ƏSAS SƏHİFƏ Cəmiyyət Elçin Bayramlı: “Sərhəddən istənilən viruslu bakteriyalı məhsulları ölkəyə rahatca keçirmək mümkündür”

Elçin Bayramlı: “Sərhəddən istənilən viruslu bakteriyalı məhsulları ölkəyə rahatca keçirmək mümkündür”

“AQTA-nın Bakı Baş Gömrük İdarəsində olan pəncərəsinin arxası həmişə boş olur. Onların nümayəndələrini orada tapmaq mümkün deyil”.

Bu sözləri “Altay” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Qida Təhlükəsizliyi Agentliyinin dünyada yayılan epidemiyalara qarşı ölkəmizdə gördüyü tədbir planını şərh edərkən qeyd edib.

Azərbaycanın “quş qripi” və yeni koronavirus epidemiyasından qorunması məqsədi ilə aparılan mübarizə tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Yüksək patogenli “quş qripi” və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı” hazırlanıb. Siyahıya müxtəlif növlərə aid diri quşlar, yumurta məhsulları və s. daxildir.

Qeyd edək ki, Agentlik tərəfindən Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Dünyada yayılan epidemiyalara qarşı ölkədə bu cür mübarizə tədbirlərini gücləndirmək yetərlidir və AQTA-nın bu qabaqlayıcı addımı reklam xarakterli deyilmi?

Mövzunu “Altay” Strateji Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlı ilə müzakirə etdik.

Elçin Bayramlı: “Sərhəddən istənilən viruslu bakteriyalı məhsulları ölkəyə rahatca keçirmək mümkündür”.

Qida təhlükəsizliyi və sanitar təhlükəsizliyin ən vacib məsələ olduğunu vurğulayan ekspert açıqlamasında əlavə edib ki, bu birbaşa xalqın və ölkənin taleyi iə bağlıdır. Dəqiq desək milli və dövlət təhlükəsizliyi məsələsidir:

“Bu tədbirləri dərhal və operativ həyata keçirməli idilər. Artıq virus nə yollasa, ölkəyə gəlibsə, gəlib. Amma ruslar demiş “luçşe pozdno çem nikoqda”.

Ümumiyyətlə bizdə yüksək səviyyəli elmi laboratoriyalar yox dərəcəsindədir. Sərhəddən istənilən viruslu bakteriyalı məhsulları ölkəyə rahatca keçirmək mümkündür. Burada nəzarət gücləndirilməli və məhsullar ciddi yoxlanmalıdır. Əgər bizdə hər hansı bir epidemiya və ya virus yayılsa, qarşısını almaq çox çətin olacaq. Ona görə də preventiv tədbirlər daha məqsədə uyğun və vacibdir. Daha doğrusu bundan başqa yol yoxdur.

Elçin Bayramlı: “Sərhəddə nəzarət gücləndirilməli və məhsullar ciddi yoxlanmalıdır”.

Uzun illərdir təklif edirik ki, sərhədkeçid məntəqələrində nəzarət gücləndirilsin, güclü laboratoriyalar qurulsun. AQTA-nın Bakı Baş Gömrük İdarəsində olan pəncərəsinin arxası həmişə boş olur. Onların nümayəndələrini orada tapmaq mümkün deyil. Sadəcə pulu alıb arayışı verməklə məşğuldurlar. Bu sahədə fundamental dəyişikliklərin vaxtıdır.

Qida təhlükəsizliyi və sanitar təhlükəsizlik ən vacib məsələdir. Bu birbaşa xalqın və ölkənin taleyi iə bağlıdır. Dəqiq desək milli və dövlət təhlükəsizliyi məsələsidir”.pia.azскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu