Yerli kişmişi üzüm sortlarının dequstasiyası keçirilib



Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Təsərrüfatında yerli üzüm sortlarının dequstasiyası keçirilib. Dequstasiya prosesində son illər üzərində elmi-seleksiya işləri aparılan sortların dad, əmtəə görünüşü kimi keyfiyyət göstəricilərinə baxış olub, onlardan alınan şərabların xüsusiyyətləri qiymətləndirilib. Dequstasiyada məqsəd irigiləliyə görə yaxşılaşdırılma proqramına cəlb olunmuş yerli kişmişi və aztoxumlu süfrə üzüm sortlarının müsbət tərəflərinin fermer və istehsalçılara çatdırılmasıdır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən “Yeni Gundem”-e bildiriblər ki, İnstitutun direktor əvəzi, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov yerli sortların genefondunun qorunması və daha da zənginləşdirilməsi istiqamətində ampeloqrafik tədqiqatların aparıldığını qeyd edib. “Azərbaycanda vaxtilə 600-ə yaxın üzüm sortu əkilib-becərilib. Onlardan təxminən 400-nü yerli üzüm sortları təşkil edir. Dünyanın ən yüksək məhsuldar və keyfiyyətli, salxım və gilələrinin gözəl görkəmi ilə seçilən, ən qiymətli süfrə, texniki və kişmişi üzüm sortları məhz bizim ölkəmizdə bitir. Onlardan məhsuldarlığı, öz dadı, keyfiyyəti, rəngi, istifadə istiqaməti ilə fərqlənən Ağ və Qara şanılar, Təbrizi, Bayanşirə, Mədrəsə, Ağ Xəlili, Sarıgilə, Şirvanşahı, Həməşərə, Xindoqnı, Hüseyni, Nəqşəbi, Misqalı, Şamaxı mərəndisi, Qara və Ağ aldərələr, Ağ kişmişi, Ağ oval kişmişi, Çəhrayı kişmişi və s. çoxsaylı digər sortları göstərə bilərik. Ancaq bunların da içərisində elələri var ki, onlar dünyada da nadir sortlardır. Məsələn, yerli Şirvanşahı sortunun gilələrində tam yetişmə zamanı 27-33 q/100 sm3 şəkərlilik toplanır. Bayanşirə sortu isə dünyada ən yüksək məhsuldar sortlardan biri hesab olunur. Belə ki, formasından asılı olaraq bir tənəyin məhsulu orta hesabla 12-20 kiloqram çatır, bu da hektardan 35-45 ton üzüm məhsulu deməkdir”, – deyə V.Səlimov bildirib.
Hazırda institut əməkdaşları tərəfindən üzüm sortlarının xarici sortlarla müqayisədə çatışmayan əlamətlərinin aşkarlanması istiqamətində, eləcə də rəqabətədavamlılığını yüksəltməyə yönəlmiş seleksiya işləri aparılır. Sortlarda müasir tələbatlarla uzlaşmayan əlamətlərin yaxşılaşdırılmasına yönəlmiş seleksiya proqramlarının həyata keçirilməsi təmin olunmaqdadır.

Yerli kişmişi üzüm sortlarının dequstasiyası keçirilib


Yerli kişmişi üzüm sortlarının dequstasiyası keçirilib
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi