Yuxarı Yalıncaq kəndi: Özü gedib, izi qalmış yurd - ARAŞDIRMA



Yuxarı Yalıncaq kəndi Orta çağda Qarabağın Arazbar qəzasında qərar tuturdu. 1593-cü ilə bağlı Оsmanlı qaynağında kəndin adı Yuxarı Salıncaq biçimində qeyd оlunub. [«Gəncə—Qarabağ əyalətinin icmal dəftəri», İstanbul Başbaкanlıq Arşivi, Tapu № 699].

1727-ci ilə bağlı Оsmanlı qaynağında yazılır: «Kənddə heç kim yaşamır. Yuxarı Yalıncaq kəndi üzrə dənli bitkilərdən əldə edilən gəlir: 26.000 ağça» [Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı. «Şuşa» nəşriyyatı. 2000. 576 səh. s.474].

Yalıncaq - türk dilində lüt, çılpaq, kasıb anlamındadır. Qədim bir ata sözü: Ac evә gәlur, yalıncaq yabana gedәr [Saməd Əlizadə, Oğuznamə, Bakı: Şərq-Qərb, 2006, 213 səh., s. 53] "Kitabi-Dədə Qorqud"da Dirsə xanın xatını söyləmişdi: "Ac görsən, toyurğıl! Yalıncaq görsən, tonatğıl!" [Kitabi-Dədə Qorqud. Bakı, Yazıçı, 1978].

XV əsr Azərbaycan şairi Yusif Məddah deyirdi:
Həp yalıncaq eyləyəm, qamçı uram.
Andən iş qılam sana, ey bîxəbər! [http://azerbaycan.diledebiyat.net/eski-azerbaycan-edebiyati/yusuf-meddah].

Qədim Anadolu ləhcəsində yalıncaq - çırılçıplak. Yalıncag u yayak u bir pulu yok/ Ümizi inen azacuk, fikri çok (Süheyl ü Nevbahâr) (Çıplak, yalınayak vaziyette beş parasızdı. Umudu iyice azalmış ama düşüncesi çoktu.) [Salan, E. (2015), Eski Anadolu Türkçesinde “Sanki” Anlamlamında Kullanılan Cümle Kökenli Bağlaçlar, Turkish Studies-International Periodical for the Languages, Literature and History of Turkish or Turkic, 10/16, 995-1010.s.730]

Yuxarı və Aşağı Yalıncaq kəndlərinin əhalisi Orta çağda zorla Osmanlı məmləkətinə köçürülüb. Hazırda Türkiyənin Sivas ilinin Hafik ilçəsinə bağlı Yalıncak adlı bir kənd var. Kəndin tarixi haqqında bilgidə yazılır: "Yalıncaq kəndinin türk Ələvi-Bəktaşi ərənləri tərəfindən qurulduğu bilinir". [https://tr.wikipedia.org/wiki/Yalıncak,_Hafik]. Türkiyənin Trabzon ilinin Ortahisar ilçəsində Yalıncaq adlı bir məhəllə vardır. [https://tr.wikipedia.org/wiki/Yal%C4%B1ncak,_Ortahisar].

Toponim bir bəlgədir, sənəddir. Tarixi özündə əks etdirir. Hər bir yer, yurd xalq tərəfindən verilən adı ilə tanınır və bu adla da tarixdə yaşayır. Xalqın tarixinə dair ən xırda cizgiləri belə özündə qoruyub saxlayan, zamanın sınağından çıxan yurd adları (toponimlər) dilin ən qədim qatlarını mühafizə edib gələcək nəslə çatdırır. Yalıncaq adı da bu qəbildəndir.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi