Bizi izləməyi unutmayın

Kupçalar qapınıza gətiriləcək - Abşeronlulara şad xəbər - FOTO

Автор: INTIQAMADMIN от 20-02-2016, 14:21
Kupçalar qapınıza gətiriləcək - Abşeronlulara şad xəbər - FOTO
Abşeronda "Kütləvi çıxarış" kampaniyası həyata keçirilir.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, ƏMDK daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərin bilavasitə vətəndaşların ünvanına çatdırılması, daha sədələşdirilmiş şəkildə çevik təqdim olunması məqsədilə "Kütləvi çıxarış" kampaniyasını davam etdirir.

Kampaniya çərçivəsində xidmətlərin mobil qaydada ünvanlara çatdırılması, bu sahədə əlçatanlığı, vətəndaşların rahatlığını və xidmətlərdən məmnunluq səviyyəsini daha da artırır.

"Kütləvi çıxarış" kampaniyası növbəti dəfə 20 fevral 2016-cı il tarixində Abşeron rayonunun Mehdiabad qəsəbəsində keçirilib. Kampaniya çərçivəsində 100-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib. Kampaniyada "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Qanuna əsasən, vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında onlara çıxarışlar verilib.

Belə sənədlərə mənzillərə dair orderlər, aktlar, mülkiyyət barədə qeydiyyat vəsiqələri, torpaq sahəsinə dair sovet dövründə sovxoz və kolxozlar tərəfindən verilmiş əmrlər və "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Qanununda əksini tapmış digər hüquqi sənədlər aiddir. Eyni zamanda, bir sıra vətəndaşdan mülkiyyətə dair ilkin hüquqi sənədlər çıxarışla əvəz olunması məqsədilə qəbul edilib.

Kampaniya zamanı əmlakın qeydiyyatı ilə yanaşı, hüquqi maarifləndirmə aksiyası da keçirilib, vətəndaşlara əmlaklarının qeydiyyatı ilə bağlı hüquqi məsləhətlər verilib. Vətəndaşlara əmlakın qeydiyyatının vacibliyi, gətirdiyi üstünlüklər və faydalar izah olunub.

Bildirilib ki, qeydiyyatsız və ya yalnız ilkin sənədləri olan əmlaklardan fərqli olaraq çıxarışı olan əmlaklardan daha səmərəli istifadə etmək və müxtəlif hüquqi əməliyyatlar aparmaq mümkündür. Belə ki, qeydiyyatlı əmlakı alıb-satmaq, girov qoymaq, onu biznes əməliyyatlarında istifadə etmək və digər hüquqi əməliyyatlar həyata keçirmək olar.

Əmlakın qeydiyyatı prosesini qat-qat sadələşdirməsinə görə, "Kütləvi çıxarış" kampaniyası vətəndaşların əmlakının leqallaşdırılmasında mühüm rol oynayır. Məhz kampaniya çərçivəsində yaradılan rahat və əlverişli şərait səbəbindən əmlakını dövlət qeydiyyatına almaq istəyən vətəndaşların sayı getdikcə artmaqdadır. Artıq davamlı olaraq ölkənin bütün şəhər və rayonlarında keçirilən "Kütləvi çıxarış" kampaniyası çərçivəsində indiyədək 6700-ə yaxın vətəndaşa dövlət reyestrindən çıxarışlar təqdim olunub.

Qeyd edək ki, ötən ildən etibarən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həm əmlakın qeydiyyatında, həm də torpaq idarəçiliyində "bir pəncərə" prinsipi də tətbiq edilir. Bu yeniliyə görə, həm vətəndaşların, həm də bələdiyyələrin əmlakın qeydiyyatı üçün müxtəlif qurumlara getməsinə ehtiyac yoxdur.

Belə ki, bundan ötrü yeganə ünvana - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) müraciət etmək kifayətdir. Müraciətdən sonra əmlakın qeydiyyatı üçün tələb olunan bütün işlər - müxtəlif sənədlərin toplanması və rəsmiləşdirilməsi DƏDRX-in əməkdaşları tərəfindən aparılır. Bu da vətəndaşları həm vaxt itkisindən, həm də çoxsaylı sənədlər toplanması öhdəliyindən azad edir.

Hərbi hissələrdə təlimlər keçirilir

Автор: SAVALAN6 от 19-02-2016, 18:01
Hərbi hissələrdə təlimlər keçirilirMüdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə və hərbi hissələrin döyüşə hazırlıq vəziyyətinə gətirilmə planına əsasən kompleks məşqlər keçirilir və şəxsi heyətin funksional vəzifələrini icraetmə bacarıqları yoxlanılır.

Nazirlikdən Analoq.az-a verilən məlumata görə, məşqlərdə bölmələrin və heyətlərin döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqları, eləcə də müxtəlif səviyyələrdən olan komandirlərin tabeçilikdə olanları idarəetmə vərdişləri təkmilləşdirilir.

Əsas diqqət xəbərdaretmə siqnalları ilə fəaliyyətlərin icrası, məxfilik rejiminə əməl edilməsi ilə məlumatların çatdırılması, silah-sursatın verilmə qaydası, şəxsi heyətin toplanış məntəqələrinə və döyüş təyinatı rayonlarına gizli, maskalanmanın tələblərinə riayət etməklə irəliləməsi, hərbi texnikanın döyüşdə tətbiq olunması məqsədilə çıxışa hazırlanması və digər sualların praktiki məşq etdirilməsinə yönəldilir.

Analoq.az

Manat möhkəmlənməkdə davam edir

Автор: INTIQAMADMIN от 18-02-2016, 18:03
Manat möhkəmlənməkdə davam edir
Milli valyutanın 18 fevrala olan məzənnəsi.
Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 19-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən ANS PRESS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 19-da 1,5635 səviyyəsində müəyyən olunub. ABŞ valyutasının məzənnəsi bu günlə müqayisədə ucuzlaşıb.
Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.
Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.
Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.
Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.
Manat möhkəmlənməkdə davam edir

Sabah qar yağacaq

Автор: INTIQAMADMIN от 18-02-2016, 16:53
Sabah  qar yağacaq
Dağlıq ərazilərdə 12 dərəcə şaxta olacaq.
Sabah ölkə razisində qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 19-da arabir yağış yağacağı, gecə bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 4-7, Bakıda gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, gündüz yağıntıda fasilə olacağı proqnozlaşdırır. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə gecə 8-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Bakıda və Abşeron yarımadasında fevralın 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Temperatur 4-7 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur 5-8 dərəcə aşağı enəcək

Bankdan dollar müştərilərinə güzəşt borcunuzu - 1,30-LA ÖDƏYİN

Автор: INTIQAMADMIN от 18-02-2016, 15:07
Bankdan dollar müştərilərinə güzəşt borcunuzu - 1,30-LA ÖDƏYİN
Artıq 22 ildir ki, NIKOIL | Bank öz maliyyə siyasətini və geniş sosial mədəniyyətini inamla nümayiş etdirir. Fins.az xəbər verir ki, bu barədə NIKOIL | Bank-ın açıqlamasında bildirilir:
“Bank inkşaf edir və cəmiyyət qarşısındakı məsuliyyətin vacibliyini anlayaraq, Azərbaycan vətəndaşlarının iqtisadi və sosial səviyyələrinin artırılması üzərində işləyir. İldən-ilə Bank həm fiziki, həm də hüquqi şəxslərə göstərilən bank xidmətlərinin sürətini və həcmini artırır. 2015-ci ilin dekabr ayında milli valyutanın növbəti devalvasiyasından sonra, NIKOIL | Bank növbəti “Etibarlı dost dar gündə tanınar” adlı, ABŞ dolları ilə verilən istehlak və biznes kreditlərin sağlamlaşdırmasına yönələn, aksiyaya start verdi. Cari ilin 31 mart tarixinədək müştərilərə hər bir təminatsiz istehlak və biznes krediti üçün 1 USD = 1.30 AZN məzənməsi ilə kreditin tam qalığını ödəmək imkanı veriləcək!
Digər borcalanlar üçün fərqli güzəştli proqramlar tətbiq olunur. Kredit ödənişi zamanı əsas borcunu silinməsi ilk növbədə aparılacaq. Bundan əlavə müştərilərə valyuta kreditləri üzrə illik faiz dərəcəsinin azaldılması və ya kreditin müddətinin uzadılması imkanı verilir. Qeyd edək ki, bu kampaniya istehlak və biznes kreditlərinə şamil olunur. Kampaniya haqqında ətraflı məlumatı (012) 981 qısa nömrəsinə zəng vuraraq ala bilərsiniz.
Bugün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.

Hakimiyyət Q.İbadoğlunun “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”- dən istifadə edəcək - FOTOLAR

Автор: ELXAN3 от 17-02-2016, 20:13
Hakimiyyət Q.İbadoğlunun “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”- dən  istifadə edəcək -  FOTOLAR
Bu barədə Prezident Adminstrasiyasından daxil olan məktubda bildirilib Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatınının 2 həftə bundan əvvəl təqdim etdiyi “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”nə baxılması barədə müraciətə 10 favral 2016-cı il tarixli cavab məktubu göndərib. Məktubda deyilir:
«Azərbaycan Demokratiya və Rifah Hərəkatı” İctimai Birliyi tərəfindən hazırlanmış “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi” adlı sənəd layihəsinə tərəfimizdən baxlmışdır. Bildiririk ki, göndərilən layihədə məqsəduyğun hesab edilən təkliflər dövlətin və cəmiyyətin marağı nəzərə alınmaqa aparılan iqtisadi islahatların gedişi prosesində nəzərə alınacaqdır. Əməkdaşlığa, verdiyiniz təkliflərə görə təşəkkürümüzü bildiririk».
Bu barədə açılama yayan ADR Hərəkatının mətbuat xidmətinə, Hərəkatın sədri hazırda ABŞ-ın nüfuzlu Duke Universitetininin iqtsidiyyat üzrə professoru vəzifəsində çalışan Qubad İbadoğlu bildirib ki, bir müddət Azərbaycandan kənarda fəaliyyət göstərməsinə baxmayaraq, ölkə iqtisadiyyatında, sosial baş sferada verən dəyişiklikləri izləyir, proseslərə mümkün qədər operativ və obyektiv münasibət bildirir, təkliflərlə çıxış edir: “Mütəxəssis kimi başlıca məqsədim bu həssas dönəmdə Azərbaycan iqtisadiyyatının problemlərinin həlli və əhalinin güzəranın pisləşməsinin qarşısını almaq üçün zəruri tədbirlərin həyata keçirilməsinə töhfələrimi verməkdən ibarətdir. Azərbaycanlı kimi istəyim dövlətimi iqtisadi və siyasi cəhətdən güclü görmək və onun zəifləməsindən kənar qüvvələrin istifadə etməsinə yol verməməkdir. Elə bu məqsədlə də bir qrup xarici və Hərəkatımızın üzvü olan yerli mütəxəssislərlə müzakirə aparıb, “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”nı hazırladıq və kömək məqsədi ilə onu Azərbaycanın mövcud hakimiyyət orqanlarına təqdim etdik”.
Qubad İbadoğlu prezidentin iqtisadi islahatalara məsul olan köməkçisinə sənədə baxılmasına və məqsədəmüvafiq hesab edilən təkliflərin nəzərə alınacağına dair cavabına görə təşəkkürünü bildiririb: “Hesab edirəm ki, bu, hazırkı həssas dövrdə iqtisadi islahatlara olan inamın yaradılması baxımından da önəmlidir. Eyni zamanda, ümid edirəm ki, təqdim etdiyimiz Paketdəki təkliflərin reallaşdırılması istiqamətində müzakirələr və əməkdaşlıq davam edəcək. Bir daha bəyan etmək istəyirəm ki, ADR Hərəkatı öz mütəxəssisləri ilə birlikdə Azərbaycan cəmiyyətinin maraqları nəzərə alınmaqla hökumətin bütün sferalarda həyata keçirəcəyi islahatlara, konkret olaraq “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”nın tətbiqinə bundan sonra da dəstək verməyə hazırdır”.
Hakimiyyət Q.İbadoğlunun “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”- dən  istifadə edəcək -  FOTOLAR

Bakı İstanbul aviareysi ləğv edildi

Автор: INTIQAMADMIN от 17-02-2016, 16:50
Bakı İstanbul aviareysi ləğv edildi
Bu gün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) saat 17:35-a təyin olunan Bakı-İstanbul aviareysi ləğv edilib.

Milli.Az bildirir ki, məsələylə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski report-a bildirib ki, həmin reysin ləğv olunmasının səbəbi təyyarənin dolmaması ilə bağlıdır.

"Ümumi qaydalara görə, belə hal baş verən reysə bilet alan şəxslərə başqa reys təklif edilir və ya alternativ yolla həmin şəxslər getdikləri ünvanlara çatdırılır", - deyə P.Kəsəmənski əlavə edib.

Qeyd edək ki, Bakıdan İstanbula hər gün aviareyslər yerinə yetirilir. Bu marşrut üzrə növbəti reys saat 20:45-də reallaşdırılacaq.

"İşçilər ixtisar edilməyəcək"

Автор: INTIQAMADMIN от 17-02-2016, 16:42
"İşçilər ixtisar edilməyəcək"
İş adamının şirkətlərindən biri ləğv olunub.
Avesta Construction” MMC “Avesta Konsern” MMC-yə qoşularaq ləğv edilib. Bu barədə məlumat Vergilər Nazirliyindən verilib. “Avesta Construction” MMC-nin “Avesta Konsern” MMC-yə qoşularaq ləğv edilməsinə şirkətin rəhbəri İbrahim İbrahimov (Nehrəmli) münasibət bildirib. İş adamının ANS PRESS-ə verdiyi məlumata görə, “Avesta Construction” MMC-nin ləğv edilməsinə səbəb artıq tikinti sahəsində fəaliyyət göstərmək üçün lisenziyaların tələb edilməməsidir:
Ötən gün tikinti şirkətlərinin rəhbərləri ilə görüşdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu sahədə lisenziyaların ləğv edildiyini bildirdi: "Mən də qərara aldım ki, həmin şirkətin lisenziyasını ləğv etdirim və “Avesta Konsern”inə birləşdirim. Çünki bundan sonra müvafiq sənədləri qaydasında olan hər kəs tikinti fəaliyyəti ilə məşğul ola bilər. Onun üçün əlavə şirkətə ehtiyac yoxdur. Həm də belə olan halda konsern daha güclü olacaq. Onun üçün də şirkətlərin birləşməsini münasib bildim".

Hacı İbrahim bu addımdan sonra şirkətin daha da böyüyəcəyini və tikinti ilə yanaşı kənd təsərrüfatı fəaliyyəti ilə də məşğul olacağını bildirib: “Şirkətin ləğv edilməsinin bir müsbət tərəfi də əlavə vergi ödəməkdən azad olmağımızla əlaqədardır. Məsələn, həmin şirkət vasitəsi ilə il ərzində 10 milyon manatlıq iş görürdük və onun da 1.8 milyon manatını vergi verirdik. İndi isə bu məbləği ödəməkdən azad olduq”.

Nehrəmli şirkətin lisenziyasının ləğv edilməsinə baxmayaraq işçilərinin ixtisar edilməyəcəyini deyib.

Vergilər Nazirliyinə məxsus “Vergilər” qəzetində “Avesta Construction” MMC-nin “Avesta Konsern” MMC-yə qoşularaq ləğv edildiyi barədə məlumat yayılıb. Bildirilir ki, bununla da “Avesta Konsern” MMC yenidən təşkil olunub.

Azərbaycan otellərinin fantastik qiymətləri - FOTOLAR

Автор: ELXAN3 от 14-02-2016, 10:58
Azərbaycan otellərinin  fantastik qiymətləri - FOTOLAR

Azərbaycan lyuks və bahalı hotelləri ilə tanınır. Ən bahalı otaqlara sahib 5 ulduzlu hotellər əsasən Bakıda daha çox olsa da, regionlardakı bəzi hotellər də onlardan geri qalmır. Bahalı hotellərdə ən çox maraq doğuran otaqlar isə “suit”lərdir. Burada qiymətlər digər lyuks otaqlardan yüksək olur.

Analoq.az Fins.az saytina istinadən regionlarda yerləşən 5 ulduzlu hotellərdə ən bahalı otaqların qiymətlərini haqda məlumat verir. Həmin araşdırmanı təqdim edirik:

«Şamaxı Palace Şərədil», «King suit» – 990 manat

Burada xüsusi otaq «King suit» sayılır, otaq hotelin kənarında yerləşdiyinə görə, bütün pəncrələrdən gözəl mənzərə açılır. Nömrədə 3 yataq otağı, bir qonaq otağı var. Qonaq otağında kinoteatr, bilyard yerləşir. Hər yataq otağının hamamı var. Nömrənin hazırki endirimli qiyməti 850 manatdır, normalda isə qiymət 990 manatdır. Nömrənin sahəsi 315 kvadrat metrdir. Yeri gəlmişkən, «Şamaxı Palace Shərədil»lə toy məclisi keçirən cütlük də bu nömrədə qala bilər.

«Qafqaz Riverside Hotel», «Kral» otağı – 800 manat

“Qafqaz Riverside Hotel”ində ən bahalı nömrəsinin qiymətləri həftə içi və həftə sonu fərqli olur. Şərti olaraq «Kral» otağı adlanan nömrədə həftə içi bir gecəlik qiymət 660 manat, həftə sonu isə 800 manatdır. Nömrəyə bir yataq otağı, bir geniş qonaq otağı daxildir. Nömrənin sahəsi 150 kvadrat metrdir. Həmçinin nömrəyə sauna, rus hamamı və s. daxildir. Hoteldə 4 belə nömrə var.

«Park Chalet», «Dublex» nömrə – 935 manat

«Park Chalet»də ən bahalı nömrə «Dublex» otaqdır. Hotelin 7ci mərtəbəsində yerləşən bu nömrə ikimərtəbəlidir. «Dupleks»in yuxarı mərtəbəsində iki yataq otağı var, birinci mərtəbədə isə böyük qonaq otağı, mətbəx var. Qonaq otağında kinoteatr da yerləşir. Hər mərtəbənin sahəsi 160 kvadrat metrdir. Nömrədə gecələməyin qiyməti həftə içi 855 manat, həftə sonu isə 935 manat olur.

«Ayan Palace Tovuz», «Kral dairəsi» – 1000 manat

Tovuzda yerləşən 5 ulduzlu «Ayan Palace»nin ən bahalı orağı «Kral dairəsi»dir. Nömrəyə 2 yataq otağı, bir böyük qonaq otağı və iclas otağı daxildir. Nömrənin bir gecəlik qiyməti 1000 manatdır.

«Qafqaz Sport Hotel», «Kral suit» – 1050 manat

Bu hoteldə ən bahalı otaq “Kral suit”dir. Nömrədə bir yataq, bir də qonaq otağı, 2 hamam, cakuzi var. Otaqda 10-15 nəfərlik iş stolu var. Otağın qiyməti həftə içi 950 manat, həftə sonu 1050 manatdır. Nömrənin sahəsi 250 kvadrat metrdir.

«Qafqaz Resort», «King suit» – 1050 manat

Bu hoteldə də ən bahalı nömrə 2 yataq otağı və bir qonaq otağı olan “King suit”dir. Nömrədə bir hamam içində isə cakuzi var. Nömrənin həftə içi qiyməti 850 manat, həftə sonu 1050 manatdır. Nömrənin sahəsi 256 kvadrat metrdir.

«Naftalan Hotel by Rixos», «Kral otağı» – 1150 manat

Naftalanda yerləşən bu hotel əslində sağlamlıq turizminə xidmət məqsədilə işə düşsə də, bu hotel sahiblərinə ekstra bahalı nömrələr təklif etməyə manne olmur. Hotelin ən bahalı nömrəsi «Kral otağı»dır. Nömrədə bir böyük yataq otağı, bir böyük uşaq otağı var. Sahəsi 262 kvadrat metr olan nömrədə kiçik ölçülü bir mühafizəçi və ya dayə üçün otağa da yer tapılıb. Bunlarla yanaşı nömrədə mətbəx, hamam cakuzi, sauna da var. Otaqda qalanlara xüsusi xidmətçi xidmət edir. Otaqda qalmaq üçün iki nəfər 1150 manat ödəməlidir. Burada qalanlar üçün neft vannası və həkim müayinələri pulsuzdur.



«Qala altı», «King villa» – 1337 manat

Azərbaycanın ən müalicəvi istirahət mərkəzlərindən olan «Qala altıda» ən çox pulu villalara görə ödəyəcəksiniz. «King villa» 6 nəfərlikdir. Villanın özünün açıq hovuzu var. Bu fəsildə istifadə etməyəcəyinizə görə, hotel daxilindəki qapalı hovuzdan istifadə edə bilərsiniz. Villada 3 yataq otağı, qonaq otağı, bir geyinmə otağı, bir istirahət otağı və mətbəx var. Villanın sahəsi 450 kvadrat metrdir, qiyməti 1337 manatdır.

«Ramada Plaza Gəncə», «Nizami» suiti – 1500 manat

Əgər dahi şair bilsəydi ki, ölümündən 800 il sonra Gəncədəki ən bahalı hotel nömrəsi onun adını daşıyacaq, yəqin ki, ölməz «Xəmsə»sində karvansara mövzusuna xüsusi diqqət ayırardı. Gəncədə yerləşən «Ramada Plaza» hotelində ən bahalı otaq «Nizami suiti»nə 2 yataq otağı, bir qonaq otağı, bir əlavə otaq və şəhərə baxan balkon daxildir. Sahəsi isə 125 kvadrat metrdir. Suitin bir gücəlik qiyməti 1500 manatdır.

«Excelsior Hotel Shamkir», «Kral dairəsi» – 1 770 manat

«Excelsior»un Şəmkir versiyası dəbdəbəsinə görə, Bakıdakı «adaş»ından geri qalmır, o cümlədən qiymət məsələsində. Qərb bölgəsinin ən müasir hotellərindən biri sayılan « Excelsior Hotel Shamkir»in ən bahalı nömrəsi «Kral dairəsi»dir. İki mərtəbəli olan bu nömrənin ümumi sahəsi təqribən 450 kvadratmetrdir. Otaqda 1 qonaq, 2 yataq otağı, 2 vanna otağı, mətbəx, bar var. Hotel əməkdaşları əmin edir ki, nömrə ən bahalı və keyfiyyətli avadanlıqlarla təmin edilib. «Kral dairəsi»nin bir gecəlik qiyməti 1770 manatdır.

«Tufandag Mountain Resort Hotel», «King suit» – 2500 manat

Buradakı «King suit»də isə qiymətlər standartdır, məbləğ nə az, nə çox, düz 2500 manat. Nömrədə 3 yataq otağı, bir qonaq otağı, mətbəxi və kiçik bir iş otağı var. Hoteldə bu nömrədə qalanlra xüsusi hörmət var – bu qədər pulu verirsinizsə, yalnız sizə xidmət göstərən xüsusi xidmətçi də ayrılır. Nömrədə sauna, türk hamamı, masaj otağı da var. Nömrənin sahəsi 520 kvadrat metrdir.

«Pik Palace», «Royal suit» – 2515 manat

Şahdağda yerləşən digər hotel isə «Pik Palace»dir. Burada ən bahalı nömrə «Royal suit»dir. Nömrəyə bir yataq, bir qonaq otağı, əlavə olaraq bir balaca otaq və mətbəx daxildir. Ümumi sahəsi 200 kvadrat metrdən çox olan nömrədə həmçinin sauna və cakuzili hamam var. Qonaq otağındakı böyük televizorda isə 3D sinemaya baxa bilərsiniz. Nömrədə dağa mənzərəsi olan balkon da var. Nömrənin həftə içi qiyməti 2425 manat, həftə sonu qiyməti isə 2515 manatdır. Yeganə təsəlli odur ki, bu nömrədə qalsanız, həftə içi xizək qiymətlərində 50%-lik endirim əldə edəcəksiniz.

«Şahdağ Hotel», «Prezident» otağı – 2795 manat

Elit kurort kimi təqdim olunan «Şahdağ» Qış-Yay istirahət Kompleksindəki hotellər öz qiymətləri ilə bunu təsdiqləyirlər. İsveçrə iqliminə bənzəyən kompleksdə, elə qiymətlər də İsveçrədəki kimidir. “Şahdağ Hotel”ində ən bahalı nömrəsi «Prezident» otağı dır. Sahəsi 305 kvadrat metr olan nömrədə 2 yataq otağı, bir qonaq otağı, ofis, hamam və cakuzi var. Nömrənin bir günlük qiyməti 2795 manatdır. Amma hazırda bu nömrə üzrə endirim var – istəyənlər nömrəni 80 manat ucuz qiymətə götürə bilərlər – 2715 manata.

«Quba Rixos», «Kral suit»i – 4 000 manat

Azərbaycanda «Rixos» brendinin ilk təmsilçisi olan hotel gözəlliyi ilə yanaşı, qiyməti ilə də fərqlənir. Hotelin ən bahalı otağı «Kral suit»dir. Bura 3 yataq otağı, 1 iş otağı və 1 böyük lobbi daxildir. Lobbi qonaq otağı kimi də istifadə oluna bilər, otaqda bilyard da var. Bu otaqda türk və rus hamamları, şəxsi masaj otağı və sauna da var. «Quba Rixos»dakı «Kral suit» öz sahəsinə görə də, Azərbaycanın ən böyük hotel nömrəsidir – 945 kvadrat metr. Bu Bakıda təqribən 10 ədəd 2-3 otaqlı evin sahəsidir. Suitin qiyməti isə 4000 manatdır.

«Mini bar pullu imiş»

Qeyd edək ki, hotellərdəki qiymətlərin yüksək, bəzən isə inanılmaz yüksək olmasına baxmayaraq, onların əksəriyyətində qonaq olub. Bütün bahalı nömrələrin sakinlərinə hoteldəki ümumi qapalı hovuz, fitnes mərkəzi kimi xidmətlər pulsuzdur, qiymətə səhər yeməyi də daxildir. Hərçənd, bəzi qaydalar təəccübləndirir. Belə ki, böyük qiymətlərə baxmayaraq otaqların heç birində mini bar lakin qiymətə daxil deyil.

Bu bank müflis oldu

Автор: EFSUN2 от 13-02-2016, 18:22
Bu bank müflis olduUnited Credit Bank” ASC müflis elan edilib və banka ləğvedici təyin olunub.
Report-un əldə etdiyi məlumata görə, ləğvedici 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə təyin edilib və dərhal icraya yönəldilib.
“United Credit Bank”ın ləğvedcisi “Azerbaijan International Legal Company” MMC təyin edilib.Ləğvetmə prosesində olan “United Credit Bank”a borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcək. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının