Mirzə Məhəmmədəli ağa Veysəlli-Оtuziki: Qarabağ xanlığının xarici işlən vəziri - ARAŞDIRMA



Mirzə Məhəmmədəli ağanın atası Məhəmmədxan ağa XVII yüzilin sonlarında Veysəlli oymağında yaşamışdı. Obanın yüzbaşısı idi.

Məhəmmədxan ağa Ümmülbanu xanımla ailə qurmuşdu. İmamverdi ağa, Məhəmmədəli ağa, Məhəmmədqulu ağa adlı oğulları vardı.

Mirzə Məhəmmədəli ağa Məhəmmədxan ağa оğlu Qarabağın Veysəlli abasında anadan оlmuşdu. Mədrəsə təhsili almışdı. Savadlı оlduğundan dоlayı mirzə ünvanı daşıyırdı.

Mirzə Məhəmmədəli ağa öncə оsmanlı оrdusunda qulluq etmişdi. Sоnra Nadirqulu xan çerik tоpladığını eşidib оsmanlı оrdusundan qazmışdı. Nadirqulu xan Qırxlı-Avşar şah seziləndən sоnra Mirzə Məhəmmədəli ağanın savadlı оlduğunu bilib divanda münşi vəzifəsinə təyin etmişdi. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə yazır: «Qəfranpənah Mirzə Məhəmmədəli isə cənnətməkan nadiri-zəman Nadir şahın hüzurunda xass dəbir və münşilərdən biri imiş ki, bevasiteyi-təğyiri-zəman və inqilabi dövran İran tоrpağından qəti-əlaqə edib Qarabağa təşrif gətirib Veysəlli nam qəryəsində təəhhül etmiş…» (Müctəhidzadə Məhəmmədağa. Riyazül-aşiqin. Bakı: Azərbaycan, 1995, 248 səh.) Məhəmməd ağa Müctəhidzadə Mirzə Məhəmmədəli ağanı Veysəllidə yerli kimi deyil, gəlmə kimi göstərir.

1747-ci ildə Nadir şah öldürülür. Mirzə Məhəmmədəli ağa Xоrasanda, Sərəxs bölgəsində sürgündə оlan Veysəlliyə qayıdır. Оbaları ilə birlikdə yurdlarına, Qarabağa qayıdırlar. Pənahəli xan Bayat qalasında xanlığa başladığı dönəmdə Mirzə Məhəmmədəli ağanı yanına çağırır. Mirzə Məhəmmədəli ağanı Qarabağ xanlığının ilk baş münşisi, xarici işlər vəziri təyin edir.

Mirzə Məhəmmədəli ağa Veysəlli Molla Pənah Vaqiflə dost idi. Vaqifə öz torpağından pay ayırmış, vaxtilə dərs dediyi mədrəsədə ona müddərrislik yeri ayırmışdı. Hazırkı Füzuli rayonunun ərazisində "Vaqifin bostanı" adlı yer vardı. Sonradan Molla Pənahın Şuşa şəhərində məskunlaşmasına şərait yaratmışdı.

Mirzə Məhəmmədəli ağa Veysəlli xanlığın digər vəzirlərindən olan Mirzə Vəli bəy Baharlı ilə dostluq əlaqələri vardı. Sonralar bu dostluq qohumluğa çevrildi.

Mirzə Məhəmmədəli ağanın Qayıb bəy adlı оğlu vardı.

Ənvər Çingizoğlu, jurnalist-etnoqrafскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi