Bizi izləməyi unutmayın

Baş Redaktordan / Manşet / #Yazarlar / #Ədəbiyyat

SANKİ, GÖYƏRÇİNLƏR DƏ VİDA NƏĞMƏSİ OXUYURDULAR

25-01-2017, 14:00 | 6842 dəfə baxılıb.


Görkəmli alim, Bakı Dövlət Universiteti "Bitki fiziologiyası" kafedrasının müdiri, biologiya elmləri doktoru, əməkdar elm xadimi, ABŞ-ın İllinoys EA-nın həqiqi üzvü, İngiltərə Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin direktorunun Avropa üzrə nümayəndəsi, ABŞ-ın Bioqrafiya İnstitutunun səlahiyyətli nümayəndəsi, adı XX əsrin məşhur ziyalıları toplusuna daxil edilən "Şöhrət" ordenli professor NEYMƏT QASIMOVun haqq dünyasına qovuşmasından 40 gün ötür. Bu 40 gün necə gəlib-keçdi, doğrusu bilmədik.

Amma bildiyimiz tək o oldu ki, bu müddət ərzində Neymət müəllimin yoxluğu hər gün daha çox özünü biruzə verdi.

Bütün tanıyanlar (mən daxil) BDU-da, əsas korpusun 1-ci mərtəbəsində, onun uzun illər əyləşdiyi otağın yanından hər gün dərin köks ötürməklə, təəssüflənərək keçdilər. Çünki, Neymət Qasımov özündən sonra yalnız xoş xatirələr qoyub getdi - həm səmimi insan, gözəl dost, sevilən pedaqoq, həm də öz sahəsinin nəinki respublikamızda, hətta bütün dünyada etiraf olunmuş alimi olaraq.

Ali məktəbdə rus dilində təhsil aldığımdan “Bitki fiziologiyası” kursunu bizə Neymət müəllim deyil, kafedranın başqa müəllimi tədris edirdi. Amma 1998-ci ildə bakalavriaturanı bitirərkən diplom işimin müdafiəsində Neymət müəllim mənə zoologiyanın müxtəlif sahələrinə aid 3 sual vermişdi.

Deyəsən inamlı cavablarımdan razı qalmışdı və müdafiədən sonra əlimi sıxaraq: “Səni ürəkdən təbrik edirəm. Müdafiən də, çıxışın da çox xoşuma gəldi. Arzu edirəm ki, həyatda hər zaman uğur qazanasan”, demişdi.

Mən, qəlbən və ruhən ekologiya sahəsinə yaxın olduğumdan ekologiyanı seçməli oldum. Lakin, hər zaman Neymət müəllimin dəyərli və səmimi məsləhətlərindən bəhrələnmişəm. Həm də ona görə ki, bu insanı tanımağım çox kiçik yaşlarıma gedib çıxır.Bunun da bir neçə səbəbi olub.

Bir tərəfdən, mərhum xalam, biologiya elmləri namizədi, dosent Mələk Qasımzadənin bütün şüurlu həyatı Bakı Dövlət Universitetinin Biologiya fakültəsi ilə bağlı olub. Uzun illər Fakültə Qadınlar Şurasının sədri kimi fəaliyyət göstərib. Neymət müəllim də universiteti bitirəndən bu fakültədə çalışıb.

Hətta 1980-1990-cı illərdə fakültə dekanı işləyib. Odur ki, xalamla, onun ömür-gün yoldaşı, alademik Fuad Qasımzadə ilə böyük hörmət, ehtiram, illərin güvənli dostluğu olub aralarında. Bir-birilərinə sözlərini böyük ərklə deyə biliblər. Neymət müəllim bilirdi ki, bizim evdə bir Mələk böyüyür.

O, da oğul nəvəsinin adını “Mələk” qoymuşdu. Hətta bu hadisədən sonra Mələk xanımı görüb:“Ay, Mələk xanım, sənin şərəfinə nəvəmin də adını “Mələk” qoymuşam”, dəyəndə, Mələk xanım çox fərəhlənərək: “Adları ilə böyüsünlər, Allah bütün balaları xoşbəxt eləsin, bizim Mələklər də daxil”, deyə xeyir-duasını əsirgəməmişdi.

Digər tərəfdən Neymət müəllimin ömür-gün yoldaşı Zeynəb xanım çox mehriban, qayğıkeş bir xanımdır. Hər dəfə görüşəndə mehribancasına hal-əhval tutar, evdəkilərin halını xəbər alar. Qızları Lalə xanım fakültəmizin sayılıb-seçilən müəllimlərindəndir.

Kürəkənləri Nazim müəllimlə də çox yaxın, səmimi münasibətdəyik, aramızda xüsusi zarafatımız var. Oğlu Fikrətlə az yaş fərqimiz olsa da, uşaqlığımız eyni dövrə təsadüf edib. Gəlinləri Pərvin xanımla da eyni kollektivdə çalışırıq.

Dekanlığımızda tələbələrlə aparılan işin bir hissəsi də onun payına düşür. Lalə xanımgilin yeganə övladı Cavid olduqca qabiliyyətli, mədəni bir oğlandır. Onun bu günə qədər bütün həyatı gözümün önündə keçib. Yaxşı xatirimdədir, Cavid balaca uşaq idi.

Neymət müəllim hər gün işdən gələndən sonra öncə nəvəsini həyətə gəzməyə çıxardar, onunla topla oynayardılar. Bəzən bu oyunlara mən də qoşulardım. Odur ki, 40 ilə yaxındır qonşu olduğumuzdan, bu ailənin bütün üzvləri ilə çox səmimi dostluq telləri bağlayır bizi.

Neymət müəllim sözün həqiqi mənasında nüfuzlu alim, böyük ziyalı idi. Özünün dediyinə görə, o, respublikada ilk biofizika laboratoriyasının yaradıcısı olub.

Vaxtilə bitki fiziologiyası sahəsində Nobel mükafatı alması üçün cəmi 2 səs çatmayıb. Və şəxsən mən, bu insanın elmi və pedaqoji fəaliyyətini həmişə bioloqlara bir örnək hesab etmişəm və özüylə də bu barədə dəfələrlə söhbətlərimiz olub. Amma növbəti söhbətlərimizin birində çox maraqlı və sirli bir fakt aşkarlandı.

Məlum oldu ki, o, ilk məqaləsini orta məktəbdə oxuyarkən yazsa da, bu məqalə heç də biologiya deyil, fizika sahəsinə aid olub: “Anar, 10-cu sinifdə oxuyurdum. 2 məqalə yazmışdım.Amma düşünmə ki, biologiyadan, ikisi də fizika sahəsinə aid idi.Birinci məqaləm radiodalğalarının interferensiyasına görə güclənmə zonasının yaradılmasına dair, ikinci məqaləm isə küravari ildırımın təbiəti haqqında idi.

O vaxt kənd məktəbində oxuyanda küravari ildırımın təbiəti haqqında heç anlayışım belə yox idi. Amma illər sonra çəkdiyim sxemlərə baxanda məlum olur ki, bu sxemlərdə küravari ildırımın plazma təbiəti əks olunub.Halbuki, o dövrdə heç plazmanın da nə olduğunu bilməmişəm.

Birinci məqaləmə görə isə o dövrdə Universitetdə çalışan dosent Lətif İmanov çox müsbət fikirli rəy də yazmışdı və tövsiyə edirdi ki, ali təhsilimi mütləq fizika sahəsi üzrə davam etdirim. Amma elə oldu ki, taleimi biologiya sahəsiylə bağladım.

1963-cü ildə fakültəni fərqlənmə diplomu ilə bitirib biofizika ixtisası üzrə aspiranturaya qəbul olundum. 4 il sonra isə bitkilərdə şüalanmaya dair yazdığım namizədlik dissertasiyasını uğurla müdafiə etdim. O dövrdə bu mövzu nəinki Sovetlər birliyində, bütün dünyada yeni məsələ idi”.

Bəli. Neymət müəllim görkəmli fizioloq-alim olaraq bu sahədə fundamental monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi idi.Məqalələri dünyanın ən nüfuzlu jurnallarında çap olunurdu.Nə qədər elmlər namizədi, elmlər doktoru yetişdirmişdi. Amma onun bilik dairəsi təkcə biologiya ilə məhdudlaşmırdı.O, ədəbiyyatımızın da mükəmməl bilicisi idi.Hafizəsində çoxlu şeir qorunurdu.

Özü də şeir yazırdı. Hər görüşümüzdə (qonşu olduğumuzdan, xüsusən yaşadığımız evin həyətində) mənə özü yazdığı şeirlərdən deyirdi. Evlərimizdə iki Mələk böyüdüyündən hər dəfə ya BDU-nun dəhlizində, ya da həyətdə məni görəndə üzündə nurani təbəssümlə: "Şair! 2 misra deyəcəm, ardı səndən”, deyirdi. 
“- Bir həyətdə iki MƏLƏK,
İki arzu, iki dilək", deyərək, ardını məndən gözləyirdi.

Mən isə müəllimimə böyük ehtiram əlaməti olaraq hər dəfə cavabımda: “Neymət müəllim. Sizdən sonra söz deməkmi olar?!", deyirdim və beləcə gülüşüb ayrılırdıq.Neymət müəllim həm də təbiətin böyük vurğunu idi.

O, həmişə həvəslə danışırdı ki: "Anar, hər gün eyvanımıza çöl göyərçinləri qonur və mən onları əlimdən yemləndirməkdən zövq alıram". Nə vaxtdır həyətimizdə geniş miqyaslı təmir işləri aparıldığından həmin göyərçinlər nəsə görünmürdü.

Amma Neymət müəllimin dəfni günü onlarda olanda Zeynəb xanım bizə göz yaşıyla bu hadisəni danışdı: “Nə vaxtdır eyvanımızda görünməyən çöl göyərçinləri,Neymət müəllim vəfat etməzdən az öncə eyvana yığışdılar.

Hiss etdim ki, elə bil həyacan içində nəsə bildirmək istəyirlər. Çox keçmədi ki, bu dəhşətli hadisə baş verdi və göyərçinlər sakitcə uçub getdilər”.

Doğrusu bunu eşidəndə hər birimiz göz yaşlarına qərq olduq. Görünür, sülh və sədaqət rəmzi olan göyərçinlər də sanki faciəni öncədən duyaraq, çörək verənləri ilə son vidaya yığışıblarmış..

Fürsətdən istifadə edib Neymət müəllimin xanımı Zeynəb xanıma, qızı Lalə xanıma, kürəkənləri Nazim müəllimə, oğlu Fikrətə, gəlinləri Pərvin xanıma və hər gün babasını ziyarət edən Cavidə dərin hüznlə baş sağlığı verirəm.

Mən, çox təəssüf edirəm ki, belə ziyalı insanlar günbəgün azalır sıralarımızdan...

Allah sizə rəhmət eləsin əziz Neymət müəllim!
Yeriniz həmişə görünəcək, həm həyətdə, həm də həyatda...

Neymət müəllimin ruhuna rəhmət diləyi ilə,Anar Məmmədov,BDU-nun dosenti,
şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
22.01.2017
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Gündəm

Professora “Şöhrət” ordeni verildi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

Şairə vəzifə verildi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının