Yоlbaş kəndi: Tarixi yaşadan toponim - ARAŞDIRMA



Qədim zamanlarda Qarabağın Arazbar qəzasında kənd kimi qərar tuturdu. Feоdal ara savaşları dönəmində əhalisi köçürülüb. Ərişə kəndinin qоnşuluğunda imiş. XVIII yüzilin önlərində Оtuziki elinin İmirli, Оzan оymaqları burda qışlaq salıb, əkinçiliklə məşğul оlurmuşlar. [Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı. «Şuşa» nəşriyyatı. 2000. 576 səh. s.477].

Qədim türk dövlətlərində böyük yollara yolbaşı, yolağası kimi rütbəli məmurlar təyin edirdilər. Yolbaşılar gömrük məmuru vəzifəsini icra edirdi.
Əski bir bayatıda deyilir:

Kəsdirib, yоl başını,
Gözlərsən Yоlbaşını.
Gəlmədi elin, Lələ,
Dizə vur, yоl başını.

Türkiyənin Mardin vilayətinin Midyat ilçəsinə bağlı Yolbaşı adlı məhəllə var.

Bir çox tarixi qaynaqlarda yolbaş tayfa adı kimi göstərilib. Yolbaş tayfasının alabaş qolu da olub. Alabaş - sayak qırğız tayfa yarımqrupu etnonimidir. Bu etnonimin birinci komponentinin (ala) semanti- kası türk dillərində demək olar ki, eynidir: ala+baş- baş- qırd dilində: д/а-«пестрый», «пятнистый», «пегий» (БРС, 1996,22); özbək dili: о/а-«пестрый», «пятнистый», «пегий», «рябой»(УРС, 1969,300); tatar: ala- «пегий», «пестрый», «пятнистый» (Тат.РС,1993, 23); Sibir tat: ala «пестрый», «пегий», «полосатый», «с большими пятнами» ; qazax: ala - «пестрый», «пегий», «неодинаковый» (Каз.РС,28); türk .alaca - «пестрый» (ТрРС, 1994, 14); özbək: boş «голова», «начальник», «предводитель», «макушка», «начало» (БРС, 1996,22); çuvas: puç «голова» (РЧС,1992,35); vakut: bas «голова» (ЯРС, 1994, 19); türk: baş «голова (Тр.РС, 1994,35); qazax: bas «голова», «начальник», «глава», «старший», «вершина», «начало» (КРС,2001,с.72); tatar: baş «голова», «начальник»,«руководитель», «глава», «главарь», «вершина», «верховье», «начало»(ТРС,1993, 40). Göründüyü kimi, bütün türk dillərində bu etnonim (alabaş) ləqəb mənalı semantikaya malikdir. V.V.Radlovun lüğətində də bu mənada qeyd olunmuşdur (Радлов В.В. ОСТН.,1 часть, 1 том, СП (б),1893. I т.,1 ч., 357). “Qədim türk lüğəti”ndə ala - eyni mənada verilmişdir (ДТС, 32).

Azərbaycan dilçiliyində toponimlərinin izahı bu və ya başqa istiqamətdə aparılmışdır. Yer-yurd adlarının geniş, elmi təhlili əraziyə iddia edən düşmənlərimizə kifayət qədər etibarlı və tutarlı cavab ola bilər.

Toponimik tədqiqatlar bölgənin tarixi, etnoqrafiyası və coğrafiyası haqqında qiymətli faktlar ortaya çıxarır. Tarixi-linqvistik və tarixi-coğrafi metodların köməyilə coğrafi adların müasir sisteminin formalaşmasını, strukturunu (etimologiyasım) bərpa etmək olur və bu onlarm etimologiyası haqqında fikir yürütməyə imkan verir.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi