Bizi izləməyi unutmayın

Baş Redaktordan / Manşet / #Yazarlar / #Ədəbiyyat

DÖRD CAVANIN BİR GÜL DƏSTƏSİ

26-01-2017, 23:30 | 6332 dəfə baxılıb.

DÖRD CAVANIN BİR GÜL DƏSTƏSİ

Dörd cavanm şeirlərini aldım.Bir şair ünvanma gələn sonsuz və bulanıq şeir axınında bu yazılar nə qədər duru və saf,aydın və büllur göründü.Elə ona görə də həmin şeirlərin bəzilərini seçib müəyyən redaktədən sonra çapa verməyi məsləhət bildim.

Bu yazılar nə Tahir Talıblının,nə Eldar Nəsiblinin, nə də Nurəddin Əliyevin mətbuat səhifələrindəki ilk şeirləri deyil.Allahverdi Əhmədov isə mətbuatda ilk dəfə çıxış edir.

Elə buna görə də onların yazılarına biz daha tələbkar,qayğıkeş,eyni zamanda,məsuliyyətlə yanaşmalıyıq.

Bir şərtlə ki,bu məsuliyyət və tələbkarlıq hissləri cavanların özlərinin mənəvi keyfiyyətlərinə çevrilib daxili bir tələbata dönsün.Elə burdan da əsil şairlik başlanır.

Mən bu dörd cavanın şeirlərində bir-birinə doğmalıq və yaxınlıq hiss etdim.Onlar mənsub olduqları nəslin adından danışmağı bacarırlar. Ozü də obrazlı şəkildə... Ifadələrdə bir səlislik, orijinallıq və axıcılıq var.

Bunlar sənət yoluna qədəm qoymaq istəyən gənclərimiz üçün vacib və labüd keyfiyyətlərdir.
Doğmalıq və yaxınlıq yaxşı şeydir.Lakin yeknəsəqlik olmasın.Yeri düşdü,düşmədi.

Uşaqlıq xatirələrinə qapılacaq, cəhrə əyirən nənə ilə söhbət,vaxtlı-vaxtsız yağan yağışları düşünmək, itirilmiş subaylığa hayıf-sılanmaq... bütün bunlar təkrar motivlərdir.

Təkrar isə şeirdə bağışlanmazdır.Şeir sabaha baxmalıdır.Onun böyüklüyü və siqləti həmişə ictimai-siyasi həyatımızın,dövrün vacib sosial və mənəvi dəyişikliklərini necə qələmə alması ilə ölçülmüş və ölçülür.

Bu,zamanəmizin mənəvi salnaməsi olan ədəbiyyatımızın,o cümlədən də şeirimizin əzəli və əbədi meyarıdır.

Hələ üzlərini görmək mənə nəsib olmamış dörd cavanın şeirləri eyni bir arzu ilə yazılıb: ürəklərində coşub-daşan gənclik həvəsi,gənclik ümid və etibarını,məhəbbət və sədaqətini şeir dili ilə açıb oxuculara çatdırmaq!

Dörd cavanın şeirləri məndə bir inam duyğusu oyatdı: bu gün qartal kimi qanadlanan şeirlərimizin sabahına dərin bir inam!

Bu inamda da həmin şeirləri "Ədəbiyyat və incəsənət" qəzetinin tələbkar və qayğıkeş oxucularına təqdim edirəm.

Elə bilin ki,bu dörd cavan şairin şeirləri qönçələrdəntutulmuş gül dəstələridir.Sabah qönçələr mütləq açılacaq!O qönçələr açılanda isə daha ətirli,daha rayihəli olacaq.
Nəbi XƏZRİ



BABAMIN KƏHƏRİ

Otən ömür üçün qəribsəyirmi –
Səksəni, doxsanı haqlayır babam.
Keçmiş bir ilxıdan yadigar kimi
Bir yorğa kəhər də saxlayır babam.

Dəli cavanlığı, əyləncələri
Ağardıb saçında, saqqalında o.
Yığıb bir ömürlük xatirələri
Bir kitab söz kimi öz alnında o.

Qardaşınnan artıq sevdiyi atın
Elə uşaq kimi qulluğundadı.
Atınnan uzağa atmaz bir addım,
Arpası, samanı qoltuğundadı.

Verər inəklərdən, camışdan qabaq
Atın alafını, atın suyunu.
Sədrin, briqadirin gözündən iraq
-Bəzən qoruqlarda otarar onu.

Elə əzizləyər, tumarlayar ki...
Babamın kişilik dünyasıdı at.
Onun ürəyini, bir iş də var ki...
Hamıdan birinci duyasıdı at.

Kişinin ən yaxın sirdaşıdımı?
Gör ata necə də mehrini salıb...
Axı, ürəyində dava ilinnən
Bir oğul, bir kəhər həsrəti qalıb.

...Dava əzabını qarışqalar da,
Bütün cücülər də çəkərdi onda.
Bütün kişilər tək boranda, qarda
Atlar da cəbhədə əsgərdi onda.

Otən ömür üçün qəribsəyirmi?
-Səksəni, doxsanı haqlayır babam.
Keçmiş bir ilxıdan yadigar kimi
Bir yorğa kəhər də saxlayır babam.
1971

***

YADİGAR

Qövr edər qəlbimdə dərd için-için
Ağırmış bir eşqin oduna düşmək.
Bəlkə sevgimizi yaşamaq üçün
Bu da bir adətdi – şəkil dəyişək.

Səpərəm alışan, yanan çağıma,
Təbəssüm edərəm dərdi-sərini.
Sovqat saxlayıram qocalığıma
Sənin qız baxışlı şəkillərini.

Şəkil də ömürdü, qalar yadigar,
Şəkil də bir sığal, bir tumar istər.
Sevənlər sevgidə ürək bağışlar,
Məhəbbət, əzizim, etibar istər.

Ayrılıq qəlbimdə od çata-çata
Yağdırar həsrətin yağışlarını.
Şəkil istəyirsən apar yadigar,
Yadigar aparım baxışlarını.
1972

***

Dayanmışam postda mən
Yuxum ərşə çəkilib.
Səmanın ulduzları
Mundirimə tökülüb.

Papağımda, toqqamda
Düymələrimdə ulduz.
Deyirəm ki, bu qədər
Axı, kimdə var ulduz.

Görən bilirmi bu dəm
Şirin-şirin yatan qız.
Bu gecə hey üstümə
Qar yağıb ulduz-ulduz
Tahir Talıblı
1973
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Yazarlar / #Ədəbiyyat

Tahir Talıblı:"Məni ölüm ayağında yazacağım son şerin qorxusu,xofu basdı"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət / #Yazarlar / #Ədəbiyyat

Dəli sevda şairi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının