Bizi izləməyi unutmayın

Facebook"dan gələn təhlükə

Автор: SAVALAN6 от 1-03-2016, 15:16
Facebook"dan gələn təhlükə
"Facebook"dan gələn təhlükə
Virtual aləmdə təklif edilən testlər vasitəsi ilə şəxsi məlumatlarınız oğurlana bilər.
Son vaxtlar sosial şəbəkə istifadəçilərinə adını, soyadını, bürcünü, təhsilini, email ünvanını yaz, ölüm tarixini və nə qədər gözəl olduğunu müəyyənləşdir tipli testlər təklif gəlir. Həmçinin bəzi testlərdə istifadəçilərdən bir necə sualı cavablandırmaları tələb edilir.
ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə yayılan bu testlər bir çox istifadəçilərin diqqətini cəlb edir.

Prof. Dr Ali Murat Daryal əslən Laçınlıdır

Автор: SAVALAN6 от 27-02-2016, 22:52
Orxan Cəbrayıl

Prof. Dr Ali Murat Daryal əslən LaçınlıdırAzərbaycanın ilk hərbi naziri Doktor Xosrov bəy Sultanovun mühacirət həyatı haqqında yeni məlumatlar əldə etmək üçün araşdırma apararkən 1933-cü ilə aid iki sənədlə tanış oldum. Sənədlərdən biri Doktor Xosrov bəyin yazdığı resept, digəri isə rus dilində Firudin adlı bir şəxsə yazdığı qeyd idi. Qeyddə yazılır: "Əzizim Firudin! Tərəddüdsüz bu gün saat 5-də 10 dəqiqəlik yanıma gəl. Vacib işim var!"

Qeydin rus dilində yazılması Firudin adlı şəxsin Azərbaycan mühacirlərindən biri olmasından xəbər verirdi. Heç şübhəsiz ilk ağıla gələn Xosrov bəyin Qarabağın General Qubernatoru vəzifəsində çalışdığı zaman köməkçisi olmuş, Azərbaycan Cümhuriyyəti ordusunun zabiti Firudin bəy Daryal oldu. Laçın rayonunun Təzəkənd kəndindən olan Firudin bəy, Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Türkiyəyə mühacirət etmiş minlərlə azərbaycanlıdan biridir. Əsl adı Fərman olan Firudin bəy, mühacirətdə olarkən təhlükəsizliyi üçün adını dəyişərək qardaşının adını götürür. Kəndlərində olan "dar yalı"adlı ərazinin adını isə soyad kimi götürür. Firudin bəy Daryal mühacirətdə olarkən Azərbaycan Cümhuriyyətinin ordusunun zabitləriylə bərabər Qurtuluş savaşına qatılır. Qısa bir zamanda igdliyiylə ad-san qazanaraq sonrakı illərdə "ordu generalı" rütbəsinədək yüksəlir.

Firudin bəy Daryal haqqında internetdə kiçik bir araşdırma apararkən məlum oldu ki, bir çox mühacirlərimiz kimi Firudin bəy haqqında da araşdırmaçı jurnalist Qoşqar Salmanlının yazdığı məqalədən başqa ciddi bir araşdırma aparılmayıb. Bəlkə də hansısa tarixçimiz bu barədə araşdırma aparıb, lakin Xosrov bəy Sultanovun məzarının indiyə qədər harda olduğunu bilib ictimaiyyətə açıqlama verməyi lüzum bilmədikləri kimi, Firudin bəy haqqında da məlumat verməyi lüzum bilmirlər!

Laçın rayonunun Təzəkənd kəndindən olan Arif Feyzullayevdən, Firudin bəy Daryalın 1985-ci ildə əmisi nəvəsi Səlim Səlimbəyliylə telefonla danışdığı, 1989-cu ildə vəfat etdiyi və atası Alı kişinin adını verdiyi oğlunun Türkiyədə Universitetlərin birində işlədiyini eşitmişdim. İnternetdə biraz araşdırma apardıqdan sonra məlum oldu ki, Firudin bəy Daryalın oğlu Türkiyənin tanınmış İlahiyyatçı alimlərindən biri, müxtəlif televiziya proqramlarında dəfələrlə çıxışlarını izlədiyim Əli Murad Daryaldır.

İlahiyyat elmləri doktoru, Professor Əli Murad Daryal 1931-ci ildə İstanbul şəhərində anadan olub. Orta təhsilinə İstanbulda "Taksim oğlanlar liseyi"ndə başlamışdır. Təhsilini bir müddət atasının görəvi səbəbiylə Ağrı və Qaziantəp şəhərlərində davam etdirmiş, 1950-ci ildə İstanbulda tamamlamışdır.

1959-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi ərəb-fars Filologoyası Bölümündən məzun olmuşdur. Bir müddət orta məktəblərdə din dərsi və Yüksək İslam İnstitutunda psixologiyadan dərs demişdir. Daha sonra təhsilini davam etdirərək İstanbul Universitenin Psixologiya Bölümünü bitirmişdir. İstanbul Universiteti Ədəbiyyat Əslən Laçından olan Türkiyənin məşhur İlahiyyatçı alimi Əli Murad DaryalFakültəsi İslam Araşdırmaları Bölümündə asistant və orta dərəcəli məktəblərdə din bilgisi müəllimliyi etdikdən sonra, 1966-cı ildə İstanbul Yüksək İslam İnstitutunda dərs deməyə başlamışdır. 1988-ci ildə doktorluq dissertasiyasını tamamlayan Əli Murad Daryal 1998-ci ildə professor olur. 1998-ci ildən etibarən "Mərmərə Üniversiteti İlahiyyat Fakültəsi"ndə çalışmışdır. Bir çox əsərlərin müəllifidir.

Məqaləni hazırlayarkən öyrəndim ki, 1989-cu ildə vəfat edən atası Firudin bəy Daryala bir daha Laçını görmək qismət olmasa da, Əlimurad Daryal 1991-ci ildə Laçına səfər etmiş, ata yurdu Təzəkənd kəndini ziyarət edərək qohum-əqrəbasıyla görüşmüşdür. Hazırda təqaüddə olan Əlimurad Daryal, İstanbul şəhərində yaşayır.
karabakhmedia.com

Xocalıdan gələn kəslər… Qoşa-qoşa oğul itkisi, yaxud bir nəslin faciəsi

Автор: INTIQAMADMIN от 27-02-2016, 21:50


Xocalıdan gələn kəslər… Qoşa-qoşa oğul itkisi, yaxud bir nəslin faciəsiMəhəmməd NƏRİMANOĞLU


Haqqında illərdir söz açılan, lakin özünün işıqlı sabahları hələ də açılmayan Xocalının taleyi onsuz da əvvəldən gətirməyib. 1918-20-ci illərdə Xocalı salındıqdan sonra təqribən XX əsrin 20-30-cu illərinin əvvəllərində Qərbi Azərbaycanın Dərələyəz mahalından deportasiya edilən soydaşlarımız da bura pənah gətirib. Xocalı çayının sağ, Qarqarın isə sol sahilində, çar Rusiyası dövründə "Poçt yeri" kimi tanınan ərazidə Qaçqınlar Xocalısının (sonralar müəyyən dövrlərdə Dərələyəz adlandırılan) əsası qoyulub. Ötən əsrin 30-cu illərində sovetlərin zorla kolxozlaşdırma və kollektivləşdirmə siyasətini qəbul etməyən, buna görə də Laçın və Kəlbəcər rayonlarından qaçaq düşüb bu yerlərə sığınan soydaşlarımız isə Qaladərəsi Xocalısı adlanan kəndin ilk sakinləri olublar. Demək, hələ sovetlər dövründə Xocalı camaatı qaçqınlığın ağrı-acısını yaşayanlardandır. Burada bir inzibati ərazidə (sovetliyin tərkibində) üç kənd (Yerli Xocalı - Qədim Xocalı, Qaçqınlar Xocalısı - Dərələyəz və Qaladərəsi Xocalısı) birləşib.
Xocalının dillər əzbəri olması, təəssüf ki, onun yalnız qədimliyi və ya qaçqın-köçkünlərin sığınacaq yerinə çevrilməsi, yaxud maddi-mədəniyyət nümunələri ilə zənginliyi deyil, XX əsrin ən dəhşətli faciəsini yaşaması, xocalılıların 600 nəfərinin isə bir gecədə ermənilər tərəfindən işgəncələrlə, həm də amansızcasına qətlə yetirilmələridir.
Xocalı faciəsindən ötən müddət ərzində düşmən nəinki layiq olduğu cəzanı almadı, üstəlik, havadarlarının maddi və hərbi gücünə arxalanaraq Azərbaycanın ərazi bütövlüyünü pozaraq torpaqlarının 20 faizini işğala məruz qoydu. Bu təcavüz bir milyondan artıq azərbaycanlını (Qərbi Azərbaycandan qovulanlarla birlikdə) qaçqın-köçkünə çevirdi. Bir sıra beynəlxalq nüfuzlu təşkilatlar bu təcavüzkar siyasəti pisləyən bəyanatlar versə də, işğalçı Ermənistan ciddi sanksiyalara məruz qalmayıb, yaxud münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyindən bu gün də əl çəkmir.
Xocalı rayonunun Kosalar kənd həkim ambulatoriyasının baş həkimi Aqil Məmmədov bir neçə il öncə qışın oğlan çağında Murovdağın ətəklərinə sığınan kəndlərə - Başkənd və Buzluğa, yaxud Ballıqayayadək yol yoldaşı olarkən söylədikləri yaddaşıma ağrı-acısı ilə möhürlənib. O, havanın dumanlı olmasına da özünəməxsus rəng vermişdi: "Dağların başı dumanlı-qarlı, ətəyi isə barlı olar. Bu yerlərdə məskən salanlar ermənilərlə üz-üzə dayandıqlarına görə təbiətin hərdən göstərdiyi şıltaqlıq da onları qorxutmur. Bu cənnət guşədə bir vaxtlar "ermənilər at oynadıb", ona görə də yollarını azdılar, özlərinə qəbir qazdılar"...
Bu dəfə onunla Gəncə ərazisində, daha dəqiq desək, Hacıməlik yolunun üstündə yeni salınmış qəsəbədə görüşdük. Həkim kimi xidmətindən nəinki Xocalı, Kosalar, meşəli, Yaloba camaatı, illərdir ki, Hacıkənddə məskunlaşmış kəlbəcərlilər də yararlanıb. Çünki onu, sadəcə, stomatoloq kimi tanımırlar. Gecənin bir aləmində də “təcili yardım” kimi xəstə ünvanına aparılır: “Goranboyun Qaraçinar kəndindən qalxan yolun kənarındakı qəsəbəni Meşəlidir. Xocalının Meşəli camaatı üçün salınıb. Bir vaxtlar bu camaat Qırxqız dağının ətəklərində əkib-becərər, qayğısız, dərd-sərsiz ömür sürərdi. 2008-ci ildə salınan qəsəbənin də dağlıq ərazidə olması onların təbiətlə ünsiyyətinə imkan yaradıb. Dağlıq Qarabağda erməni terrorunun ilk qurbanlarından biri Meşəlidən Miryusif Orucov oldu. 1991-ci il dekabrın 23-də 500 nəfərdən artıq sovet-erməni quldur birləşməsi cəmi 150-300 sakini olan Meşəlini mühasirəyə aldı. Camaatın köməyinə gələn kosalılıların da ciddi müqavimət göstərməsinə baxmayaraq, qaniçən daşnaklar kəndi yerlə-yeksan etdilər. O qanlı döyüşlərdə 27 nəfər kənd sakini vəhşiliklə qətlə yetirildi. Yaralılar da az olmamışdı. Daşnak-quldurlar amansızcasına qətlə yetirdikləri 11 nəfərin meyitinə hətta od vurub yandırmışdılar".
Meşəlinin qorunmasında göstərdiyi qəhrəmanlığa görə ağdamlı Hidayət Rüstəmov Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına, Əli Mehralıyev və Rafiq Orucov isə "İgidliyə görə" medalına layiq görülüblər.
Xocalıda və ümumiyyətlə, Qarabağda torpaqların müdafiəsində dayanan, lakin ermənilərin qəsbkar təcavüzü nəticəsində ailə-uşağını itirənlərdən biri də keçmiş döyüşçü, Meşəlidə məskunlaşan Abbasqulu Əzimovdur. Keçdiyi döyüş yolundan söz açarkən əsəbləri tarıma çəkilən ağsaqqal erməniləri ancaq lənətləmir, bu gün də onlardan qisas almaq üçün yaradanından imkan istəyir. Hiss olunur ki, o, kontuziya alıb. Dərdini yumağa çevirən Abbasqulu kişi ağır bir həyat keçirib. Çünki düşmənin çirkin siyasəti onun dinc həyatını, əmin-amanlığını, yaşayışını, bir sözlə, hər şeyini əlindən alıb: "Torpağımı, ailə-uşağımı əlimdən alan düşmənlə mən necə barışa bilərəm?! Ermənilər məni yaxşı tanıyırdı! Onlarla üzbəüz döyüşmüşəm! Ağır zərbə aldığımdan illərdir ki, xəstəyəm: əsəblərim yerində deyil. Oğlum Natiqlə həyat yoldaşım Dilarəni itirəndən sonra sanki havalanmışam. Gecələr yuxum ərşə çəkilib, az qala, evdən çıxıb qaçıram, istəyirəm ki, aşım bax bu təpələri, gedim torpağımın, ev-eşiyimin, itirdiyim yurdumun, oğlumla ailəmin qisasını alım"!
Keçmiş döyüşçünün itirdikləri tək bunlar deyil. Qardaşı ilə qaynı da ermənilər tərəfindən amansızcasına qətlə yetiriliblər. Saymaqla qurtarmayan itkilərə məruz qalıb. Sankt-Peterburqda və Murmanskda hərbi məktəbdə oxuyub. Dəniz piyadaları qoşun növündə xidmət göstərib. Sovet ordusunun zabiti olub. Onların silahlarının, ağır hərbi texnikalarının "dilini" öyrənib. Sonradan üstümüzə qoşun yeridən şovinistləri o zamanlar, təəssüf ki, dəfələrlə ölümün pəncəsindən xilas elədiyinə peşman olduğunu deyir. Xocalı və ümumiyyətlə, Qarabağ uğrunda gedən döyüşlərdə, eləcə də digər rayonların müdafiəsində, həmçinin Ağdərənin boşaldılmasında iştirak edib. Döyüş dostlarının, demək olar ki, əksəriyyəti şəhid olub.
Xocalının istər mühasirə illərində, istərsə də son günlərində düşmənlə üz-üzə dayanan ağsaqqallarından biri də vaxtilə Kosalar kənd sovetliyində işləmiş, acılı-şirinli xatirələrini yaddaşına yumaq kimi sarıyan Kamran Məmmədovdur. Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin o müdhiş gecə son kəlmələrini eşidən və hönkürtüsü heç yana yetməyən müdrik el ağsaqqalı Xocalının sanki canlı ensiklopediyasıdır: "Kosalar 700 illik tarixə malik qədim türk kəndidir. Kosaların adlı-şanlı kişiləri bolşevizmə və erməni daşnaklarının çirkin niyyətlərinə qarşı olublar. İgidliklərindən nağıl-dastanlar danışılan Qaçaq Mahmudun, Kosalar, Ballıca, Xan bağı, Xanəzək və digər kəndlərdə böyük mülkləri olmuş Məhəmməd ağanın doğulduğu kənd kimi tanınıb. Ötən əsrin otuzuncu illərinin repressiyası bu kənddən də yan keçməyib. 25 nəfər repressiyanın qurbanı olub - güllələnənlərdən savayı neçələri də Sibirə ömürlük sürgün ediliblər. 1941-1945-ci illər müharibəsi də bu kəndin oğullarını əlindən alıb. Müharibəyə aparılmış 122 nəfərdən 71-i cəbhədən qayıtmayıb. Qayıdanlar isə şikəst, əlil və yaralılar olub".
Kosalar Dağlıq Qarabağın azərbaycanlılar yaşayan ən sonuncu işğal edilən yaşayış məntəqəsi idi. Kəndin 18 nəfər şəhidi olub: "...Xocalının yer üzündən silinməsindən sonra o ərazilərdə azərbaycanlıların yaşadığı kənd-kəsək hər saat atəş altında idi. Ona görə də kəndlərdə özünümüdafiə dəstələri yaratmışdıq. Özüm də silah götürmüşdüm. Postları yiyəsiz qoya bilməzdik. Kosalar camaatı Şuşanın işğalından bir gün sonra, yəni 9 may 1992-ci il tarixində kəndi məcburi şəkildə tərk etməli oldu"…
Xocalıda bütöv nəsil itirən, ocağı sönənlərdən biri də Almaz Səlimovadır. O, faciənin canlı şahidlərindən olub. Bir vaxtlar Xocalının bəxtəvər gəlinlərindən sayılıb. O dəhşətli günə kimi gecələr evlərin zirzəmisində, gündüzlər döyüşlərdə olanların yolunu gözləyiblər. Üç oğul atası olan əmisi Bahadur Səlimovun iki gəlinindən biri idi. Oğlanları ilə birlikdə düşmənlə üz-üzə qalan əmisi ailəsinin itkisi ağır olub: “Döyüşlərin birində Bahadur əmim iki oğlu ilə birlikdə şəhid oldu. O biri əmimin 5 qızı, bir oğlu var idi. Həmin qızlar Xocalı müsibətlərindən salamat çıxsalar da, əmimlə tək oğlu şəhid oldu. Xocalının odlara qalandığı o müdhiş gecədə kiçik qaynım evə gəldi. Həyəcandan boğula-boğula evi təcili tərk etməli olduğumuzu bildirdi. Böyük qaynım, Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimovun uşaqlarını yarıçılpaq halda yataqdan götürüb evdən çıxdıq. Üzü meşələrə tərəf qaçmağa başladıq. Yollarda nələr yaşadığımızı danışa bilmirəm. Üzləşdiyimiz müsibətlər dilə gətiriləsi deyil"...
Amma Almaz Səlimovanın təsəllisi var. Deyir ki, Qarabağımızı qaytarmağa qadirik. Dövlət başçısının dəfələrlə bildirdiyi kimi, düşmən o torpaqlardan çıxarılacaqdır.

Xocalının qanla açılan qara “Səhər”i

Автор: INTIQAMADMIN от 27-02-2016, 21:14
Xocalının  qanla açılan qara “Səhər”i

Məhəmməd NƏRİMANOĞLU


“Xocalının səsi” batmışdı, amma...

Xocalı dəhşətlərini gözləri ilə görən və o müdhiş gecədən “salamat” çıxan nəslin sıraları seyrəlməkdədir. Uzun illər Azərbaycan mətbuatında çalışmış, Qarabağın qara günlərində qələmini silaha çevirənlərdən biri də “Xocalının səsi” qəzetinin redaktoru, şair Qasım Qırxqızlı idi (Qəzetin ilk redaktoru təcrübəli jurnalist, əvvəllər uzun müddət Ağcabədi rayonunda nəşr olunan "Sürət" qəzetinin redaktoru işləmiş, mərhum Sərdar Mehdiyev olmuşdu). Bu ayrılığın həsrətini nəinki yaralı qəlbində, həm də əməkdaşları didərgin salınan, redaksiyasının yeri-yurdu bilinməyən, məcburi-köçkün qəzeti “Xocalının səsi”ndə yaşatdı, sonrakı nəsillərin yaddaşına yazdı. Yurd nisgilli ürəkləri dayanan ağsaqqal həmkarlarımızın yaratdığı və yaşatdıqları qəzetin o zamankı kollektivi də həmin müsibətlərin şahidinə çevrilmişdilər. Amma Xocalıdan qopan harayları, nifrinləri Bakıda eşidilmirdi. Nə yaxşı ki, paytaxtda, ictimaiyyətdə maraqlı yazıları, ən əsası isə, doğru-dürüst informasiyaları ilə seçilən, nə az-nə çox, düz 500 min tirajla oxucularına çatan, müstəqil, azad, demokratik mətbuatın qaranquşu - “Səhər” var idi. Heç kimə sirr deyil ki, “Səhər”in baş redaktoru Məzahir Süleymanzadənin və qəzetin əməkdaşlarının (Süleyman Qaradağlı, Çingiz Ələsgər, Hidayət Elvüsal, Rizvan Hilaloğlu, Nəsimi Həbiboğlu, Sənubər, Elşad Qoca və s.) o qanlı-qadalı günlərdə xocalılıların mənən yanında olmaları, əsl həqiqətin qəzet səhifələrinə çıxarılmasına imkan vermişdi. Hazırda “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, o zaman hərbi müxbir kimi Qarabağda, ön cəbhədə olan hərbi jurnalist Şamil Sabiroğlunun“Səhər”ə göndərdiyi məlumatlar geniş-əks səda verirdi. Təəssüf ki, “Səhər”in verdiyi, həqiqəti ifadə edən yazıların əksinə çıxanlar da tapılırdı...
O ağır günlərdə “Xocalının səsi” “Səhər”in müəyyən saylarında xüsusi buraxılışlara çevrildi və yüksək tirajla nəşr edildi ki, bu da faciənin geniş oxucu auditoriyasına çıxarılmasında mühüm təşəbbüs idi.
“Səhər”in 29 fevral 1992-ci il tarixli sayında qəzetin baş redaktoru Məzahir Səhərin imzası ilə dərc edilmiş

“Həqiqət acı olsa da...”

məqaləsindən oxuyuruq: “...Mətbu orqanların bəzilərinin isə bir gün öncəki nömrələrindən oxuyuruq: “Adamlar canlarını qurtararaq, zəhmətlə qazandıqları var-yoxlarını burada qoyaraq şəhərdən qaçdılar. Şahidlərin dediyinə görə, sakinlərin bir çoxu üçün fevralın 26-sı ölüm günü oldu. Qadınlar, uşaqlar, qocalar xilas olmaq üçün Ağdama can atırdılar. Lakin yolda – Naxçıvanik erməni kəndinin yaxınlığında onlar yenidən güllələrə tuş oldular. Burada həlak olanların cəsədləri faciənin baş verdiyi yerdə qaldı“...
Məzahir Səhərin imzası ilə dərc edilmiş daha bir informasiyaya diqqət yetirək: “Bu yazıda sovet ordusunun 366-cı motoatıcı polkuna komandirlik etmiş polkovnik Y. Zarviqarovun və onun əsgərlərinin Xocalı soyqırımında iştirakından bəhs edilir. Dəhşətli qırğından dərhal sonra təkzibedilməz faktlar əsasında yazdığım məqalə bir sıra xarici dillərə də tərcümə olundu. Xocalı haqqında buraxılmış bir neçə kitaba daxil edilsə də, nə "Səhər" qəzetinə istinad olunub, nə də imza göstərilib. Amma, ümumi işimizin xeyrinə olduğu üçün təqdir edirəm”.

“Bu zülmü görmürsənmi, Allah”?!

sərlövhəli yazıda Xocalıdan, daha doğrusu, o qanlı, müdhiş gecədən canlarını “salamat” çıxarmış və respublika klinik xəstəxanasında müalicə alan 27 nəfər azərbaycanlının müsibətindən bəhs olunur. Dəhşətləri xatırlamağa, dilə gətirməyə belə taqətsiz olsalar da, “Səhər”in əməkdaşları onların dediklərini qəzetin 4 mart 1992-ci il tarixli sayında dərc etdiriblər: “Məmmədov Cəmil Cümşüd oğlu: “Ruslar tanklar və BTR-lərlə şəhərə daxil olaraq evlərimizi darmadağın etdilər. Arxalarınca isə ermənilər gəlirdi. 5 yaşında nəvəmi götürüb meşəyə qaçdım. Bir sutka qarın altında qalmışıq. Körpə donmamaqdan ötrü paltarlarımı soyunub uşağı bükmüşdüm. Artıq taqətim qalmamışdı. Naxçıvanik kəndinə yollanıb ermənilərə yalvardım ki, nəvəmə rəhm etsinlər. Məni təhqir edib komendanta təhvil verdilər. O isə əmr verdi ki, bizi tövləyə salsınlar. 4 gün tövlədə qaldıq. Burada çoxlu qız, qadın, körpə var idi. Sonra bizi Əsgərana gətirdilər. Arvadım, qızım, yeznəm burada idilər. Boyeviklər dırnaqlarımı çıxartdılar. Neqrlər isə göyə atılıb üzümə təpik vururdular... Çox işgəncələrdən sonra məni ermənilərlə dəyişdirdilər. Nəvəm, arvadım, qızım, yeznəmdən heç bir xəbər yoxdur. 30 nəfər omonçumuzu işgəncə verə-verə öldürdülər”.
Rizvan Hilaloğlunun qələmə aldığı həmin reportajdan məlum olur ki, Səriyyə Talıbovanın gözləri qarşısında 4 məhsəti türkünün və üç qonşusunun başını erməni boyevikinin qəbri üstündə diri-diri kəsiblər. Öldürülənlərin, amansızcasına qətlə yetirilənlərin meyitlərini buldozerlə kürüyüb dərəyə tökdüklərini də görüblər. Əsir əsgərlərimizin gözünü qarmaqla çıxaran vəhşilər Cahan Orucovun 16 yaşlı oğlunu güllələyib, 23 yaşlı qızını iki əkiz oğlan uşağları ilə birlikdə və 18 yaşlı hamilə balasını əlindən zorla alıb aparıblar. Soraqları bu gün də yoxdur...

“Uşaqlar ittiham edirlər”

1992-ci ilin qışı Qarabağa qarlı-boranlı, qanlı-qadalı gəlmişdi. Xocalıda baş verən müdhiş və dəhşətli soyqırımı o ilin yazını da gecikdirmişdi. Mart ayının 11-də “Səhər” qəzeti matəm libasını soyuna bilmirdi. Elə həmin tarixli sayında yarım milyonluq oxucu auditoriyasına çıxarılan xəbərlər və reportajlar damarlarda qanı dondururdu...
“Uşaqlar ittiham edirlər” sərlövhəli yazıda respublika Təcili Yardım Xəstəxanasında müalicə olunan Xocalı uşaqlarından müsahibə alınıb. 5 yaşlı Ramil Həsənov deyir ki, ermənilərin əlindən qaçıb bir neçə gün meşədə ac-susuz və yarıçılpaq qalıblar. 4 yaşlı Vüsalə ilə 1 yaşlı Xəyalənin anası Sənəm Abdullayevanın da söylədikləri dəhşətdir: “Bir gün meşədə qaldıqdan sonra emənilər bizi tapıb Əsgərana gətirdilər. Anam, atam və 16 yaşlı bacımı meşədə güllələdilər. Mənə dəhşətli işgəncələr verdilər. Sonra bizi döşəməsinə su doldurulmuş zirzəmiyə saldılar. Suda boğulmamaları üçün uşaqları bir gün qollarımda saxlamışdım”.
On aylıq Salatın Əhmədovanın anasının dediklərindən:
-Ermənilər atəş aça-aça meşəyə yaxınlaşırdı. Bir gün ac qalan Salatınımı öz əllərimlə boğdum ki, murdarların əlinə keçməsin. Bizi tutub erməni kəndinə gətirdilər. Dörd saatdan sonra isə uşaq gözlərini açdı...
Ayağından güllə yarası alan 4 yaşlı Fuad Gülməmmədov isə deyir ki, “ heç nə istəmirəm. Tapança alın, erməniləri kəndimizdən qovaq, qalan uşaqları da güllələməsinlər”.

“Nə idi günahım”?..

...Bu da 18 yaşlı Xədicə Abdullayevanın son müsibəti. Xocalısından qaçanda elə bilirdi ki, canını o murdarların əlindən xilas edəcək. Qarşıda onu qarlı-boranlı, fevralın şaxtalı, tufanlı gecəsi, meşə və sonra nə gözləyirdi hələ bilmirdi.
Sonra qara tale, iki ayaqsız həyat... Xədicə və onun ailəsi də fevralın 25-i gecə Xocalıdan uzaqlaşmaq üçün ayaqyalın-başaçıq meşəyə qaçmışdı. Ata-anası və on altı yaşlı bacısı şaxtaya tab gətirmədilər...
“Səhər”in 13 mart 1992-ci il tarixli sayında “Nə idi günahım, Allah?” yazısını da oxumaq mümkün deyil. Xəstəxanada hər iki ayağı kəsilmiş Xədicənin ürəkdağlayan sözlərindən boylanan haraylar bu yazıda sanki qulaq batırır.
Həmin gecə doğmalarını itirmiş Xədicəgilin dəstəsi erməni quldurlarının əlinə keçir. Daşnakların əmrlərinə baş əyməyən qızcığazı cəzalandırmaq üçün dizə qədər su doldurulmuş zirzəmidə bir gün onu ac-susuz saxlayırlar. Daşnak tör-töküntüsünə dəyişdirilən, gözlərini Bakıda,Təcili Yardım Xəstəxanasında açıb özünü ayaqsız görən Xədicənin düşmənə nifrəti, arzu və istəklərinin üstündən qara xətt çəkmişdi.

Qara örpəkli qız... Ümid şamı və Novruz xonçası...

“Neçə ildi ki, Novruzu dərd-ələmlə qarşılayırıq. Xonça tutub üstündə ümid şamı yandırırıq. Toylarımız, bayramlarımız qəm içində keçib gedir. Rasimin (məşhur fotoreportyor Rasim Sadıqov) çəkdiyi bu şəkildən matəm və bayram havası duyulur. Bir el qızı xonça tutub, şam yandırıb, Novruzu qarşılayır. Başında isə... qara örpək”...
Bu qəm libaslı cümlələr də “Səhər”in Novruz ovqatlı, xonça sovqatlı 21 mart 1992-ci il tarixli sayında Hidayət Elvüsalın qələmə aldığı “Bu bayram axşamı” yazısındandır. Kədər notlu bu yazı Xocalının qara açılan qanlı səhəri kimi, oxucusunu həmin ab-havaya kökləsə də, sonluqda müəllif nikbin notlarla Azərbaycan gözəlinin əli ilə ümid şamı yandırır: “Min yaşa, bacım! Xoşbəxt ol, Azərbaycan qızı! İgidlərimiz əlindəki şamın istisindən od alıb, səni başına qara yaylıq bağlamağa məcbur edən düşməni diz çökdürəcək. Bax, o zaman əlində belə bəzəkli xonçalar tutub “Vağzalı” oynayan el qızlarının önündə, özü də ağappaq gəlin paltarında bəlkə də Qarabağın özünə gəlin gələcəksən. İgidlərimizin qanı ilə suvarılmış bu torpaqda dünyaya gətirdiyin ər oğullar böyüdəcəksən”!

Arılar və bal haqqında

Автор: SAVALAN6 от 27-02-2016, 21:03
Arılar və bal haqqında"Rəbbin bal arısına belə vəhy etdi: "Dağlarda, ağaclarda və onların qurduğu çardaqlarda özünə evlər tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə asanlaşdırdığı yollarla get! Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!"" ("Nəhl" surəsi, 16/68-69)

Hər bir arının çoxlu vəzifəsinin olduğu arı pətəklərindəki yeganə istisna erkək arılarla bağlıdır. Erkək arılar nə pətəyin müdafiəsinə və təmizliyinə, nə qida toplamağa, nə də pətək və bal hazırlamağa kömək etmirlər. Erkək arıların pətəkdə yeganə işi şahzadə arını mayalandırmaqdan ibarətdir.

Cinsiyyət üzvündən başqa heç nəyi olmayan erkək arılar digər arılardakı xüsusiyyətlərin demək olar ki, heç birinə sahib deyillər və elə buna görə də onların şahzadə arını mayalandırmaqdan savayı bir iş görməsi də praktiki olaraq mümkün deyil.

Pətəyin bütün yükünü öz üzərinə götürən işçi arılar şahzadə arılar kimi dişi olsalar da, onların yumurtalıqları inkişaf etməyib, yəni onlar qısır olurlar. İşçi arıların pətəyi təmiz saxlamaq, arı puplarına və körpə arılara qulluq etmək, şahzadə arını və erkək arıları qidalandırmaq, bal hazırlamaq, pətək qurmaq, təmir işlərini yerinə yetirmək, pətəyin havasını müntəzəm şəkildə dəyişmək, pətəyin təhlükəsizliyini təmin etmək, nektar, çiçək tozu, su, qətran kimi maddələri tədarük etmək və onları ehtiyata ("anbara") yığmaq kimi mühüm vəzifələri var.

Ərəb dilində feilin iki növ işlədilməsi mövcuddur və feillərin bu cür istifadə edilməsindən icraçının erkək, yoxsa dişi olması məlum olur. Həmçinin yuxarıdakı ayələrdə arı üçün işlədilən feillər (altı cızılmış kəlmələr) feilin dişi üçün olan şəklində qeyd edilmişdir. Beləliklə, Quranda bal hazırlayan arıların dişi olmasına işarə edilir.

Yaddan çıxarılmamalıdır ki, arılarla bağlı bu həqiqətin bundan 1400 il əvvəl bilinməsi mümkün deyildi. Ancaq Allah diqqəti bu həqiqətə çəkərək Quranın bir möcüzəsini də bizə göstərmişdir.

İlhamə Quliyevanın mirası kimə qalacaq

Автор: EFSUN2 от 26-02-2016, 13:56
İlhamə Quliyevanın mirası kimə qalacaqİlhamə Quliyevanın mirası açıqlandı-bütün varidat əsgərlərindi.
İlhamə Quliyeva bütün mirasını pul şəklində Azərbaycan əsgərlərinə xərclənməsini istəyib və rəhmətlik anasının yanında dəfn olunmağını, üzünə anasının qırmızı yaylığının örtülməsini, bütün mirasının pul şəklində Azərbaycan əsgərlərinə xərclənməsini istəyib."

Ermənistanda türk mənşəli toponimlər

Автор: SAVALAN6 от 26-02-2016, 13:55
Ermənistanda türk mənşəli toponimlərQiyasəddin Qeybullayev 13 mart 1934-cü ildə Quba rayonunun Rustov kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Baki şəhərində 9 nömrəli Peşə Texniki məktəbində oxuyub. 1952-ci ilin noyabrında "Buzovnaneft" və "Kirovneft" mədənlərində təmir ustasının köməkçisi işləyib. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində təhsil alıb, Cəlilabad rayonunun Sabirabad kənd orta məktəbində 2 il tarix muəllimi işləyib. 1960-cı ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstititutunun nəzdində Azərbaycan etnografiyası ixtisası üzrə aspiranturada oxuyub. Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi (1964-1973), baş elmi işçi (1973-1992),1992-ci ildən Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiya və Etnografiya sektorunun aparıcı elmi işçisi olmuşdur. 1966-cı ildə tarix elmləri namizədi, 1995-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1996-cı ildə ABŞ-da çap olunan "Türk dünyası" jurnalının redaksiya heyətini seçilmişdir. Q.Ə.Qeybullayev Azərbaycan Milli Məclisinin yanında Toponimiya Komissiyasının üzvü olmuşdur. Alim 10 monoqrafiya və 200-dən çox elmi məqalənin müəllifidir.
Qiyasəddin Qeybullayev 13 dekabr 2002-ci ildə Bakı şəhərində vəfat etmişdir.


1966-cı ildə "Azərbaycanlılarda müasir ailə məişəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Sonrakı illərdə o, bu mövzu üzrə araşdırmalarını davam etdirmiş, "Azərbaycanlılarda ailə və nigah. Tarixi etnoqrafik tədqiqat. XIX əsr və XX əsrin əvvəlləri " mövzusunda doktorluq dissertasiyasını yazmışdır. Ali Attestasiya Komissiyası çoxsaylı monoqrafiyalarına görə müdafiə etmədən 1995-ci ildə Q. Qeybullayevə tarix elmləri doktoru elmi dərəcəsini vermişdir. Deməli, Qiyasəddin müəllim Azərbaycan etnoqrafiyasında Ailə məişəti sahəsi üzrə respublikada yeganə tədqiqatçıdır. Q. Qeybullayev 1960-cı illərdə Azərbaycan toponomiyasının tədqiqinə başlamış, məhz alim ilk dəfə Azərbaycanın coğrafi adlarında müxtəlif tarixi dövrlərdə Azərbaycanda yaşamış çoxlu türk tayfalarının adlarını, hazırda dilimizdə qalmamış çoxlu qədim türk sözləri aşkarlanmışdir. Onun rus dilində yazdığı "Azərbaycanın toponomiyası" adlı əsəri SSRİ Elmlər Akademiyasının Etnoqrafiya, Coğrafiya və Dilçilik institutlarında 1982-1983-cü illərdə müzakirə edilib bəyənilmiş, 1986-cı ildə Bakida çap olunmuşdur. Alimin elmi yaradıcılığında Azərbaycan xaıqının mənşəyi problemi mühim yer tutur. Azərbaycan tarixşünasliğında hakim baxışa görə XI-XII əsrlərə qədər azərbaycanlıların ulu əcdadları cənubda irandilli, şimalda Dağıstandilli idi. Həmin əsrlərdə gəlmiş oğuzlar bu xalqları assimilə etmiş, özlərini türkləşdirmiş, nəticədə Azərbaycan xalqı və Azərbaycan dili yaranmişdır. Q.Ə.Qeybullayev bu baxışın tamamilə əksinə yeni baxış irəli sürmüş, onun əsaslandırılmasına 4 monoqrafiya "Azərbaycanlıların etnogenezinə dair" (1991), "Qədim türklər və Ermənistan" (1992), "Azərbaycanlıların etnik tarixinə dair" (1994), "Azərbaycan türklərinin təşəkkülü tarixindən" (1994) həsr etmişdir. Onun baxışı 3 qrup fakta əsaslanır: 1) e.ə I minillikdə və eramızın I minilliyində həm cənubda, həm də şimalda qədim mənbələrdə çəkilmiş yer adlarının türkcə olması; 2) həmin qədim yer və şəxs adlarında Azərbaycan dilində və onun dialektlərində saxlanmamış çoxlu qədim türk sözlərinin əksini tapması; 3) V-XI əsrlərə aid erməni və gürcü mənbələrində çoxlu miqdarda türk sözlərinin olması. Onun bu konsepsiyası Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin çap etdirdikləri "Azərbaycan tarixi" dərsliklərində əksini tapmışdır. Q.Ə.Qeybullayev Ermənistan azərbaycanlılarının etnik tarixinə və onların deportasiyasına dair tədqiqat aparmış, iri həcmli "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti"ni çap etdirmişdir (akademik Budaq Budaqovla birlikdə). Əsərin birinci hissəsində Azərbaycan xalqının mənşəyi haqqında yeni baxışın xeyrinə yeni faktlar gətirilmişdir. 2002-ci ildə B.Ə.Budaqovla həmmüəllif olduğu "Gürcüstanda türkmənşəli toponimlərin izahlı lüğəti" çap olunub.


Ermənistan ərazisində qədim türk mənşəli yer adları haqqında danışmazdan əvvəl, ümumiyyətlə, ermənilər və “Ermənistan” anlayışı barədə qısa məlumat vermək lazımdır.Tarixşünaslıqda, o cümlədən erməni tarixçilərinin əsərlərində deyilir ki, indiki Ermənistanın ərazisi tarixən ermənilərin (məlumdur ki, “erməni” sözü ermənicə deyil, çünki onların etnik adları “hay”dır, “erməni” etnonimi isə mənşəcə qədim farslar və yunanlar tərəfindən Urartu dövlətinin Arme əyalətinin adamlarına verilmiş, sonralar “hay”lara şamil edilmiş kənardan verilmə addır, bu barədə aşağıda deyəcəyik) yaşadıqları ərazidir. Əslində isə onlar Ermənistan ərazisinə türklərdən sonra gəlmişlər. Ermənistan ərazisində Urartu mənbələrində qeyd olunmuş coğrafi adlar, hətta V – X əsrlərin qədim erməni mənbələrində göstərilən və indi də mövcud olan yer adlarının əksəriyyətinin ermənicə olmaması bu fikrin doğru olduğunu sübut edir.
Ermənistanda türk mənşəli toponimlər

Bir neçə misal göstərək. V əsrdən (Moisey Xorenskinin “Ermənistan tarixi” əsərindən) adı çəkilən Araqats dağının (hündürlüyü 4090 m) adlı türkmənşəli Alagöz adının qədim erməni dilində “l” səsinin “r” səsi ilə, “z” səsinin “s” səsi ilə əvəzlənməsi nəticəsində tələffüzü və yazılış formasıdır. Qeyd etmək lazımdır ki, keçən əsrdə Ermənistanın Şərur, Dərələyəz qəzasında və Eçmiadzin mahalında Alagöz adlı çay, Alagöz adlı şəhər xarabalığı məlum idi15.Maraqlıdır ki, Alagöz (ermənicə Araqadz) dağının ayrı-ayrı hissələrinin adları da yaxınlara qədər türk-azərbaycanca idi: Çınqıl, Kuyül, Ziyarət, Qızıl Ləqəm, Qaradağ, Qaraköynək, Qızıl Ziyarət, Qızıldağ, Şiştəpə, Buğutlu, Börklü, Qıpçaq, Qaranluq, Baku-göl, Təkərli gölü, Maralik və . Bu onunla əlaqədardır ki, Alagöz qədim zamanlardan Ermənistan azərbaycanlılarının yaylaq yerləri idi. Birakn dağının (hündürlüyü 3650 m) adı türkcə Binqel (yəni Mingöl) adındandır: türk mənşəli bin (min) sözündəki “n” səsi “r” səsinə çevrilmiş qel (göl) sözü isə erməni dilindəki akn “bulaq”, “su mənbəyi” sözü ilə əvəz olunmuşdur (indi bu dağ Burokan adlanır).

Saraki dağının (hündürlüyü 3050 m) əsl adı Sarıbulaqdır, demək türkcədir, lakin bulaq sözü ermənicə akn “bulaq” sözü ilə əvəz edilmişdir. Tondrak dağının (hündürlüyü 3542 m) adı erkən orta əsrlərdə (830 – 840- cı illərdə orada xalq həyəcanı baş vermişdir) Apahuni əyalətinin Tondrak mahalının17 adını əks etdirir. XVIII əsrdə Qərbi Sibirdə bir türk ulusu Tondurak adlanırdı.Cənubi Azərbaycan ərazisində əhalisi azərbaycanlılardan ibarət olan Tondar kəndi vardır. Bütün bu toponimlər qədim türk mənşəli dondar (tondar) tayfasının adını əks etdirir. Bu tayfa haqqında biz bundan qabaqkı kitabımızda ətraflı danışdığımıza görə təkrara varmırıq. Ermənistanda Pəmbək dağının adı da ermənicə deyildir. Müqayisə üçün deyək ki, keçən əsrdə Bambak adlı xarabalıq və çay Tiflis quberniyasının Axalsıx qəzasında, Bambak adlı dağ Şimali Qafqazda (Maykopda) .Pəmbək, yaxud Pambak toponiminin mənası hələ aydınlaşdırılmamışdır. Lakin burası şübhəsizdir ki, bu toponimin sonluğunu qədim türk mənşəli bək “təpə” (məsələn, Kazbek toponimində olduğu kimi, həmin söz Gədəbəy toponimində də vardır və bütünlükdə “keşikçi təpəsi” mənasını verir) sözü təşkil edir. Ararat dağının və Ararat (ermənicə Ayrarat) vadisinin adı ermənicə deyil, ermənicə Ararat Masis adlanır. “Ararat” toponimi Urartu dövlətinin Bibliyada yazılış formasıdır və erməni dilinə xristianlığın IV əsrdə qəbul olunması ilə əlaqədar Bibliyadan keçmişdir.

“Urartu” sözünün özü isə qədim assur mənbələrində çəkilir və Urartu ölkəsinin adıdır. Urartulular öz ölkəsini Urartu deyil, Biaynili adlandırırdılar və bu adın dil mənsubiyyəti aydın deyil. Melikişviliyə görə “Urartu” (əslində Uriatru) hürrit dilindədir, bu dil isə Urartu dili ilə birlikdə Qafqaz mənşəli hesab edilir.Halbuki erməni dili Hind-Avropa dil ailəsinə daxildir. Ermənistanda Erzinkay vadisinin adı əslində Araz-qaya adının ermənicə yazılışı (sözlərin axırında sait səslərin yazıda düşməsi erməni dili üçün səciyyəvidir) və tələffüz formasıdır. Oradakı Şirak vadisi isə (bu toponim erməni mənbələrində V əsrdən məlumdur) türk mənşəli şirak tayfasının adını əks etdirir və bu haqda aşağıda ətraflı danışacağıq. Sevan gölünün adı Urartu dilindən erməni dilinə keçmiş sue “su” sözündəndir.Lakin qədim erməni mənbələrində Sevan adına rast gəlinmir. Göyçə gölünün Sevan adlandırılması 1930-cu ilə aiddir. Urartu dilindəki sue “su”, erməni dilindəki sov “göl” sözləri ilə türk dillərindəki suv “su” sözünün zahiri oxşarlığı diqqəti cəlb edir. Tarixən Göyçə mahalı azərbaycanlıların ərazisi olmuşdur. V əsr erməni tarixçisi Moisey Xorenski əsərində (I kitab, 12-ci fəsil) ermənilərin bu əraziyə köçməsinin erməni çarı Artaşesin (eramızdan əvvəl II əsr) dövrünə aid olduğunu yazmışdır.
(ardı var)
Təqdim etdi
Savalan Talıblı
analoq.az

ROMA TARIXINDƏ ETRUSK DÖNƏMI

Автор: SAVALAN6 от 22-02-2016, 02:00
Firudin Cəlilov
professor

ROMA TARIXINDƏ ETRUSK DÖNƏMI
Qədim dünya tarixində Roma imperiyasının önəmli yeri olmuşdur. Roma dövlətinin yaranmasında da Roma şəhərinin və bu şəhəri salan Anadoludan gəlmə boyların önəmli rolu vardı. Həmin boylar etrusk adı ilə tanınsa da, bu ad altında hansı soykökünə, hansı etnosa mənsub boyların olması o qə-dər də aydın deyil. Olsun ki, Anadoludan İtaliyaya ayrı-ayrı çağlarda müxtəlif soylu boylar köçmüşlər. Qaynaqlar belə köçlərdən ikisi haqqında bilgi verir: Troya savaşından sonra Eneyin başçılığı ilə 12-ci əsrdə və Lidiyadan Tirsenin başçı-lığı ilə 8-7-ci əsrlərdə. Yunan əlifbasında r/s hərflərinin ox-şarlığı nədəniylə Tirsen adının bəzi qaynaqlarda Tirren kimi verilməsi geniş yayılmışdır. Maraqlıdır ki, etrusklar özlərinə tirren//tirsen deyil, aras deyirdilər, aras yurdlarını da Arasena adlandırır, Rasena, Rasna şəklində yazırdılar.
ROMA TARIXINDƏ ETRUSK DÖNƏMIEtruskların qədim tarixi haqqında bilgi az olsa da, 8-ci əsrdən sonrakı çağlara aid arxeoloji və etnoqrafik bəlgələrdə, yazılı qaynaqlarda onlara aid xeyli məlumat vardır. Təəssüf ki, etruskların öz dilində olan minlərlə yazı hələ də susur və bu durum etrusk tarixinin öyrənilməsinə maneələr yaradır. İtaliyada minil davam edən etrusk tarixinin başlanma çağını bəzi antik cağ yazarları m.ö. 8-ci əsrin ortalarında salınan Roma şəhərinin tarixindən üç əsr əvvələ aid edirlər. Bu da Eneyin başçılığı ilə İtaliyaya olan miqrasiya tarixinə yaxın dönəmdir.

Ölkə üzrə işsiz statuslu şəxslərin sayı açıqlandı

Автор: EFSUN2 от 21-02-2016, 15:55
Ölkə üzrə  işsiz statuslu  şəxslərin sayı açıqlandıMəşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb.
Xeber24 Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki,Ölkə üzrə  işsiz statuslu  şəxslərin sayı açıqlandı işsizlərin sayı 29 800 nəfər olub ki, onların 38,3%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği isə 281 manat olub.

İşsiz statusuna malik olan şəxslərin çoxu paytaxt Bakıda yaşayır. Belə ki, onların sayı 12513 nəfərdir. Bunlardan işsizliyə görə müavinət alanların sayı isə 1012 nəfər təşkil edib.

Sabah qar yağacaq

Автор: INTIQAMADMIN от 20-02-2016, 18:15
Sabah  qar yağacaq
Azərbaycan bəzi yerlərdə 14 dərəcə şaxta gözlənilir.
Yağmurlu hava istirahət günü də davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının