ADAU-DA REKTOR QALİB KOMANDANIN ÜZVLƏRİNİ MÜKAFATLANDIRIB



“Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumres- publika bilik yarışında ADAU komandası 2-ci yeri qazanıb. Təhsil müəssisəsinə şöhrət gətirən tələbələr bu uğuru zəngin bilikləri hesabına əldə ediblər. ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov komanda üzvləri ilə görüşüb. Bildirib ki, indi hər tələbə vətəninin tarixini, onun inkişafını təmin edən liderini tanımalı və bilməlidir. Tarixini, milli liderini öyrənməkdən zövq almalıdır. Çünki tarix və onu yaradnlar millətin varlığı, onun gələcəyinə işıqdır.

Qeyd edək ki, Bakıda Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumrespublika bilik yarışında ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyələri üzrə əyani təhsil alan tələbələr iştirak ediblər. Bu dəfəki müsabiqədə 44 ali məktəbin komandası mübarizə aparıb. "Heydər Əliyev və Azərbaycan tarixi" ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il keçirilir. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin tədqiqi və gənclər arasında geniş təbliği, Azərbaycan tarixinin öyrənilməsi, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədilə təşkil edilir. Bilik yarışmasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası 35 xalla 1-ci, Azərbaycan Dövlət Aqrar Universiteti 34 xalla 2-ci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası 33 xalla 3-cü yeri qazanıb.

Görüşün sonunda rektor İbrahim Cəfərov komanda üzvlərini qiymətli hədiyyələr və fəxri fərmanlarla mükafatlandırıb.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi