Həzi Aslanovun qətlində iştirakı olan erməni



Birinci fotodakı iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general mayoru Həzi Aslanovdur.

İkinci fotodakı sovet marşalı Hovanes Baqramyandır.O Baqramyan ki, Həzi Aslanovun ölümündə bir başa əli olub.

2004-cü ildə general haqqında hazırladığım "Əbədiləşən ömrü yolu" filmimdən.

Hər şey belə baş verib. 1945-ci ilin əvvəllərində Stalinin göstərişi ilə bütün müttəfiq respublikalarda Müdafiyə Nazirliyi yaradılırdı. Azərbaycanda bu məsələ ilə əlaqədar Mircəfər Bağırov Mərkəzi Komitədə keçirdiyi iclasda nazirin kim olacağı məsələsini müzakirəyə çıxarır.

O Həzi Aslanovun namizədliyini irəli sürür. İclasdan sonra Stalinə zəng edib fikrini bildirir. SSRİ rəhbəri razılıq verir. 1945-ci il yanvarın 23-də 1-ci Pribaltika cəbhəsinin komandanı Baqramyan, yüngülcə yaralı olan Həzi Aslanovu xəstəxanadan yanına çağırıb deyir.

“ Səni Təbrik edirəm. Böyük bir vəzifəyə gedirsən. Sabah Azərbaycana Mərkəzi Komitənin sərəncamına keçirsən. Bir daha təbrik edirəm. Sonra əlavə edir. Biz, bu gün-sabah hücum əməliyyatına başlamalıyıq.axşı olardı ki, özün gedib hücum sahəsini təyin edəydin".

Tədqiqatlardan məlum olur ki, Baqramyanın dediyi günlərdə həmin ərazində heç bir hücum planı həyata keçirilməyib. Hətta Aslanovun ölümündən bir xeyli vaxt sonra da həmin ərazidə heç bi hücum olmayıb.

Bu yalnız və yalnız Baqramyanın qurduğu məkrli plan imiş.
Qəhrəmanın döyüş yoldaşı palkovnik Klimenkonun dediyinə görə Həzi Aslanov Baqramyanın qəbulundan çıxıb dincəlmək üçün içində isti soba olan butkalı maşına girir.

Aradan on-on beş dəqiqə keçmiş generalın oturduğu maşın altı lüləli minaatandan atəşə tutulur. Aslanov ağır yaralanır. Məsələ burasındadır ki, həmin minaatanı almanlardan sovet döyüşçüləri qənimət götürüb.

Silah Sovet qoşunlarının nəzarətində olan ərazidə imiş. Elə təəccüb doğuran da budur. Ağır yaralanan generalı Moskvaya aparmaq üçün göndərilən xüsusi təyyarə də yalnız ertəsi gün havaya qalxır. Aslanov dünyasını dəyişəndən sonra...

Generalın yaxın dostu Beqiaşvilinin xatirələrindən:
“Həzi Aslanov yaralananda mən orda yox idim. Lakin 5 dəqiqə sonra özümü çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili surətdə təzə qan köçürülməli idi. Mən Həziyə qanımdan verdim.

O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim.

Amma məni zorla onun yanından ayırıb başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra o, düz 23 saat sağ qaldı”.

Yanvarın 22-sində 35 yaşını qeyd edən qəhrəman iki gün sonra müəmmalı şəkildə dünyaya gözlərini əbədi yumdu…

Beqiaşvilinin də fikirincə, general məhz qətlə yetirilib.

Bu ölüm adi ölüm deyildi. Burada müxtəlif maraqlar, məkrli siyasət və gələcəkdə kimlərinsə potensial postuna yiyələnəcək bir şəxsin planlı surətdə ölümü var idi.

Onun ruhu 47 il sonra layiq olduğu II dəfə Sovet İttifaqı Qəhrəmanı adını özünə qaytardı. Yəqin ki, müəyyən müddət keçəndən sonra generalın müəmmalı ölümünün sirri də açılacaq.
Həzi Aslanovun qətlində iştirakı olan erməni

Günel Habilqızı Feyzullayevaскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Propecia Acatisia viagra Kamagra Oral Jelly Review Purchase Synthroid Without Rx Amoxicillin Adverse Events