati hüdudlarını. 3. Kürdüstanın vəziyyətini”. (Протокол №14 заседания Президиума Азербайджанского Центрального Исполнительного Комитета Советов. 04.07.1923. – ARDA, f.379, siy.1, iş 7492, v.14; f.379, siy.3, iş 67, v.2; ARSSA, f.1, siy.125, iş 303, v.29; Выписка из протокола Президиума Азербайджанского Центрального Комитета Советов.
04.07.1923. – ARSSA, f.1, siy.31, iş 186a, v.38; Выписка из журнала постановлений Президиума Азербайджанского Центрального Комитета Советов. 04.07.1923. – ARSSA, f.1, siy.4, iş 51, v.6.)
Azərbaycan K(b)P MK katibliyinin 1924-cü il iyulun 1-də keçirilən iclasında (protokol №9) Dağlıq Qarabağ haqqında əsasnamə hazırlamaq üçün Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri M.Bağırovun sədrliyi altında Teymur Əliyev və A.Qaragözovdan ibarət komissiya yaradıldı. (Выписка из протокола №9 секретариата ЦК АК(б)П. 01.07.1924. – ARSSA, f.1, siy.74, iş 137, v.95.)

Teymur Əliyev 1924-1929-cu illərdə Azərbaycan SSR xalq maliyyə komissarı vəzifəsində çalışmışdı.

Teymur Əliyev 1929-1931-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsinin sədri vəzifəsində işləmişdi.

1931-ci ildən sonra Azərbaycandakı bir çox milli dövlət xadimləri kimi Əliyev də doğma respublikadan uzaqlaşdırılıb. O, 1932-1933-cü illərdə SSRİ MİK yanında Kommunal Təsərrüfat üzrə Ümumittifaq Şurası Rəyasət Heyətinin üzvü, Plan İdarəsinin müdiri vəzifələrində çalışıb.

Bundan sonra onun Moskvada da işləməsi rəva görülməyib və bu dəfə Qazaxıstana göndərilib. 1933-cü ilin mart-sentyabr aylarında Alma-ata Şəhər Sovetinin sədri, həmin ilin oktyabrından 1937-ci ilin martadək Qazaxıstan Xalq Komissarları Şurası Sədrinin birinci müavini olub. 1937-ci ilin may-iyun aylarında onu Azov-Qara dəniz diyarı Kommunal Təsərrüfat İdarəsinin rəisi vəzifəsində görürük. Ancaq bu vəzifədə çox qala bilməyib-3 iyun 1937-ci ildə "xalq düşməni" kimi həbs edilib. 21 aprel 1938-ci ildə Moskvada güllələnib. 7 mart 1956-cı ildə bəraət qazanıb. (Mərdanov M., Tahirzadə Ə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar, II cild, Bakı, "Təhsil", 2019, 552 səh. s.413-415)

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Araşdırma

Rüstəm Əliyev: DQMV-nin yaranmasına etiraz edən doktor - ARAŞDIRMA

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Yusif Salahlı - Üzeyir bəyin xalası oğlu-ARAŞDIRMA

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Umbay bəy Əmirov- Ənvər Çingizoğlunun araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının