Sultan Murad mirzə Hüsamüssəltənə: İngilislərə qalib gələn sərkərdə - ARAŞDIRMA



Sultan Murad mirzə Qacar elinin Qovanlı oymağındandır. Qacarlar dövlətinin hökmdarı Fətəli şahın nəvəsi, vəliəhd Abbas mirzə Naibəssəltənənin oğludur. İran tarixi ədəbiyyatında "Heratın fatehi" kimi tanınır.

Abbas mirzənin оnüçüncü оğlu Sultan Murad mirzə fevral 1822-ci (bəzi sənədlərə görə 1818-ci) ildə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili görmüşdü. Atasının yanında hərb sənətini öyrənmişdi.

Sultan Murad mirzə 1837-ci ildə Qaradağ vilayətinin hakimi idi.

Sultan Murad mirzə 1850-ci ildə Xоrasan əyalətinə vali təyin оlmuşdu. Həsən xan Saların fitnəsini dəf еdəndən sоnra, 1850-ci ildə Hüsamüssəltənə ləqəbini aldı. O, Həsən xanı və qardaşı Məhəmmədəli xanı, eləcə də Saların iki oğlu Əmiraslan xanla Yəzdanbəxş xanı həbs edərək zərərsizləşdirmişdi. 1853-cü ilədək bu əyalətin valisi olmuşdu.

Sultan Murad mirzə Hüsamüssəltənə 1859-cu ildən 1861-ci ilədək Fars əyalətinə başçılıq etmişdi.

Sultan Murad mirzə Hüsamüssəltənə 1861-ci ildən 1866-cı ilədək yenidən Xorasan əyalətinə vali təyin edilmişdi.

Sultan Murad mirzə Hüsamüssəltənə 1866-cı ildən 1870-ci ilədək yenidən Fars əyalətinə vali olmuşdu.

Sultan Murad mirzə Hüsamüssəltənə 1870-ci ildən 1871-ci ilədək Yəzd əyalətinə başçılıq etmişdi.

Sultan Murad mirzə Hüsamüssəltənə 1871-ci ildən 1872-ci ilədək İsfahan əyalətinin valisi vəzifəsini icra etmişdi.

Sultan Murad mirzə Hüsamüssəltənə 1872-ci ildə üçüncü dəfə Xorasana vali göndərilmişdi. O, bu vəzifədə 1873-cü ilədək çalışmışdı.

Sultan Murad mirzə Hüsamüssəltənə 1873-cü ildə üçüncü dəfə Fars əyalətinə vali vəzifəsinə təyin edilmçişdi. 1875-ci ilədək bu əyalətdə vali olmuşdu.

Sultan Murad mirzə Hüsamüssəltənə sonra 1875-ci ildən 1876-cı ilədək Kürdistan və Kirmanşah əyalətləri də onun hakimiyyətinə qatılmışdı.

Sultan Murad mirzə Hüsamüssəltənə Nasirəddin şah Qacarın hakimiyyəti dövründə Herat döyüşünə başçılıq etmişdi. İngilislərin əfqanlara yardım etməsinə baxmayaraq Hüsaməssəltənə qalib gəlmişdi.

Sultan Murad mirzə Hüsamüssəltənə 1883-cü ildə vəfat edib.

Sultan Murad mirzə Hüsamüssəltənənin Əbunəsr mirzə, Əbülfət mirzə adlı оğulları, Sürurəddövlə xanım adlı qızı vardı.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi