Qərbi Azərbaycanınlılar deportasiyanın 30 illiyi ilə əlaqədar olaraq tədbir keçirilib



Bu günlərdə Qərbi Azərbaycanın İcevan rayonunun S.Vurğun (Haqqıxlı) kəndinin sakinləri deportasiya olmalarının 30 illiyi ilə əlaqədar olaraq tədbir keçirmişdirlər. Həmin tədbirdə kənd sakinləri tərəfindən aşağıda tam mətnini oxuyacağınız iki müraciət qəbul olunmuşdur.

Qərbi Azərbaycan (Ermənistan, İcevan rayonu, Hovk kəndi) Karvansaray rayonu S.Vurğun (Haqqıxlı) kənd sakinləri adından aşağıda imza edən bir qrup nümayəndənin BMT-nin Qaçqınların işi üzrə Ali Komissarına (UNHCR), surəti BMT-nin İnsan Hüquqları Komissiyasına (CHR), surəti Ermənistan Respublikası Hökumətinə və prezidentinə olmaqla
MÜRACİƏTİ

Biz aşağıda imza edənlər, indiki Ermənistanın İcevan rayonu S.Vurğun kəndində doğulmuşuq. Orda böyüyüb orda təhsil almışıq. Bizim dədə - babamız da o yerlərdə doğulub böyüyüb. Sonra hansısa məkrli siyasətin oyuncağı olub bizi doğma yurdlarımızdan sürgün etdilər.

Bizi köçürmədilər, ölümlə üz-üzə qoyub sürgün etdilər. Əks halda bizi 1920-ci ildə baş verən 76 nəfərin diri - diri dama doldurulub üstünə bomba atılarak həlak edildiyi digər Haqqıxlı sakinlərinin taleyi gözləyirdi. Biz bir dəfə öz torpaqlarımızdan 1905-ci ildə qaçmışıq, ev - eşiyimiz yağmalanıb. Sonra doğma yurdumuza qayıtmışıq.

İkinci dəfə 1919-cu ildə qaçıb iki ildən sonra dağıdılıb yandırlıb talan edilən kəndimizə qayıdıb yenidən yurdumuzu bərpa etmişik. Bu üçüncü dəfədir və 30 il keçməsinə baxmayaraq, hələ də yurdumuza qayıda bilmirik. Niyə? Günahımız nədir? Hansı siyasətin qurbanıyıq?

Qanunlar cinayətkarı cəzalandırar. Bəs görəsən bizim türk olmağımız bir cinayətdir ki, Ermənistan dövləti bizi sürgünlə cəzalandırıb? Ermənistanın bizi cəzalandırmağa nə haqqı var?

Biz Azərbaycanın bütövlüyünü tələb edirik. Məhrum olduğuzumuz Qərbi Azərbaycanı qaytarsınlar. Azərbaycanın 7 rayonunu, Dağlıq Qarabağı qaytarsınlar.Yollar açılsın, biz istədiyimiz kimi vətənimizə gedib gələ bilək, istədiyimiz halda öz köhnə evlərimizdə məskunlaşaq.

Biz zəhmətlə tikdiyimiz dədə-baba evlərimizdə yaşamaq, yurdumuza sahib çıxmaq istəyirik. Biz heç bir siyasət, heç bir qanun bilmirik, sadə kənd adamlarıyıq və torpağımızı əkib biçmək istəyirik. Bizim buna haqqımız var və bu haqqı istəyirik.
Ermənistanın aqressiyası nəticəsində Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün mövcuddur.

İndiki Ermənistan torpaqlarında yaşayan Azərbaycan türklərinin köçürülmə müddəti 1820-1988-ci illəri əhatə edir. İndiyə qədər bu köçlər haqqında Azərbaycan, Ermənistan və başqa xarici mənbələrdə yetərincə bilgi vardır. Erməni yazar Zaren Karkadyan “Sovyet Ermənistanın əhalisi 1831-1931-ci illərdə” kitabında belə yazır: “1820 –ci ilə qədər bu günki Ermənistan torpaqlarında olan 2300 yaşayış yerindən 2000-də Azərbaycan türkləri yaşamışdır.”

Belə ki, 1828-ci ildə İran və Rusiya arasında bağlanan sazişə görə Azərbaycanın bölünməsiylə sonuclanan Türkmənçay müqaviləsindən sonra bu günkü Ermənistan topraqlarında yaşayan Azərbaycan türkləri oradan toplu olaraq köçürüldü. 1986-cı ildə İrəvanda yayımlanan “Ermənistan və çevrə bölgələrin yer adları sözlüyü” adlı kitabda deyildiyi kimi, “indiki Ermənistan topraqlarında yaşayanların 70%-i 1828-1830-cu illərdə Türkiyə və İrandan köçmüş qaçqınlardır.”

1911-ci ildə Peterburqda çap edilən N.Şavrovun “Zaqafqaziyada rus mənafeyinin təhlükəsi” kitabında belə deyilir: “1828-1830-cu illərdə Zaqafqaziyada İrandan 40 000, Türkiyədən 84.600 erməni köçürülərək erməni əhalisinin az olduğu İrəvan guberniyasının ən yaxşı yerlərində yerləşdirildi.”

ABŞ professoru Castin Makkarti “Soyqırım olmuşdurmu?” kitabında yazır: “1820-1830-cu illərdə 600 min erməni Rusiyaya (indiki Ermənistan ərazisinə) köçürülərək iki milyon müsəlman bu bölgədən çıxarılmışdır.”

20-ci əsrdə Ermənistan torpaqlarından Azərbaycan türklərinin toplu şəkildə köçürülməsi dörd mərhələyə bölünür: 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər.

Statistik bilgilər və arxiv bəlgələrinə görə bu olaylarda bu günkü Ermənistan torpaqlarında yaşayan bir milyon beş yüz mindən çox Azərbaycan türkü tarixi torpaqlarından sürüldü.

Ermənistan Sovet Cumhuriyyəti qurulduqdan sonra Ermənistan Ali Sovetinin qərarı ilə respublikada Azərbaycan türklərinin yaşadığı 940 yaşayış yerindən 698-nin adı ermənicə adla dəyişdirildi. Ermənilər bununla da kifayətlənmədi.

Türklər oradan tamamən köçdükdən sonra belə ad dəyişdirmə davam etdi. Ermənistan əski prezidenti L. Ter Petrosyanın 9 aprel1991 tarixli qərarı ilə ölkədəki son 91 Azərbaycan türkünün yaşayış yerinin adı ermənicəyə dəyişdirildi.

1946-47-ci illərdə Rusiyadan 100 min erməni Ermənistana, əsasən İrəvana köçürüldü. 144 min 664 azərbaycanlı zorla Ermənistandan Azərbaycana köçürülüb.

Bİz BMT-nin Qaçqınların işi üzrə Ali Komissarına (UNHCR), BMT-nin İnsan Hüquqları Komissiyasına (CHR), Ermənistan Respublikası Hökumətinə və prezidentinə müraciət edərək bizim dədə-baba torpaqlarımıza qaytarılmağımıza şərait yaradılsın və Ermənistan dövləti bu cinayətin məsuliyyətini daşısın.

Imzalar: Haqqıxlı kəndinin bir qrup nümayəndəsi

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi