Məhəmmədbağır xan Naxçıvani: Mühacir general - ARAŞDIRMA



Məhəmmədbağır xan bir Naxçıvanilı muhacir ailəsinə mənsubdur. Kökcə Kəngərli elinə bağlıdır. Valideynləri öncə Urmiya, sonra Təbriz şəhərində məskunlaşmışdı. O, öncə mollaxanada, sonra hərbi məktəbdə oxumuşdu. Naib (leytenant) rütbəsi ilə hərbi xidmətə başlamışdı.

Məhəmmədbağır xan Naxçıvani İran Kazak briqadasında xidmət etmişdi. Rusiya vasitəsilə Avropaya gedən zaman rus kazakları ona möhtəşəm bir parad nümayiş etdirdilər. Bunu çox bəyənən Nasirəddin şah çardan xahiş etdi ki, bu cür qoşun rus təlimatçıları tərəfindən İranda da yaradılsın. Nasirəddin şah Qafqaz canişini böyük knyaz Mixail Nikolayeviçdən bir daha xahiş edir ki, İranda Kazak dəstəsinin yaradılmasını sürətləndirsin. Mixail Nikolayeviç də öz növbəsində çara bu barədə məruzə edir. Çar ona sərəncam göndərir ki, hazırlığa başlasın. (Павлович М . П. К азачья бригада в Персии (из истории персидской контрреволюции). — Новый Восток, кн. 8–9, Москва, 1925, с. 181.)

1879-cu ildə İranda kazak briqadasının yaradılması üçün fərman verildi; bu briqada üçün zabitlər Peterburqdan göndərilirdi. Elə həmin il A. İ. Domantoviçin başçılığı ilə Tehrana hərbi missiya göndərildi. Briqadanın yaradılması üçün 400 suvari ayrıldı, sonra onları sayı artırıldı. 1880-ci ilə qədər briqada tamamilə formaşaldırılmışdı və iki alaydan ibarət idi.

Məhəmmədbağır xan Naxçıvani Kazak briqadasında Əmir Tuman (briqadir) rürbəsinə, sonra Mir Pənc (general-mayor) rütbəsinə layiq görülmüşdü.

Məhəmmədbağır xan Naxçıvani Əmir Müvəssəq ləqəbini daşıyırdı.

Məhəmmədbağır xan Naxçıvaninin Məhəmməd xan adlı oğlu vardı.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi