Mənim Prezidentim kimdir?-Əhməde Həppo



Bu günlərdə küçədə iki gənc - bir qız və bir oğlan qarşımı kəsərək mikrafon uzatdılar:

-Bağışlayın ağsaqqal, bilirsinizmi Azərbaycanda Prezident seçkiləri nə vaxtdır?

-Bəli,11 aprel 2018-ci ildə keçiriləcək!

-Kimə səs verəcəksiniz?

Böyük coşqu,həvəs və əminliklə cavab verdim:

- Azərbaycan müstəqilliyinə,xalqlar dostluğuna,əmin-amanlığa,iqtisadi uğura,güclü orduya,müstəqil dünyəvi siyasətə,firavan və qayğısız yaşayışa , sabaha, ümidə... Hansı ki,hamısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Gənclər heyrətlə üzümə baxdılar. Mən isə sözümə davam etdim:

-"ASAN" xidmətə, Aprel qələbəsinə, Cocuq Mərcanlıya, Bakı-Tbilisi-Qars dəmir yoluna, Beynəlxalq İpək yoluna,Azərbaycan beynəlxalq idman, mədəniyyət,tolerantlıq mərkəzinə çevrilməsinə, TAP və TANAP kəmərinə...

Bir sözlə,Qüdrətli Azərbaycan Respublikasına-hansı ki,bu uğurlara imza atan müəllif cənab İlham Əliyevdir.
Bəli,mənim şəriksiz prezidentim İlham Heydər oğlu Əliyevdir.

Əhməde Həppo
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi