ƏSAS SƏHİFƏ Baş Redaktordan "Əziz Ələkbərovun dövlətin sosial-mədəni inkişafına öz töhfəsini verəcəyinə inanırıq" -Sumqayıt Yəhudiləri Dini Icmasının təsisçisi

"Əziz Ələkbərovun dövlətin sosial-mədəni inkişafına öz töhfəsini verəcəyinə inanırıq" -Sumqayıt Yəhudiləri Dini Icmasının təsisçisi

Bildiyimiz kimi, təməli Ulu Öndər tərəfindən qoyulan inkişafın davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son zamanlar ölkədə uğurlu islahatlar həyata keçirir.

Bu baxımdan ölkə iqtisadiyyatında, insanların sosial durumunda və bəzi sahələrdə yüksəklişə doğru sürətli nəticələr əldə olunub.

Eləcə də, parlamentin buraxılmasına və xalqa daha yaxın, onu anlayan, dövlət və millətə fayda verəcək millət vəkillərinə ehtiyac duyuldu.

Bu ilin fevral ayında keçiriləcək seçkilərdə layiqli namizədlər arasında, digər millətin nümayəndəsi kimi, bir yəhudi olaraq 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd, YAP tərəfindən irəli sürülən Əziz Yusif oğlu Ələkbərov da vardır.

Onun ölkənin siyası sabitliyinə, insanların sosial durumunun yaxşılaşmasına, müzakirəsi zamanı hər bir qanunda yalnız insan amilinin önə çəkilməsində, dövlətin sosial-mədəni inkişafına öz töhfəsini verəcəyinə inanırıq.

Bir daha Əziz Yusif oğlu Ələkbərova uğurlar azulayırıq və insanların dəstəyinə nail olacağına ümid edirik.

Nəsimi Abilov
Sumqayıt yəhudiləri Dini İcmasının təsisçisi

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu