Cəlilabad qaçaqlıq hərəkatında Qaçaq Həsən Bərcaninin yeri



(İsax Dağlının "Qaçaq Həsən Bərcani" adlı kitabı əsasında)

Təxminən 4-5 il bundan qabaq yaşlılardan Qaçaq Həsən haqqında bir-iki söz eşitdim. Həmin gündən etibarən Qaçaq Həsən mənim diqqət dairəmdə oldu. Bir neçə arxiv materiallarına baxmağıma baxmayaraq Qaçaq Həsənlə bağlı qənaət bəxş materiallar və məlumatlar əldə edə bilmədim. Qaçaq Həsəndən əlavə Cəlilabad şəhərində Qaçaq Ağakərim adlı bir məşhur qaçaq olub. Çox təəssüflər olsun ki, bu gün Qaçaq Ağəkərimlə bağlı bir kitab çap olunmayıb. Qaçaq Ağəkərimin fəaliyyəti, şəxsiyyəti haqqında Cəlilabad rayonunun Ləzran kəndinin sakini mərhum Məmmədov Mirzaqulu Vəli oğlunun əlyazma halında olan iri həcmli bir yazısı var.

Biz, çox ümid edirik ki, çox yaxın zamanda Qaçaq Həsən Bərcani kimi Qaçaq Ağəkərim haqqında da bir sanballı kitab çap olunacaq.

Təxminən bir ay bundan əvvəl həmyerlim, fəlsəfə üzrə elmlər doktoru, professor Sakit Hüseynovla görüşlərin birində söhbətimiz Qaçaq Həsən barəsində oldu. Mən də ona uzun zamandır ki, Qaçaq Həsənlə bağlı məlumat axtardığımı və hətta bir cümlə də olsun belə rast gəlmədiyimi söylədim. Sakit müəllim, gülə-gülə ayağa qalxaraq kitab rəfindən mənə qalın bir kitab gətirdi və dedi: "Bax, Qaçaq Həsən Bərcani ilə bağlı kitab mən də var. Mən də bu kitabı sənə oxumaq üçün verirəm".

Qaçaq Həsən Bərcani haqqında kitabı Cəlilabadın Buravar kəndində anadan olan İsax Dağlı tərəfindən yazıya alınıb, kitab halında 2013-cü ildə Kazan şəhərində çap olunmuşdur. Kitab iki hissədən ibarətdir: "İntiqam", və "Qaçaq Həsən Bərcani". "İntiqam" adlı bölmədə Yardımlının Buravar kəndində baş verən tayfaçılıq həyatından bəhs edilir.

"Qaçaq Həsən Bərcani" adlı bölmədə isə Qaçaq Həsənlə bağlı geniş bir məlumat yer almışdır.Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, XIX-XX əsr Azərbaycanın ictimai siyasi hadisəsi heç də düz xətli olmayıb. Bu dövrdə Azərbaycan ən böyük sevinci yaşadığı kimi("Azərbaycan Cümhuriyyəti"nin yaradılması 1918-ci il 28 may), həm də çoxlu kədərli anlar da yaşadı(1920-ildə XI Qırmızı Orudu "Azərbaycan Cümhuriyyəti"ni suquta uğratması, 1937-ci ildə amansız, qəddar reyimin xalqa bənzəri görünməyən qətliamı yaşatması).

XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrində qurulan amansız rejimə qarşı üsyanlar başladı. Bu üsyanlara da tanınmış, nüfuzlu el adamları başçılıq edirdilər.

Bu cür üsyanlar təbii ki, Azərbaycanın Cənub bölgəsində, xüsusilə də Cəlilabad rayonunda da baş verməkdə idi. Yuxarıda adını qeyd etdiyimiz Qaçaq Ağakərim Cəlilabad rayonunda baş verən ən böyük qaçaqçılıq hərakatının başçısı olub(bu haqda gələn yazılarımızda ətraflı məlumat verəcəyik).

Qaçaq Ağəkərim təkcə Azərbaycanda yox, həmçinin Cənubi Azərbaycanda da fəaliyyət göstərirdi. XI Qırmızı Ordu Bakıya gəldikdən sonra ölkədə Musavatçılara qarşı güclü təzyiqlər olundu. Buna görə də Musavatçılar bölgələrə geniş bir şəkildə yayılmağa başladılar.

Musavatçılar bölgədə özlərinə tərəfdar yığaraq, Bolşeviklərə qarşı mübarizə aparırdılar. Lənkəranda yaradılan Musavatçılar birliyində Qaçaq Həsəndə var idi. O, Məhəmmədəmin Rəsulzadənin şəxsi göstərişi ilə Göytəpə nahiəsində dövlət işində, yəni daha çox tərcüməçi kimi fəaliyyət göstərirdi. Lənkəranda yaradılan Musavat heyəti çox keçmədi ki, parçalandı.

Ona görə ki, yerli nümayəndlər içərisəndə Bolşeviklərə canla, başla qulluq edənlər az deyildi. Buna baxmayaraq heyət öz işini bir an olsun belə dayandırmır, əksinə daha da fəallaşırdılar. Qaçaq Həsən çox savadlı, təmkinli, mərd və çox güclü bir insan olub.

O, Göytəpə nahiyəsində çalışan zaman özünə bir çox tərəfdaşlar yığır və onların sayəsində baş verən ən son hadisələr haqqında məlumat əldə edir, onları isə silahdaşları, əqidədaşları ilə bölüşür ki, gələcək zərbədən özlərini qoruya bilsinlər.

Qaçaq Həsən Bərcanı Göytəpə nahiyəsində işləyə-işləyə Cənubi Azərbaycanla çox sıx əlaqədə olurmuş. Hətta Qaçaq Həsən İrandan Bərcana silah gətirmək üçün dostu Kərim bəydən köməklik istəyir.

O taydan bu taya silah gətirmək üçün üç nəfər təyin olur. Amma bu üç nəfərdən biri satqın olur. Həmin şəxs satqın olduğu üçün öldürülür. Bununla bağlı olaraq yuxarı qurumlar bir çox yalnış informasiyalarla xalqın Qaçaq Həsənə olan rəğbətini azaltmaq istəyirdilər. Belə bir ata sözü var: "qızıl palçıqda da parlayar". Bəli, Qaçaq Həsən Bərcanı əsil qızıl kimi, dəyərli, mərd oğul idi. Onun haqqında deyilən bu yalan informasiyalar ona heç bir xələl gətirə bilməzdi.

Qaçaq Həsən Bərcaninin göstərişi ilə o taydan bu taya silah gətirən adamlar bolşeviklər tərəfindən tutulur. Təbii ki, bu xəbəri eşidən Qaçaq Həsən çox pis olur. Amma bir neçə gündən sonra Qaçaq Həsən o dustaqları ordan qaçırdır.

O vaxt Göytəpə nahiyəsinin komandiri Şatrov adlı bir şəx olub. O, qaçaq Həsənə əvvələr çox inanırmış. Bu məsələni eşidər-eşidməz Həsəni yanına çağırar və Həsənə çoxlu suallar verir. Ancaq Həsən çox məharətlə bu işin altından çıxır. Daha sonra yenə bolşeviklər Muradxan, Məhəmməd, Vəli və Cəfər adında şəxsləri tuturlar.

Hadisələr elə bu zəmində daha geniş vüsət tapır. Bu adamların tutulmasından sonra Qaçaq Həsən artıq Göytəpə nahiyyəsində işləməsinin son günləri idi. O, nəyin bahasına olursa-olsun o şəxsləri həbsdən qurtarmalıydı. Qaçaq Həsən bir dəstə adamı zirzəmi yaxınlığında yerləşdirərək ondan xəbər gözləmisini tapşırdı. Artıq bu Qaçaq Həsən üçün son yol idi. O, hər şeyi gözə alaraq zirzəmiyə daxi oldu. Şatrovun ətrafında Marabyan, Akopyan adlı iki şəxsdə olur. Qaçaq Həsən zirzəmiyə Marabyanı aldadaraq salır və elə orada da onu öldürür. Tutulan şəxsləri azad edərək bayıra çıxdılar. Hər şeydən öncə Qaçaq Həsən çox güclü bir ovçu olub. Onun atdığı düz hədəfə dəyirmiş. Həmçinin Qaçaq Ağakərim də çox güclü ovçu olub. Onunda bir atdığı iki olmayıb. Həsən Bərcanı bununlada qaçaqçılıq həyatına qədəm qoyur. O, iki komandiri və bir neçə əsgəri öldürür. Bu xəbər tez bir zamanda ətraf bölgələrə çox surətlə yayılır. Həmin zaman S.M.Kirov Qaçaq Həsən Bərcani haqqında göstəriş verir. İsax Dağlı kitabında yazır:

"...Hərbi bölmədə baş vermiş hadisə bizi çox təəssüfləndirdi. Bütün qüvvələrinizi toplayıb qaçaq Həsən İsa oğlunu tutub Bakıya göndərin! Qaçaqlarla mübarizəni gücləndirməklə bərabər onları xalqın gözündən salmaq üçün əməliyyatlar hazırlayın! S.M.Kirov". Bundan sonra Qaçaq Həsən öz ətrafına dəstə yığır. Rayonun müxtəlif kəndlərində vuruşurlar.

Və beləcə onun qaçaqçılıq həyatı öz axarı ilə davam edir. İsax Dağlı kitabın sonunda Qaçaq Həsənlə bağlı bir çox şəxslərin xatirələrini verir. Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, İsax Dağlının "Qaçaq Həsən Bərcanı" adlı kitabı bölgə qaçaqçılıq hərəkatını öyrənilməsində çox böyük köməklik göstərəcək bir kitab olacaq. Ümid edirik ki, bu yaxınlarda Qaçaq Ağakərimlə bağlı bir kitabda çap oluna! Allahdan Qaçaq Həsən və Ağakərimə rəhmət diləyir, ruhlarının şad olmasını arzu edirik!

İlkin Elsever
Folklor üzrə tədqiqatçı

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi