ƏSAS SƏHİFƏ Cəmiyyət Razi Nurullayevi İmişli əhalisi inamla qarşılayır

Razi Nurullayevi İmişli əhalisi inamla qarşılayır

Ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində 79 cu İmişli Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd, tanınmış ictimai-siyasi xadim Razi Nurullayevin seçki təbliğatı davam edir. İmişli şəhərində digər rayonlarımızda olduğu kimi Razi bəyə böyük rəğbət, böyük dəstək var. İmişli əhalisinin ona inamını, etimadını keçirilən görüşlərdə görməmək mümkün deyil. 20 Yanvar şəhidlərimizin 30 illik anımını İmişli Şəhidlər xiyabanını ziyarət etməklə qeyd edən Razi Nurullayevi yüzlərlə İmişli sakini müşayiət etdi, onun arxasıyca bir neçə kilometrlərlə yolu piyada qət etdi. Bu, İmişli əhalisinin vətənpərvərliyin, şəhidlərə hörmətinin və Razi Nurullayevə olan inamının təzahürü idi. İmişlinin kəndlərini qarış-qarış gəzərək öz platformasını, əhali üçün nələr edəcəyini açıqlayan, xalqla yaxın ünsiyyətdə olan Razi Nurullayev camaat arasında böyük məhəbbətlə qarşılanır. Onun vəkili kimi görüşlərdə iştirak edən bir şəxs olaraq qeyd edə bilərəm ki, Razi Nurullayevin parlamentə üzv olmasını İmişli sakinləri yüksək səviyyədə dəstəkləyir. Öz çıxışlarında digər namizədlərə də sayğı və hörmətini ifadə edən Razi Nurullayevin İmişli şəhərindəki seçki qərargahına hər gün yüzlərlə vətəndaş müraciət edir, öz problemlərini çatdırır, dərdlərini danışır, çarə istəyir və ona böyük inamları olduqlarını dilə gətirirlər.
Açığını deyim ki, əziyyət çəkən və məmurlara inamını itirən sakinlər çoxdur. Lakin Razi bəylə görüşə gələn hər bir sakin sonra ondan ayrılmaq istəmir, ona inanır və o insanların üzünün güldüyünü, itirilmiş ümidinin canlandığını görməmək mümkün deyil...
Altıdan çox xarici dil bilən, dünyanın 80 dən çox ölkəsində olmuş, iki ali təhsilli, dünyada və ölkədə öz siyasi çəkisi, hörməti, ziyalılığı, kübarlığı, alicənablığı ilə tanınan, inanılan bir siyasətçiyə, partiya sədrinə, namizədə kim səs verməz ki?! İmişli camaatı da ayıq-sayıq, hər kəsin öz layiqli qiymətini verməyi bacaran, qədirbilən camaat olduğu üçün öz həmyerlilərini haqlı olaraq böyük sevgi ilə qarşılayırlar. Bu günəcən ölkədəki bir çox sosial və digər problemlərin həlli naminə saysız təkliflər, layihələr, çıxış yolları irəli sürmüş, bir çox hallarda da bu problemlərin əhalinin xeyrinə həllinə nail olmuş Razi Nurullayev parlamentə üzv seçildiyi təqdirdə əminəm ki, nəinki İmişli əhalisinin, eləcə də bütövlükdə xalqımızın rifahının yüksəlməsi yolunda daha səmərəli çalışacaqdır. Çünki o, xalqın yanındadır.

Tural İrfan
Yazıçı-publisist,
Milli Məclis üzvlüyünə namizəd Razi Nurullayevin səlahiyyətli vəkili

Analoq.Az


Razi Nurullayevi İmişli əhalisi inamla qarşılayır
Razi Nurullayevi İmişli əhalisi inamla qarşılayır
Razi Nurullayevi İmişli əhalisi inamla qarşılayırскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu