Ağrı » Bizim analoqumuz yoxdur!
 
  • 13:00 – Xalq artisti: "Əgər Canəli Əkbərov kimi bir sənətkar bu gün görünmürsə...." 
  • 09:30 – Ağ Evdə Tramp Türkiyədən danışıdı 
  • 16:30 – Bakıxanov qəsəbə sakinləri Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət ünvanladı 
  • 15:30 – Baş Prokurorluq qəbul imtahanlarında pozuntularla bağlı məlumat yaydı 
  • 13:00 – Daimi Nümayəndəliyin rəhbəri:"Sosial şəbəkələrdə Naxçıvandakı toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir” 
  • 12:00 – Çin ABŞ-la müharibəyə hazırlaşır 
  • 11:00 – Taksi şirkətinin təxribatı-Ətraflı videonu izlə 
  • 22:00 – Çörək bahalaşdı 

Ağrı

Ağrı Ağrı
AĞRI
(esse)

İndi böyük türk Dünyası,türk torpaqları,türk yurdları,el-ulus böyük bir ağrı içindədi.

Daha doğrusu içindən böyük bir ağrı keçirir,özü də böyük bir ağrının içindən keçib gedir.

Görünür bu da taledi, alına yazılan yazıdı,qismətdi.

Bu görəcəkliyin səbəbkarı bəlkə konkret heç kim də deyil.Əslində ayrı-ayrı fərdlərin, şəxsiyyətlərin heç bir günahı da yoxdu, bəlkə də.

Bu görəcəkliyin günahkarı elə bəlkə Böyük Türkün özüdü,öz böyüklüyüdü.Bu da ki,Tanrı işidi.

Tanrı işi isə həm qaçılmazdı,həm də
qarşısıalınmaz.Bu müqabildə imperiyalar da acizdi, fatehlər də xırda görünür.

Hər halda türk dünyanın ən ağrılı taleyi olan bir xalqıdı,o indi taleyinin növbəti mərhələlərindən birini yaşayır və öz ağrısını çəkir.

Belə yerdə deyilir: ağrın mübarək. bütün xırdaçılıqlardan,əyər-əskiklərdən böyük ağrıyla qurtarmaq olar,itirdiklərini böyük ağrınla bütövləşdirə bilərsən.

Böyük Turan,sən bütöv bir canlı orqanizm kimisən.

Sən bütövlüyündə böyüksən.Elə ki,bu böyük orqaniz￾min ayrı-ayrı əzaları,üzvləri arasında əlaqə pozulur, gözün ayaqdan,ayağın əldən,ürəyin beyindən xəbəri kəsilir,sən kiçilirsən.

Özbək türkü dönüb olur-özbək, qazax türkü qazax millətinə çevrilir, qaraqalpaq qaraqalpaqlıqdan, qarapapaq qarapapaqlıqdan çıxır,Azərbaycan türkü azərbaycanlıya çevrilir-ağrıların başlayır.

Görəsən yaşın boyu neçənci ağrıdı keçirdiyin. Ağrılarınla qoca Xəzərin daşması,qalxması da bir vaxta düşür.Deyəsən,bu qoşalaşma özü də Tanrının işidi.

Qarış-qarış dünyanın hər yerində qalan izin sorağın,gencə-gencə yurdların,daş-daş,qaya-qaya, kərpic-kərpic dəsti-xəttin,hələ çox sirləri açılmayan tarixin indi ağrı keçirir.

Dünyanın hər yerindən,hər qarışından,Altayınnan, Amazonunnan,Sibirinnən,Uralınnan,Qarsınnan, Zəngəzurunnan,Səmərqəndinnən,Göyçəsinnən, Dərbəndinnən,Təbrizinnən,Krımınnan keçib gedən yollarla arandan dağa,dağdan arana,iqlimdən-iqlimə,qitədən-qitəyə yortan yorğa-yorğa dəvələrinin yükündə, göyçə-göyçə atlarının
xurcununda bir qəribə barxana da–Ağrı da gəzdirmisən özünlə.

Ağında,türkündə də bir ağrı damarı var.Ağrı dünyada insanın ən müqəddəs çəkəcəyidi, dünyaya gələn hər təzə yaranışın başlanğıcıdı. İnsan dünyaya böyük bir ağrıynan gəlir,böyük bir ağrıynan da gedir.Bir də o var ki,Sən bu dünyaya ağrı olmaq üçün gəlməmisən.
Tahir Talıblı
«Yeni fikir» qəzeti
Avqust, 1992-ci il
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV