Qərbi Azərbaycan İcması İdarə heyətinin növbəti yığıncağı keçirilib-FOTOLAR

27.10.2019-cu il tarixdə Qaçqınlar Cəmiyyətinin ofisində Qərbi Azərbaycan İcmasının növbəti yığıncağı keçirilmişdir.

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin iclası açaraq gündəliyə daxil olan məsələləri iştirakçıların nəzərinə çatdırmışdır. Gündəlik təsdiq olunduqdan sonra məslələrin müzakirəsinə başlanmışdır.

İlk məsələ – “Ölkədə aparılan kadr və struktur islahatları və Qərbi Azərbaycan İcmasının qarşısında duran vəzifələr” barədə çıxış üçün söz İcma sədrinin ideoloji məsələlər üzrə müavini Mirfaiq Mirheydərliyə verilmişdir. O, ölkə Prezidentinin apardığı islahatların Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında mühüm hadisə olduğunu və xalq tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmiş, Qərbi Azərbaycan İcmasının rayon və kənd təşkilatlarının öz fəaliyyətlərində İcmanın məsələ ilə bağlı verdiyi Bəyanatı əsas götürmələrini vacib hesab etmişdir. Xüsusilə cənab Prezidentin son çıxışlarında 250 min Qərbi Azərbaycan qaçqını və Zəngəzur məsələləri ilə bağlı səsləndirdiyi fikirlərin Qərbi Azərbaycan İcmasının fəaliyyətinə yeni stimul verdiyini qeyd etmişdir.

Qərbi Azərbaycan İcmasının təşkilatlanma vəziyyəti barədə İcma sədrinin təşkilati məsələlər üzrə müavini Fəqan Bəhrəmov çıxış etmişdir. O, Azərbaycanın müxtəlif rayonlarından gələn çoxsaylı müraciətləri nəzərə alaraq, bu rayonlarda İcmanın nümayəndəliklərinin yaradılmasını təklif etmiş və yekdilliklə müvafiq qərar qəbul edilmişdir.

2019-cu ildə yüksək balla ali məktəblərə daxil olmuş qaçqın tələbələrə təqaüdün təqdim olunması tədbirinə hazırlıqla bağlı İcmanın Aparat rəhbəri Əbdüləli Həsənov məlumat vermiş və tədbirin növbəti bazar günü – noyabrın 3-də Qaçqınlar Cəmiyyətinin ofisində keçirilməsini təklif etmişdir. Yekdilliklə müvafiq qərar qəbul edilmişdir.

İcmanın Aparat rəhbəri Əbdüləli Həsənov erməni dili kursunun təşkili vəziyyəti barədə də məlumat vermiş, kursun yaxın günlərdə fəaliyyətə başlayacağını bildirmişdir.

Tanınmış şair Eldar Həsənli “Ədəbi İrəvan – 2019” ədəbi almanaxının nəşrinin bərpası ilə bağlı Qərbi Azərbaycan İcmasının irəli sürdüyü təşəbbüsü yüksək qiymətləndirmiş və məsələ ilə bağlı öz təkliflərini bildirmişdir. E.Həsənli məcmuənin Redaksiya Heyətinə daxil edilmişdir.

Qərbi Azərbaycan İcmasının sosial məsələlər üzrə komissiya sədri Səməndər Mehdiyev çıxış edərək qaçqınların mənzil problemlərinin İcma tərəfindən xüsusi nəzarətə götürülməsi məsələsinə diqqəti çəkərək müvafiq məktublarla dövlət qurumlarına müraciət edilməsini vacib saymışdır.

Sonda bir sıra cari məsələlər nəzərdən keçirilmişdir.

Analoq.az

Qərbi Azərbaycan İcması İdarə heyətinin növbəti yığıncağı keçirilib-FOTOLARскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi