BİTİK bitmək deyil, başlamaqdır... - ARAŞDIRMA



Bitik-dilimizin erkən dönəmində yazı, kitab və digər anlamlarda işlənmişdir.

Bitik dilimizdə işlənən doğma sözlərin kökцndə dayanan B, T, K hərflərindən ibarətdir. Bu üç hərf dilimizin mayası, çalası, nüvəsidir.

BTK-dan bitik, bitki, butak (yuva, qol, qanad…), bətək (yuva, yurd, vətən) sözləri yaranıb.
Bu hərflərin hər birinə N hərfi əlavə ediləndə yaşam qaynağı, başlanğıc yer anlamlarında söz əmələ gəlir. Ban-kosmos, Tan-göy, Kan-yer və yerin təki.

Hər birinə Q hərfi qoşsaq qüds, qutsal bir varlıq ifadə edir. Baq-Allah, Taq-dağ, Kaq-kahin, qam, şaman.

Əgər Y hərfini əlavə etsək zənginlik anlamını bildirən söz yaranır. Bay-bay, bayan, bayram, Tay-tay, tayan, Kay-kay, kayan.

Bəzi bilginlər iddia edirlər ki,bit "yazmaq" sözü Çində yaranıb, türk dilinə keçib.
Bit - türkcə qələmdir. Cızmaq üçün biz, biçmək üçün biçaq (pıçağın əski variantı) var.
Bitin pit variantı da var ki, cadu-piti sözündə daşlaşıb. Piti sözü klassik ədəbiyyatımızda «məktub» mənasında işlənmişdir. Dədə Xətai deyir:
Öz halımı ərzu faş qıldım, Yaşımla pitiyi yaş qıldım.

Biti // bıtı – sözü “yaz, həkk et, yazı” mənasında türk dillərinin qədim OrxonYenisey abidələrində, o cümlədən Azərbaycan dili abidələrində yaz(maq), yazı sözləri ilə paralel işlənmişdir. Bu felə M.Qaşğarlının lüğətində də rast gəlinir. Məs: Ər bitig bitidi. / Adam yazı yazdı (Kaşğarlı M. “Divani-lüğat-it-türk”. Ankara: 1939-1941. 3 cilddə. I c. 539 səh.; II c. 366 səh.; III c. 452 səh., s.325).
Qeyd etməliyik ki, bu feil həm oğuz, həm də uyğur abidələrində geniş istifadə olunub. Abidələrin dilində “bitig” şəklində də işlənmişdir. Məs: Bark itgüçi, bədiz yaratığıma, bitig taş itkügi Tabğaç Kağan çıkanı çanq səngün kəlti (KT şm13) / Sərdabə tikən, naxış yaradan, yazılı daş düzəldən Tabğaç xaqanın qohumu Çan sənin gəldi. Bundan başqa, Bəngü taş tokıtdım, bitidim (KT k13) / Abidə daşını tikdirdim, yazdırdım.

“Bitik” feli uyğur abidəsi olan “Irk Bitik” abidəsinin adında da keçir. Bu abidənin digər adları isə “Bəxtnamə” və “Falnamə” adlanır (Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri. Bakı: Maarif, 1993, 352 s., s. 6).
Biti//bıtı–feili indi müasir ədəbi dilimizdə işlənməsə də, onu yalnız şifahi nitqdə, o cümlədən qərb, şimal-şərq, şimal dialektlərində bir-iki ifadənin tərkibində rast gəlmək olur. Məs: yazı-bitik; dua-pitik; cadu-piti..

Qaraxanlı lüğətindən gətirdiyimiz örnəklər:
bitik Kitab. (DLT I)
bitiklik -Yazı yazmaq üçün hazırlanan nəsnəlerə verilen ad. (DLT II)
bitil- Kitab vb. seylərin yazılması. (DLT II, KB, AH, DH)
bitilgən Yazılı olan. (DLT II)
bitil- Yazılmaq, təqdir edilmək, fərz qılınmaq. (KT)
bitin- (I) 1. Şəxsin özünü kitab yazarı olaraq göstərməsi.(DLT II) 2. Yazılmaq. (DLT II, KB)
bitin- (II) Yazılmaq, Qeyd edilmək. (KT)
bitis- (I) Kitab yazmada yardımlasmak, yarısmaq. (DLT II)
bitit- Kitab vb. seyləri yazdırmaq. (DLT II, KB) (KARAHANLI TÜRKÇESİ SÖZLÜGÜ, Kütahya, 2006, s.161)

Ta əlavə nə olsun?

Tarixən bıç\\biç, biçik\\bitik (kitab), bıçkı\\biçmək sözlərində də səs əvəzlənməsi hadisəsi baş vermiş və yeni sözlər yaranmışdır. Biçik'kitab' sözündən biçiqeş 'kitabça' sözü əmələ gəlib.

Ən qədim yazı aləti bizdir. Bizlə nəyisə cızanda qıpçaqlarda cız, oğuzlarda yız deyilirdi. Yazı sözü belə yarandı. Yaz-maq, qaz-maq kimi iş feillərində z fоnemi (оrta qiymətli) təsirin və təzahürün - işin nəticəsinin əlamətini anladır.

Bizim bitikdə bitmək yoxdur, başlamaq var.

Ənvər Çingizoğlu
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi