Facebook səhifəmizi bəyənin
ƏSAS SƏHİFƏ Baş Redaktordan Tanınmış şahmatçı,beynəlxalq qrossmeyster Əziz Ələkbərlini parlamentdə görmək istəyir

Tanınmış şahmatçı,beynəlxalq qrossmeyster Əziz Ələkbərlini parlamentdə görmək istəyir

İşinə, peşəsinə vurğun adamları həmişə dəyərləndirmişəm. Belə insanlar heç vaxt kiminsə alqışlarını,təşəkkürlərini gözləmirlər. Başlarını aşağı salıb öz işləriylə məşğuldur və necə deyərlər mənəvi borclarını yerinə yetirirlər.

Bu cür adamlar daima xalqa xeyir verən, milli-mənəvi dəyərləri qoruyan,tarixi,folkloru , xalqa mənsub olan bütün mənəvi dəyərlərin yükünü öz çiyinlərində daşıyırlar.

Əziz Ələkbərli də belə ziyalılarımızdandır. Onun tədqiqat əsərləri, Qərbi Azerbaycan haqqında dəyərli araşdırmaları gələcək nəsillər üçün sanballı xəzinədir.Bu əsərlər deyərdim ki, ölçüyə gəlməz dəyərdədir.

Əziz Ələkbərli kimi ziyalılar xalqın vəkili olmalıdır ki, yolumuz aydın, rəvan olsun.

Ona parlament seçkilərində bol uğurlar arzu edirəm.Əminəm ki,Saatlılar onu özlərinə vəkil seçəcəklər.

Azər Mirzəyev
Beynəlxalq qrossmeyster ,əməkdar məşqçi
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu