• 22:00 – Ramazan ayının orucunda İlahi yardım var 
  • 20:00 – Suriyadan qaçan ermənilərin 16 mini isə Ermənistana köçüb. 
  • 19:48 – Müsahibə 
  • 18:30 – Messencerlərdəki yazışmalar izlənəcək 
  • 17:48 – Veriləcək mənzillərə aydınlıq gətirildi 
  • 16:00 – Atəşkəsin pozulması göstərir ki, status-kvo dayanıqsızdır 
  • 15:00 – Göyçaylılar Göyçay-Avtonəqliyyat ASC-nin müdirindən şikayət edir 
  • 14:30 – Nazir vətəndaşları qəbul edib 

Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədrinin təbriki

Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədrinin təbriki Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədrinin təbriki Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab

İlham Əliyevə

Möhtərəm cənab Prezident !

Sizi ömrünüzün bu gözəl çağında 55 illik yubileyiniz münasibətilə Kəlbəcər rayon ağsaqqalları, ziyalıları, zəhmətkeş insanları və öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Siz Ulu Öndər Heydər Əliyevin bizlərə əmanət qoyduğu müstəqil Azərbaycanın güclənməsi, çiçəklənməsi və dünya dövlətləri arasında öz layiqli yerini tutması üçün öz ömrünüzü doğma vətənə və xalqa sərf edirsiniz. Öz taleyini, övladlarının gələcək firavan günlərini Sizə etibar edən Azərbaycan xalqı atdığınız hər bir addımda Sizin arxanız və dayağınızdır.

Bütün Kəlbəcər camaatı torpaqlarımızın xilasının, el-obamızın öz yurduna qayıtmasının, o torpaqlarda başlayacaq yeni həyatın yalnız Sizin müdrik siyasətinizin nəticəsində gerçəkləşəcəyinə inanır.

Siz Ulu Öndər yolunun ləyaqətli davamçısı kimi Azərbaycana misilsiz uğurlar qazandırmısınız, öz alicənablığınızla millətə, dövlətə xidmət nümunəsi olmusunuz.

Hörməti cənab Prezident !

Sizi doğum gününüz münasibətilə bir daha Kəlbəcər ictimaiyyəti, el ağsaqqalları və ağbirçəkləri, ziyalıları və sadə insanları, məşhur el sənətkarı Aşıq Şəmşir ocağı adından ürəkdən təbrik edir, vətənimiz, dövlətimiz, xalqımız üçün gördüyünüz misilsiz işlərdə böyük uğurlar diləyirik. Ən xoş və gözəl günlərinizi yaxın gələckdə Şuşada, Xankəndində, Ağdamda, Kəlbəcərdə həmişə olduğu kimi yenə ölkəmizin sadə vətəndaşları ilə birlikdə qeyd etmənizi Allahdan arzulayırıq.

Ulu Tanrı Sizi qorusun!

Dərin hörmət və ehtiramla,
Qənbər Qurbanov.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədrimoderator.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV