Rauf Pənahovun əziz xatirəsinə-Vüqar Əhməd yazır



20 iyul unudulmaz şəxsiyyət Rauf Pənahovun dünyasını dəyişdiyi gündür.

Mərhumun ömür yoluna nəzər salaq: Rauf Pənahov 1937-ci il iyunun 5-də Bakı şəhərində anadan olub. 1952-1956-cı illərdə Bakı Neft Texnoloqiyası Texnikomunu bitirib.

1956-cı ildə "Azneftmaş"ın Kirov adına Mexaniki Təmir zavodunda texnik, çilingər, usta vəzifəsində işləməklə ilk əmək fəaliyyətinə başlamışdır. Zavodda işləməklə yanaşı istehsalatla əlaqədar olaraq, 156 saylı məktəbdə şagirdlərə əmək fənnini tədris etmişdir.

1960-1963-cü illərdə Ordu sıralarında hərbi xidmətdə olmuşdur.

1963-1969-cü illərdə Azərbaycan Politexnik İnstitutunu maşınqayırma texnoloqiyası fakultəsini bitirmişdir. İnstitutda oxumaqla bərabər istehsalatdan da ayrılmamış əmək fəaliyyətini Bakı Yod Zavodunda davam etdirmişdir. Zavodda baş mexanik, sex rəisi, əsaslı tikinti şöbəsinin rəisi vəzifələrində çalışaraq, 1971-ci ilə kimi əmək fəaliyyətini davam etdirmişdir.

1971-ci ildə Tikilməkdə olan Qeyri-Filiz Materialları Müəssisəsində baş mühəndis vəzifəsində çalışmışdır.

1972-1982-ci illərdə Bakı Şəhər Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin Əsaslı Tikinti İdarəsində şöbə rəisi, daha sonra isə, rəis müavini vəzifəsində işləmişdir.

1982-ildən 1991-ci ilə qədər "Bakı Baş Tİkinti" idarəsində rəis müavini vəzifəsində çalışmışdır.

1991-ci ildə Əsaslı Tikinti İdarəsində rəis işləmişdir.

1992-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Sınaq Təcrübə və Təmir zavodunda direktor müavini işləmişdir.

1993-cu ildən 1995-ilə qədər "Savalan" Elmi-Istehsalat Müəssisəsində direktor müavini vəzifəsində işləyib.

1995-ci ilin mart ayından 2001-ci ilə qədər Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının tikinti və memarlıq üzrə müavin vəzifəsində çalışmışdır.

2001-ci ilin fevral ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilmişdir. 20 iyul 2017-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində işləmişdir.

1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Rauf Pənahov ömrünün yarım əsrə yaxın hissəsini dövlət idarəciliyində müxtəlif məsul vəzifələrdə səmərəli iş fəaliyyətinə həsr edib. Bakı şəhərində sənaye müəssisələrinin, sosial-mədəni təyinatlı obyektlərin tikintisində, şəhərin inkişafı və abadlaşmasında əməyi olmuşdur.

Ötən il Vüqar Əhməd və Fuad Pənahov Rauf Pənahovun həyat və ömür yolundan bəhs edən "Vətənoğlu"adlı kitab nəşr etdirmişlər.Rauf Pənahov dəfələrlə ölkə rəhbərliyi tərəfindən orden və medallarla təltif olunmuşdur.

20.07.2017-ci ildə Bakı şəhərində vəfat etmişdir.Allah rəhmət eləsin.Ruhu şad olsun. Xatirəsi daim yaddaşlardadır.

Vüqar Əhməd
filologiya elmləri doktoru,professor
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi