Faiq Hüseynbəylinin "Sevgi heykəli" adlı kitabı "ulduzlu nəşrlər" layihəsi çərçivəsində işıq üzü görüb




Ədəbi mühitdə yetərincə tanınan şair Faiq Hüseynbəylinin "Sevgi heykəli" adlı kitabı "ulduzlu nəşrlər" layihəsi çərçivəsində işıq üzü görüb. Kitabda yer alan şeirlərin əsas qayəsini sevgi, təbiətlə insanın vəhdəti təşkil edir.

"Ulduz" jurnalının dekabr sayı ilə birgə oxuculara təqdim olunan kitabın layihə müəllifi Qulu Ağsəs, redaktoru isə Elnarə Akimovadır.

Faiq Hüseynbəyli 1983 - cü ildə Cəlilabad rayonunun Alar kəndində dünyaya gəlib. İlk şeiri 10 yaşı olarkən rayon mətbuatında çap olunub. 2004 - cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Yaradıcılığına görə, 2006 - cı ildə Gənclər və İdman nazirliyinin "ilin ən yaxşı gənc şairi" mükafatına, 2007- ci ildə isə birillik Prezident təqaüdünə layiq görülüb.
"Sevgi heykəli" poetik toplusunda şairin son illərdə qələmə aldığı şeirlər yer alıb.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi