Minnətdarlıq



Azərbaycan Dövləti, şəxsən Prezident cənab İlham Əliyev bu dəfə də Milli Mətbuat günü münasibətiylə 255 jurnalist ailəsini sevindirdi.Bu hümanizmin ən ali məqamıdı.Şəxsən cənab Prezidentə,onun bütöv Adminstrasiyasına bir qələm adamı kimi dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan Tele-Radio QSC-nin xeyli sayda əməkdaşları da bu sevincə qatıldılar,evlə təmin olundular.Bu sırada mən də varam;uzun həyat və yaradıcılıq yolu keçmiş bir qələm adamı kimi,haqqına qovuşmuş kimi.Mən özüm haqda,yaradıcılığım barədə geniş heç nə demək istəmirəm.Bilən bilir,bilməyənə də başa salmağa ehtiyac görmürəm.Xalq şairi Rəsul Rza demiş: “Nadan yüz yol oxusun yenə bir şey anlamaz”
AzTV-dən ev alan həmkarlarım haqda da onu deyə bilərəm ki,bu seçimdə bir neqativ hal olmayıb,heç ola da bilməz.Ən layiqli,ən ləyaqətli adlar bu sıradadı.Şəxsən mən bu sırada olanların hər birinin haqqını müdafiə eləyə bilərəm.Tanrı şübhəlilərin ürəyinnən şeytanı çıxarsın.
Bu doğru,dürüst seçimə görə AzTV QSC-nin sədri cənab Arif Alışanova həmkarlarım adınnan təşəkkürümü bildirirəm.Gülnaz Qəmbərli kimilərinə çatdırmaq istəyirəm,o insanın haqqı qorumaqdan özgə heç bir təmənnası olmayıb.

Tahir Talıblı
Şair-publisist,əməkdar jurnalist
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi