• 02:05 – Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad 
  • 19:01 – Bərzani və Bərzanilər (2) 
  • 16:30 – Şamaxı rayon Mərkəzi kitabxanasının əməkdaşı doğum gününü qeyd edir 
  • 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 17:30 – Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 

Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumrespublika bilik yarışında ADAU komandası 2-ci yeri qazanıb

Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumrespublika bilik yarışında ADAU komandası 2-ci yeri qazanıb Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumrespublika bilik yarışında ADAU komandası 2-ci yeri qazanıb
Noyabrın 11-də Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumrespublika bilik yarışı keçirilib.Yarışda ənənəvi olaraq ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyələri üzrə əyani təhsil alan tələbələr iştirak ediblər. Budəfəki müsabiqədə 44 ali məktəbin komandası mübarizə aparıb.

Yarışda ilk dəfə iştirak edən komandalar da olub. Bunlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Mühəndislik Universitetinin komandalarıdır.

Xatırladaq ki, "Heydər Əliyev və Azərbaycan tarixi" ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il keçirilir. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin tədqiqi və gənclər arasında geniş təbliği, Azərbaycan tarixinin öyrənilməsi, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədilə təşkil edilir. İlk müsabiqədə 44, ikincidə 46, üçüncüdə isə 42 ali məktəb iştirak etmişdi.

Bu il də müsabiqəyə hazırlıq məqsədilə 20 oktyabr - 1 noyabr tarixlərində komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub. Tələbələr Mərkəzdəki Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, burada toplanmış arxiv materialları əsasında araşdırma aparıblar.

Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.

Qalib komandalar turlar üzrə qazanılmış xalların cəminə görə müəyyən edilib.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası 35 xalla 1-ci, Azərbaycan Dövlət Aqrar Universiteti 34 xalla 2-ci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası 33 xalla 3-cü yeri qazanıb.

Qalib komandalar mükafatlandırılıb.


Analoq.az

Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumrespublika bilik yarışında ADAU komandası 2-ci yeri qazanıbскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV