Bizi izləməyi unutmayın

Baş Redaktordan

Tanınmış jurnalist İcra Başçısından cavab gözləyir

7-08-2018, 16:44 | 1 0742 dəfə baxılıb.

QƏHRƏMAN TƏRTƏR ŞƏHƏRİMİN “QƏHRƏMANLARI"

Tərtərli olduğum üçün daim rayon ilə əlaqə saxlamış, icra hakimiyyətləri ilə rəsmi görüşmüş və dəfələrlə döyüş yerlərində olmuşam. Tərtərimin qəhrəman bir şəhər olduğu üçün fəxr etmişəm. Rayona təyin olunan icra başçılarını vaxtında təbrik etməklə bərabər, həm də mətbuatda Tərtər haqqında gedən yazılara diqqət ayırmış, onların nə dərəcədə doğru olub olmaması barədə dərhal fikir yürütmüşəm. Qeyri-peşəkar jurnailstlərin qərəzli yazıları barədə açıq tənqidimi edərək rayonun adına xərəl gətirən dəlil-sübutu olmayan yazıların qarşısını almışam. Bunu Vidadi İsayevin dövründən daimi olaraq davam etmişəm. Sonra icra başçısı təyin olunan Ceyhun müəlimlə də həmçinin belə əlaqəmiz olub.

Rayonda gedən islahatlar barədə iqtisadi yazılara daimi baş redaktoru olduğum “Azad Qələm” qəzetimdə yer ayırmışam. Bu mənim peşə borcum olmaqla bərabər, rayona və onun başçısına, əhalisinə olan məhəbbətimdən, hörmətimdən irəli gəlib. Qəhrəman şəhərimlə fəxr etməklə bərabər rayonumuzun düşmən əlinə keçməməsində fədakarlıq edən hər bir oğulun qarşısında baş əyməkdən qürur duymuşam.

Müharibə veteranları ilə görüşümşəm, onların evində olmuşam. Çoxlu şəhid kitablarının müəllifi və redaktoru kimi onu da qeyd edim ki, hər bir bir vətən şəhidlərimizin döyüş yolu məhz Tərtərimdən keçib. Onun üçün də bu torpaq müqəddəs sayılır. Bu müqəddəsliyi qorumaq isə hər birimizdən əsl vətəndaş, şəhidlərimizin ruhuna hörmət naminə vicdanlı olmağı tələb edir.

Bu dəfə rayonumuza təyin olunan icra başçısı Müstəqim Məmmədov cənablarını telefon vasitəsi ilə təbrik etsəm də, işlərimin çoxluğu və bu mənada vaxtımın azlığı ilə əlaqədar görüşünə getmək nəsibim olmayıb.

Lakin bir jurnalsit kimi icra başısının bütün gördüyü işləri kənardan izləmişəm. Baxmayaraq ki, rayonda təhsillə, səhiyyə ilə bağlı bir çox neqativ halların baş verməsi barədə medaida səslənən tənqidi yazılar oldu. Bu məni narahat etsə də, başqa müsbət işləri də danılmaz olduğu üçün susdum.

Bu yaxınarda bir qrup jurnalistin, başda tanınmış jurnalist Savalan Talıblı olmaqla, avqustun 1-nə icra başçısı Müstəqim Məmmədov tərəfindən dəvətli şəkildə planlaşdırılan görüşə yazar, ilahiyyətçi Tural İrfan, jurnalist Təbriz Məhərrəmoğlu təşrif buyurmuşlar.

Gedişin məqsədi əvvəlcə İcra Başçısı ilə danışıldığı kimi görüşmək daha sonra isə rayon haqqında sənədli filmin çəkilməsi olub. Təbii ki, sənədli film təkbaşına əmələ gəlmir. Əvvəlcədən təyin edilmiş bu görüşü cənab başçı Müstəqim Məmmədov müavini Elvin Umudova tapşırıb. Müavin isə jurnalistləri tozlu bir küçədə qarşılayaraq, onların vəsiqəsinin tələb etməklə bərabər şəklini də çəkməyi unutmayıb. Necə deyərlər, bir növ jurnalsitləri küçədə “qeydiyyatdan” keçirib.

Əvvəlcə onları Rayon təhsil şöbəsinə aparıb.Təhsil şöbəsinin müdirinin məzuniyyətdə olması ilə əlaqədar şöbənin əməkdaşı İntiqam müəllim onları qarşılamalı olub. Müdirin otağında baş tutan bu görüş əsnasında jurnalistlərin gözü masanın aşağı hissəsində, müdirin ayaqlarının altında Azərbaycanın xalq şairi S.Vurğunun büstünə sataşıb. Belə bir hörmətsizlikdən çaşbaş qalan peşəkar jurnalsitlər vaxt itirmədən şairin ayaqlar altında olan büstünün şəklini kameraya çəkiblər. Qəribədir ki, jurnalsitlərin gəlişindən özünü itirən İntiqam müəllim suallara cavab verməkdən belə imtina edib. Görünür, jurnalsit suallarına alışmayan İntiqam müəllim təhsilin yarıtmaz vəziyyətinin kameraya düşməsinə ürəyi gəlməyib.

Onu da qeyd edim ki,1909-cu ildə Tərtər rayonunun İncə Borsunlu kəndində anadan olan Mazahir Daşqın 1945-cı ildə həbs edilib Sibirə sürgünə göndərilir. 1956-cı il 24 mart tarixli fərmana əsasən ona bəraət verilir. M.Daşqının azad olunmasında Səməd Vurğunun xeyirxah rolu olmuşdur. Böyük şair M.Daşqına "Aşıq qardaşıma" adlı şeir də həsr etmişdir.

Ən azından rayon təhsil şöbəsində Səməd Vurğunun həmyerlimiz olan Məzahir Daşqına olan xidməti nəzərə alınmalıydı.

Tanınmış jurnalist İcra Başçısından cavab gözləyir

Bu görüşdən sonra E.Umudov jurnalsitləri Rayon Mərkəzi xəstəxanasına aparıb. Burda da səhiyyə müdirinin əməliyyatda olmasını deyən Elvin müəllim jurnalstləri Sevda adlı həkimlə görüşdürüb. Jurnalsitlərlə xalatsız üz-üzə oturan Sevda xanım onlarla əvvəlcədən əməlli başlı şərt kəsərək video, şəkil çəkişilərinə qadağa qoymaqla bərabər, jurnalsitin verdiyi sualların çoxuna cavab verməmək şərti ilə razılaşıb. Görünür, Sevda xanım da rayon səhiyyəsinin yarıtmaz vəziyyətini videokameraya yaraşdırmayıb. Yenə də “sağ olsun”.
Tanınmış jurnalist İcra Başçısından cavab gözləyir

Sevda xanım rayonda psixotrop dərman atan gənc uşaqlar barədə söhbət açan zaman içəri baş həkimin içkili vəziyyətdə daxil olması söhbəti alt-üst edib. Qəribədir ki, məmurun iş zamanı, vəzifə başında içkili olması hansı qanunauyğunluqdan xəbər verir?

Kəndlərə təcili tibbi yardım maşınlarının vaxtnda getməməsi, yalnız insan ölümü baş verdikdən sonra təcili yardımın yetişməsi halları özünü doğruldub. Bütün bu “səmimi”görüşdən sonra E.Umudov jurnalstlərlə küçənin ortasında görüşərək ayrılıb. Və ayrılan zaman onlara sual edib:-Baş həkim sizə pul verdimi? Qəribədir, məmumrun məmura rüşvət öyrətmək qanunu hansı demokratik əsaslara söykənir?! Özü də jurnalsitlə birgə?!

E.Umudovun bu “qayğısı” barədə cənab başçı ilə S.Talıblının danışığı isə qeyri-adi olub. Belə ki, başçı müavinin tərəfini saxlayıb. Deməli, cənab başçının “göstərişi” və müavin E. Umudovun “tapşırığını cana-başla yerinə yetirməsi” sənədli filmin 50 faiz hazır olmasına imkan yaradıb.

Rayonun görməli yerləri, önəmli təşkilatları, müqəddəs məkanlar barədə sənədli filmin çəkilməsi beləcə başa çatıb.

Bu görüşdən çox böyük “razılıqla” qayıdan jurnalsitlərin şikayət xarakterli yazısını saytda oxuyanda onlardan bu yazının silinməsini xahiş etdim. Sağ olsun Savalan Talıblı məni eşitdi. Bu da mənim vicdanımın səsi idi.

Istəmədim ki, rayonumuz barədə saytlarda belə biabırçı yazılar getsin. Lakin özümün ağrılara dözmək əzabım mənə imkan vermədi.

İndi isə sözüm cənab başçımız Müstəqim Məmmədovadır!

Hörmətli başçı!

Sizinlə görüşə gələn Savalan Talıblı adi jurnalsitlərdən deyil. Onun atası Tahir Talıblı Respulikanın əməkdar jurnalisti, Azərbaycan Dövlət radio və Televiziyasının baş redaktoru, Prezidentin sərəncamı ilə bu il ev almış jurnalsit, eyni zamanda 50 ilə yaxın radio efirində olan
“Bulaq” verilişinin 30 illik ssenari müəllifi, Akademik Əziz Əliyevin "Dövrü həyatı, şəxsiyyəti" kitabın müəllifi, o cümlədən Ə.Əliyev haqqında “Bağlı qapı” adında filmin ssenarin müəllifidir. Savalan Talıblı özü isə istedadlı jurnalist,yazıçı-publisist, Azərbaycan radiosunda uzun illərdir ki, Azərbaycan folkloru,aşıq yaradıcılığının təbliğatçısıdır.2015-ci ildə prezident təqaüdünə layiq görülən Savalan Talıblı "KİTAB" adlı kitabın da müəllifidir.

İstedadlı həmkarım eyni zamanda Analoq.az , Göyçə.TV internet kanalının baş redaktorudur.

Onu da deyim ki, Göyçə Tv-də hər zaman Azərbaycan radiosunda olduğu kimi xalqımızın milli-mənəvi dəyərlərini, folklorunu, aşıq yaradıcılıını təbliğ edən, Azərbaycan ədəbiyyatının sirlərini dünyaya yayan fədakar jurnalistlərdəndir.

Cənab başçı!

Sizin iyulun 29-da görüşünüzə gələn jurnalistlə əldə olunan razılığa əsasən qəhrəman şəhərimiz Tərtər haqqında sənədli filmin çəkilişinə icazə vermisiz. Sonra həmin görüşü avqustun 1-də reallaşdırıb bu görüşü müavininiz E.Umudova tapşırmısınız. Tapşırığıınızın öhdəsidən tam gələ bilməyən əməkdaşınız onlara qarşı səmimiyyətdən kənar hörmət göstərərək sizin adınıza, rayon imicinə layiq olmayan səviyyədə onları qarşılayıb və yola salmışdır. Necə deyərlər başından etmişdir. O cümlədən təhsil və səhiyyə sahəsidə olan neqativ halların ortaya çıxması, öz sənətinə uyğun olmayan kadrlarla görüş zamanı rayonun icra strukturunun nizamsız şəkildə olmasını ortaya qoymuşdur. Bunun isə nə demək olduğunu siz gözəl anlayırsınız. Belə çıxır ki, qəhrəman adını daşıyan bir rayonda kadr sisteminin düzgün olmaması və vəzifələrini düzgün icra etmmələri bilavasitə sizin zəifliyinizin nəticəsidir.

Cənab Başçı!

Mən bir Tərtər ziyalısı kimi bu yazımı sizin nəzərinizə çatdırmaqda məqsədim qayğınızdan çox sarsıldığımı, mənim ən çox hörmət bəslədiyim həmkarım Savalan Talıblıya, eləcə də onunla birgə olan jurnasilt həmkarlarıma qarşı bu ögey münasibətin olması, Sizə və rayon əhalisinə qarşı xoşəgəlməz fikirlərin formalaşdırması nə qədər qəbul ediləndir?!

Məgər bir qəhrəman rayon haqqında sənədli filmin çəkilməsi, nümayiş etdirilməsi həmin rayonun və sizin kimi insanların imicinə gözəllikdən başqa nə verəcəyini bir azca dərindən düşünə bilməzdinizmi?!

Unutmayın ki, ümumilli liderimiz H.Əliyev jurnalsitlərin dostu olmala bərabər onların ictimai baxışını, tənqidi formada daha çox bəyənirdi.

Amma bu jurnalsitlər tənqid üçün yox, şəhərin gözəlliyini, qəhrəmanlığını önə çəkmək üçün sizə pənah gətirmişdilər. Sizin məmurlar isə onlara tənqidi material verməklə yola salmışlar. Necə deyərlər, iş başında hər şey bəli olmuşdu.

Mən rayonumu və onun məmurlarını belə təsəvvür edə bilmirəm. İnana bilmirəm ki, qəhrəman şəhərin belə “qəhrəmanları” olsun.

Mən sizdən bu sualıma cavab gözləyirəm.

Nəcibə İlkin
“Azad Qələm” qəzetinin,
“Ali Ziya” jurnalının baş redaktoru,
AYB-nin, AJB-inin, İraq-türkmən
Ədəbiyyat Yazarlar Birliyinin üzvü,
Prezident mükafatçısı,
Şair-publisist.
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Maraqlı

İcra Başçısı özünə yeni müavin təyin etdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Siyasət / #Ölkə

Tərtər Rayon İcra Hakimiyyəti ölən və yaralananlar haqda rəsmi məlumat yaydı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının