Dövlətçiliyimizin Ulu Memarları.






1918-ci ilin may ayının 28-də tarixində öz müstəqillik yoluna qanlar bahasına zəfərlə qədəm qoyan istiqlal ruhlu xalqımızın həyatında uzun və əzablı illərin azadlığa olan həsrətindən sonra ilk müstəqil Azərbaycan Xalq Cümhurriyyətinin təşəkkülü rəsmləşdi. Bu təqvim bəşər tarixində maarifçi ziyalı kütlənin cəhalət uçurumuna sürüklənmiş millətin dövlət sahibi olan xalqa çevirilməsində əvəzsiz zəhmətə qatlaşaraq reallaşdırdığı təqdirə layiq bir məqamın Şərqdən doğan günəşi, müstəqilliyin həqiqi carçısı idi. Tarix ümumxalq yoluna parçalanmalar, etnik-təmizləmə siyasətinə düçar olma və qurbanlar vermə bəxş etmiş xalqımızın gələcək yaşamını, milli kimliyini, keçmişinə və sabahına olan diqqətini milli şüur və düşüncə ilə dirçəltmək məqsədilə əldə olunan, ümumxalq azad olma məramında dövlətçilik dəyərlərini formalaşdırmaq fürsətini dəyərləndirən mütərəqqi düşüncəli, cumhuriyyət sevdalı fədakarların gərgin əməyinin müqəddəs nəticəsini bu gün müstəqillik duyğusunun zövqünü yaşayaraq müqəddəs müstəqillik tarixinə gedən yola məmuniyyətlə bir daha nəzər salmamızı bizə borc tanıyır.

1918-ci ilin may ayının 28-də Çar Rusiyasının istilasından dünyagörüşünə görə maarifçilikdən, ümum inkişaf yolundan, ümummili idrakdan mərhum olan Şərqin əslində dərin dövlətçilik və milli və mənəvi dəyərlərə malik olan millətinin tarixində əlamətdar hadisə baş verdi. Millətin xalq olaraq formalaşması naminə milli ictimai fikrin kök atmasında əzablara sinə gərmiş maarifpərvər Azərbaycan ziyalılarının birləşdiyi Milli Şura müsəlman Şərqində respublika formasında dövlət müstəqilliyini elan edən müqəddəs ilkə imza atmağa nail oldu. Əsarətkeş imperiya xislətinin qara buludlar kimi 1828-ci ilin ədalətsiz Türkmənçay müqaviləsindən sonra xalqımızın azad olma yolunda üzərinə düçar olaraq, onun ümumxalq yaşamına məhdudiyyətlər, sosial təhkimçilik, milli kimliyin mövhumatçılıq yolu ilə unudulmasınını bəxş etməsi heç şübhəsiz Cümhuriyyət bərqəar olan tarixi ana qədər fədakar gərgin fəaliyyətlərin milli düşüncə sahiblərinin timsalında təşəkkül tapmasına zəmin yaratmışdır. Zəngin dövlətçilik tarixi mövcud olan xalqımızın tarixində onun milli mənsubiyyətindən həyat nicatı tapan unudulmazların sayəsində xalqımızın yumurq kimi birləşməsi, vahid dilə, dinə və dəyərlərə malik olması, lakin bu dəyərlərin əsarət alıtında aşağılanmaq dövrünə düçarı xalqımızın ən təbii azad olma hüququnun həqiqəti əks etdirən dirənişlərin sayəsində ona layiq olan səviyyədə-cümhuriyyət səviyyəsində bərqərarına haqq qazandırmışdı.
Azərbaycan milli istiqlal hərəkatının ilk qığılcımları 20-ci əsrin əvvələrinə təsadüf etməklə, qarşıda duran mühüm ictimai-sosial vəzifələrin həyata keçirilməsi istiqamətlərini çoxşaxəli müstəviyə sirayət etdirmişdi. İstiqlal hərəkatının alovlanmasının mənbəyində isə heç şübhəsiz intelektual potensial, milli özünüdərk, bərabərlik və milliyyətçilik dururdu. Fərdlərin milli özünüdərki sayəsində formalaşan ictimai fikrin yalnız zülm ehtiva edən əsarətdən qurtlumaq yolunda möhkəmlənməsi mühüm meyar idi. Bu vacib meyarın fərqində olan milli aydınlılar təbəqəsinin düşünən nümayəndələri sırasından çıxmış, mütərəqqi ideyalı azərbaycanlı Məmməd Əmin Rəsulzadənin istiqlal mücadiləmiz yolunda sərf etdiyi intelektual zəhmətinin sosial-siyasi məqamına diqqət yetirmək zəruridir. 1884-cü ilin yanvar ayının 31-də Bakının Novxanı kəndində anadan olan Məmməd Əmin Rəsulzadə pedaqoq Sultan Məcid Qənizadənin rəhbəri olduğu Rus-Tatar məktəbində oxuyaraq, buranı bitirməyə müvəffəq olmuşdur. Dövrünün zəkasına görə həqiqətən mükəmməl potensiala sahib birisi kimi özünü təsdiq etməyi bacarmış Məmməd Əmin Rəsulzadənin 1902-ci ildə 17 yaşında Müsəlman-gənclik təşkilatını yaratması milli kimliyi uğurunda mübarizəyə can atan bir gəncin təşəbbüsü adına böyük naliyyət idi. Tezliklə bu təşkilatın daxilində toplanan milli mübarizə əzmi ilə qaranlığa düçar olmuş məmləkətimizin canlı yaşamına aydınlıq bəxş etmək arzusunu əməlləri ilə ehtiva edən fədakarların rus müstəmləkə-üsuli idarəsinə qarşı gizli mübarizə aparan siyasi strategiyası formalaşdı.


İmperiyanın maddi və mənəvi təhkimçiliyinin hədəfində olmaqdan cana doymuş ulu əcdadlarımızın milli istiqlal hərəkatımızın qabaqcıları ətrafında birləşməsi bərabərlik ehtiva edən, nümunəvi idarəetmə, şəxsiyyət azadlığına dəyər verən Müsavat partiyasının Məmməd Əmin Rəsulzadə, Tağı Mövsümov Və Abbasquluzadə Kazımzadənin əvəzsiz zəhməti hesabına təşəkkülü milli istiqlalımızın bərqərar olması yolunda tarixi hadisə idi. 1915-ci ildə partiyanın "Açıq Söz" qəzetinin nəşrinə başlanması gizlin fəaliyyətin tezliklə çar üsuli-idarəsinin yıxılacağı, məmləkətimizdə azadlıq günəşinin parlayacağı yolunda mühüm addımı idi. 1917-ci ildə Rusiyada fevral burjua inqilabının alovlanması imperiya əsarətində olan xalqların müstəqilliyinə şərait yaradacaq bir məqamı reallaşdırmaqda idi. Bu istiqamətdə öz milli kimliyinin azad olma ruhlu millətin özünə qaytarmaq uğurunda gərgin ictimai-siyasi fəaliyyətləri ilə müqəddəs tarixi misiyanın iştirakçıları olaraq Azərbaycanın azərbaycançılıq məfkurəsinin istiqamətverici milli dəyərləri ilə müstəqilliyi naminə var olmağı bacaran cümhuriyyət fədailəri 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılıdığını elan etdilər. Taleyüklü vəzifələrin milli aydın düşüncəli şəxsiyyətlər tərəfindən şərəflə yerinə yetirilməsi duyğusu milli mənsubiyyətə verilən dəyərin ölçüsüz tarixi həqiqəti idi. Azərbaycan xalqının bir bayraq altında müstəqil yaşamına dəyər verən cümhuriyyət zəfəri Azərbaycan sözünün rəsmi dövlət və müstəqil məmləkətimizin adına çevrilməsində əbədiyaşar dəyərlərin yaranması təməlini formalaşdırdı. Müsəlman şərqində ilk demokratik parlamentli respublika və dünyəvi dövlət nümunəsi, qadınlara ilk seçki azadlığı tanıyan hökümət olaraq tariximizin şanlı səhifələrinin sahibi olan Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti Azərbaycanın xalqının müstəqilliyə olan daxili düşüncə inamına sarsılmaz töhvə verdi. Bolşevik Rusiyasının Azərbaycanı yeni müstəmləkə zülmünə düçar etməsi 23 ay yaşayan mütərəqqi sosila dayaqlara sahib olmuş AXC-in milli dövlətçilik dəyərlərini işğala düçar edə bilmədi. 70 illik əsarət içərisində Rəsulzadənin, Xoyskinin, Yusifbəylin, Əli Bəy Hüseynzadənin, Xəlil bəyin, Hacinskinin və adını çəkmədiyimiz cümhuriyyət sevdalı neçə-neçə ölməz düşüncə sahiblərinin üçrəngli azadlıq ideyaları xalqımızın milli düşüncəsində yaşayaraq, onun dirçələrək, cümhuriyyət fədakarlarının ruhun şad etməsinin əsas səbəbi olan müstəqilliyimizi yenidən bəyan etmək yolunda milli silahımız oldu. Nəticədə 1991-ci il oktyabrın 18-də qəbul olunmuş "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitutsiya" da təsbit olunmuş "1920-ci il aprelin 27-28-də XI-Qırmızı Ordunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin"- ifadəsi yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan Respublikasının AXC-in varisi olduğu haqqında irəli sürülən mühakimənin haqlı və xalqımız adına layiqli mövqeyi idi. Artıq Azərbaycan 25 ildir ki, Azərbaycan Xalq Cümhuriyyətin varisi olaraq müstəqillik, suverenlik və bölünməzlik dövrünü yaşayır. Milli-azadlıq mücadiləmizin rəmzini ehtiva edən üçrəngli bayraq müstəqil vətən səmalarda dünyada ən uca bayraq olaraq dalğalanır. Rəsulzadə və Əliyevçilik ideyaları Azərbaycan xalqının müstəqilliyin, suverenliyin və bölünməzliyin zəmanəti olaraq öz təsdiqini sözlə yox, qanla tapmışdır. Bu gün müstəqilliyimiz, suverenliyimiz əmin əllərdədir. Danılmaz deyildir ki, Dağlıq Qarabağ münaqişəsinin düyünlərinin çözümü prosesində iqtidarlığa can ataraq ölkəmizi bir növ xaosa sürükləmək istəyən xarici donorlar vasitəsilə mövcudiyyətini ölkəmizə qarşı siyasi kampaniyalarda əyaniləşdirən qüvvələr iş başındadır. Okeanın o tayından Avropaya qədər olan arealda erməni lobbiçiliyinə alternativ mühacir şəbəkəsi formalaşdırmış milli xainlərimiz uzun müddətdir ki, dövlətçiliyimizin sarsılmaz memarlığını həzm edə bilməyərək hər cür çirkin əməllərin icraçısına çevrilirlər. Lakin düşünülmüş, ümummili maraqlarımızı qətiyyətlə müdafiə edən ulu memarlarımızın düşüncə irsindən qidalanmış siyasət nəticəsində ölkəmizdə dayanıqlı iqtisadi, siyasi, ictimai sabitlik qüvvədədir. Hər bir ölkə vətəndaşı dövlətlə koordinasiya şəkilində problemlərin həllinə, dövlətimizin təməl sütunlarını sarıtmağa meyilli olan məmur özbaşınalıqlarının subyektlərini ifşa etməkdə özünü maraqlı və məsuliyyətli hesab edərsə o zaman ölkəmizin qüdrətini zəiflədən heç bir daxili və xarici amil aydınlığa qovuşa bilməz.
Diqqətinizə görə minnətdaram.

Samir Zeynalov.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Nexium Coupons For Seniors Is Cephalexin Safe When Pregnant Purchase Cheap Flagyl In Rochester buy cialis online Maximum Dose For Amoxil