Bizi izləməyi unutmayın

Baş Redaktordan / Manşet

Özünü Bakı Apellyasiya Məhkəməsinin əməkdaşı kimi təqdim edən şəxs informasiya portalına təzyiq edir-Ətraflı xəbəri oxu

4-06-2018, 12:17 | 3672 dəfə baxılıb.

Özünü Bakı Apellyasiya Məhkəməsinin Orxan adlı işçisi kimi təqdim edən şəxs Azinforum.az İnformasiya Portalına zəng edərək, 2016-cı ilin dekabr ayının 31-də saytımızda Avtosfer.az saytına istinadən dərc edilən bir yazını hədə-qorxu yolu ilə sildirmək istəyir. Həmin şəxs 055-539-69-03 nömrəsindən redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, bir neçə gün əvvəl, məlum yazını Avtosfer.az saytı öz arxivindən silibsə, biz də mütləq silməliyik. Doğrusu, sözügedən yazının dərc edilməsi tarixindən xeyli vaxt keçdiyindən, biz ilk anda söhbətin hansı məqalədən getdiyini anlamaqda çətinlik çəkdik. Zəng edən şəxs isə məsələnin məğzini bizə ətraflı izah etmək əvəzinə, tez-tez işlədiyi yerin adını dilə gətirərək, yazının mütləq saytdan çıxarmalı olduğumuza dair bizimlə diqtə tonunda danışmağa üstünlük verdi. Öz növbəmizdə həmin şəxsi nəzakətli davranışa dəvət etməklə yanaşı, ona izah etməyə çalışdıq ki, hansısa saytın bizə məlum olmayan səbəblərə görə, yazını öz arxivindən silməsi heç də üzərimizə məqaləni arxivdən silmək kimi öhdəlik qoymuş olmur.

Bununla yanaşı, biz həmin şəxsə məsələni aydınlaşdırdıqdan sonra cavab verəcəyimizi bildirdik. Özünü Orxan kimi təqdim edən şəxs isə birmənalı şəkildə bizi hədələyərək, dərhal yazını saytdan çıxarmalı olduğumuzu söylədi. Biz araşdırdıqdan sonra məlum oldu ki, deyilən məzmunda yazı həqiqətən Avtosfer.az saytında dərc edilib və həmin məqalə bizimlə yanaşı, bir neçə sayt tərəfindən də, ilkin mənbəyə istinadən tirajlanıb. O da məlum oldu ki, məqaləni ilkin mənbə kimi dərc edən Avtosfer.az saytı məlum yazını həqiqətən arxivindən silib. Ancaq hazırda məlum yazı bir çox digər saytların arxivində qalmaqdadır. Ən maraqlısı isə budur ki, məlum yazıda Orxan adlı şəxsin adı ümumiyyətlə çəkilmir. Orxan bizə həmçinin bildirib ki, bu yazı Avtosfer.az-dan silinibsə, biz gələcəkdə elə bir yazının sözügedən saytda dərc edildiyini heç cür sübut edə bilməyəcəyik. Məhz bu səbəbdən də, onun diqqətinə həmin yazının Avtosfer.az saytında dərc edilən fotosunu təqdim edirik.

Azinforum.az olaraq bildiririk ki, hansısa sayta istinadən məqalə yerləşdirməyimiz KİV haqqında qanunvericiliyin tələblərinə tam uyğundur. Yazıda adları çəkilən istənilən şəxsin mövqeyinə yer verməyə hazırıq. Mübahisə predmeti olan yazının Avtosfer.az saytından silinməsi ilə bağlı məhkəmə qərarı varsa, ona biz də əməl etməyə hazırıq. Hüquqi dövlətdə yaşadığımız üçün, hədə, şantajla KİV-in işinə müdaxiləni yolverilməz sayırıq. Bizə zəng edən Orxan adlı şəxs həqiqətən Məhkəmədə işləyirsə( bunu mütləq dəqiqləşdirəcəyik-Azinforum.az) onun qanunazidd davranışları bizdə təəssüf hissi yaradır.

Məlum yazı ilə bağlı axtarış verdikdə məlum oldu ki, məqalə Avtosfer.az saytına istinadən bir çox saytların arxivində hələ də qalmaqdadır. Həmin linkləri təqdim edirik:

https://oxu.az/auto-moto/168586
https://aznews.info/social/28732-bakda-srclri-rlyn-frldaq-peyda-olub.html


Analoq.az-a az Azinform.az-dan daxil olan məlumata görə Bakı Apellyasiya Məhkəməsi rəsmi şəkildə bildirib ki,Orxan adlı şəxs bizim əməkdaş deyil.

“Bakı Apellyasiya Məhkəməsinin məlumatı

“Azinforum.az” internet İnformasiya Portalında “Özünü Apellyasiya Məhkəməsinin Orxan adlı işçisi kimi təqdim edən şəxs saytdan yazını necə sildirmək istəyir?” –başlığı altında informasiya dərc edilmişdir.

Məlumat həqiqəti əks etdirmədiyindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən təkzib olunur.

Belə ki, özünü “Azinforum.az” internet İnformasiya Portalının nümayəndəsinə Bakı Apellyasiya Məhkəməsinin işçisi olaraq təqdim edən və İnformasiya Portalına zəng edərək, 2016-cı ilin dekabr ayının 31-də Avtosfer.az saytına istinadən dərc edilmiş məqaləni sildirmək istəyən Orxan adlı şəxs Bakı Apellyasiya Məhkəməsinin işçisi deyildir”.

Verdikləri operativ reaksiyaya görə, Bakı Apellyasiya Məhkəməsinə təşəkkür edirik. Araşdırmamız davam edir…

Analoq.azскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Kriminal

Bu "fərasətli" oğlan 200 nəfərə qarşı dələduzluq edib-Ətraflı xəbəri oxu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Kriminal

Taksi sürücüsünü ölüdərənlərin cəzası verildi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

Gülər Əhmədova məhkum qalacaq

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının