Əli Kərimli niyə SUSUR?-"Elçibəyin bircə ideyasını davam etdirmir"



"Əli Kərimli vaxtilə özünü dinə və dindarlara xoş göstərmək üçün dini kəsimlə dostlaşmaq qərarı vermişdi. Hətta dindarlarla ateistləri qardaş elan etmişdi".

Analoq.az xəbər verir ki, bunu sosial mediadakı açıqlamasında AXCP sədr müavini Tural İrfan bildirib:

"İndi ona qoşulan dindarlar onun əxlaqsız və təhqiramiz ifadələrlə dolu yazdırdığı yazıları, rəyləri, statusları görmürlərmi? Bəs niyə öz "müdafiəçi"lərinə “xütbə oxuyub” “moizə etmirlər” ki, söyüş söymək günahdır? O dindarlar Məhərrəm ayında İranda təqlid etdikləri ağalarının saxta "erməni soyqırımı" yürüşü keçirməsini də görmürlərmi? Yaxşı tutaq ki, onların ixtiyarı əllərində deyil, İran müctəhidlərinin əlindədir, bəs Əli Kərimli niyə susur?"

İran rejiminin Xocalı ilə bağlı tədbirə icazə vermədiyi halda indi ermənilərə icazəli yürüş etdirdiyini vurğulayan Tural İrfan qeyd etdi ki, Əli Kərimli özünü Əbülfəz Elçibəyin qurduğu AXCP-yə yamayır, sırıyır, ancaq Elçibəyin bircə ideyasını davam etdirmir:

"Əli Kərimli fars rejiminin dəstəkçisinə çevrilərək onların buradakı əlaltıları ilə birləşib xalqa nağıllar danışır... Xəyanət necə olur? Torpağa xəyanət... Və adını özünə bayraq etdiyi Liderə - Elçibəyə xəyanət... Haqqı-həqiqəti görmək lazımdır".

Tural İrfan
Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi