Prezident İlham Əliyev:"Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb"



İyulun 12-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlət başçısı müşavirədə dövr ərzində sosial-iqtisadi həyatda əldə olunan nəticələr, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar, sahibkarlar üçün yaradılan şəraitdən danışıb, iş adamlarının sosial məsuliyyətini bir daha xatırladıb.

Prezident qeyd edib ki, bu gün Azərbaycanda yaradılan şərait nəticəsində yüzlərlə, minlərlə sahibkar öz fəaliyyətini genişləndirir: "Bizim sahibkarlarımız böyük imkanlara malikdirlər. Sahibkarların sosial məsuliyyəti də yüksək səviyyədə olmalıdır.

Bu şəraiti onlar üçün biz yaratmışıq. Çünki indi Azərbaycanda sabitlik, sürətli inkişaf olmasaydı, bizim sahibkarlar bu qədər inkişaf edə bilməzdilər. Eyni zamanda, dövlət onlara güzəştli şərtlərlə kreditlər verir, onların məsələləri həll olunur. Mən sahibkarlarla dəfələrlə görüşmüşəm.

Hər il bir neçə dəfə görüşürəm və tam dəstək göstərilir. Onlar da öz növbəsində sosial məsuliyyəti dərk etməlidirlər. Ona görə, Qaradağ rayonunda sahibkarlar tərəfindən öz vəsaitləri hesabına 1000 mənzillik şəhərciyin tikilməsi çox yaxşı təşəbbüsdür. Mən bunu bəyənirəm, alqışlayıram. Bu, bütün sahibkarlara nümunə olmalıdır.

Mən bundan sonra sahibkarların fəaliyyətini, o cümlədən, bu göstəriciyə görə də qiymətləndirəcəyəm.Əlbəttə ki, bütün bu məsələlərin həll edilməsi bir daha bizim dövlətimizin siyasətini, niyyətini ortaya qoyur. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir".

Dövlət başçısı dövlət məmurlarının davranış normalarına toxunaraq qeyd edib ki, bu barədə dəfələrlə öz fikirlərini bildirib: "Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar.

Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur.

Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə, vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın".

Cari ilin ilk altı ayının göstəricilərindən danışan prezident əldə olunan nəticələrin qaneedici olduğunu bildirib. Ölkə rəhbərinin sözlərinə görə, qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb: "Bu, çox yaxşı göstəricidir.

Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni, ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə, bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz.

Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir".

Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulduğunu deyən İlham Əliyev qeyd edib ki, bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır: "Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir.

Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək.

Bizim valyuta ehtiyatlarımız artıb və bu günə 40,6 milyard dollar təşkil edir. Bu da çox gözəl göstəricidir. Çünki ilin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb. Baxın, neftin qiyməti kəskin şəkildə düşüb. Sonra isə müəyyən dərəcədə qalxıb. Yenə də düşmə ehtimalı var. Amma bizim valyuta ehtiyatlarımız artır. Nəyə görə? Düşünülmüş siyasətə görə.

Ona görə ki, biz heç vaxt populist işlərlə məşğul olmamışıq. Biz hər zaman ölkəmizin uzunmüddətli inkişafı ilə məşğul olmuşuq. Biz həm qənaət etdik, həm islahatlar apardıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə vəsait ayırdıq. Əlbəttə ki, biz idxalı azaltmışıq, ixracı isə artırmışıq.

Büdcə ilə bağlı heç bir problem yoxdur. Ona görə, Neft Fondundan büdcəyə transferlər də azalıb. Yəni, ilin altı ayında valyuta ehtiyatlarının 3 milyard dollar artması mükəmməl nəticədir".
İşsizliyin aradan qaldırılması istiqamətində atılan addımlardan danışan dövlət başçısı bildirib ki, bu il 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimi iş yeridir: "Onu da qeyd etməliyəm ki, 24 min iş yeri bağlanıb.

Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Bu, əslində daimi prosesdir. Ancaq biz rəqəmlərə baxanda, - 122 min iş yeri açılıb, 24 min iş yeri isə bağlanıb, - əlbəttə, görürük ki, yenə də iş yerlərinin açılması prosesi uğurla gedir. Ona görə də bizdə işsizlik aşağı səviyyədədir".

Xarici ticarət dövriyyəsinin göstəricilərinin də müsbət olduğunu deyən prezident qeyd edib ki, bu ilin altı ayında ixrac 36 faiz artıb: "Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. Bax, budur gördüyümüz işlərin nəticələri. Bununla bərabər, idxal 15 faiz azalıb. Müsbət saldo 1,9 milyard dollar təşkil edir. Hesab edirəm ki, hər bir ölkə üçün bu, ən arzuolunan nəticələrdir.

Kənd təsərrüfatı da 2,2 faiz artıb. Bu göstəricilər, - yəni, bunlara heç bir şərh verməyə ehtiyac yoxdur, - dünya miqyasında bu gün ən gözəl göstəricilərdir. Bunu o ölkə əldə edib ki, biz hələ enerji amilindən asılıyıq. O ölkə əldə edib ki, onun gəlirləri son iki il ərzində üç-dörd dəfə azalıb. Bax, budur bizim siyasətimiz, gördüyümüz işlər və əldə etdiyimiz nəticələr".

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlərlə bağlı "525"ə münasibətini bildirən Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, ölkə başçısı İlham Əliyevin müşavirədəki çıxışı bütün məsələlərə yanaşma və onların həlli baxımından yüksək qiymətləndirilməlidir: "İş adamlarının sosial məsuliyyətinin önə gətirilməsi ölkə həyatının sosial-iqtisadi inkişafına yönəlmiş yeni bir addımdır.

Bu, o deməkdir ki, sahibkarlığın inkişafına yerlərdə geniş imkanlar yaradılmalı, onlar da işlərini genişləndirməklə, yeni iş yerləri açmaqla sosial məsələlərin həllinə yardımçı olmalıdırlar.

Bu proses ölkədə insanlarımızın bir çox problemlərinin həllinə kömək edər, işsizliyi tamamilə minimum səviyyəyə endirə bilər".
M.Qasımlı bildirib ki, dövlət rəhbəri məmurların təvazökarlığı ilə bağlı məsələlər üzərində dəfələrlə dayanıb və konkret mövqeyini ifadə edib: "Bu dəfə prezidentin etdiyi xəbərdarlıq isə daha sərt olub.

Ölkə başçısı qəti şəkildə bildirib ki, məmur təvazökar, xalqa münasibətdə sadə və səmimi olmalıdır. Məmurlar özlərini üstün tutmamalı və təkəbbürlü aparmamalıdır. Belə hərəkət edənlər cəzalandırılacaqlar".525.az

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Sex Pills For Men Over The Counter Viagra Oder Cialis Forum buy generic cialis Bupropionxl