ƏSAS SƏHİFƏ Ədəbiyyat Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 – II yazı

Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 – II yazı

Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 illik yubileyi ərəfəsindədir. Bu yubiley ərəfəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixindəki bəzi məqamları qələmə almağı vacib bilirik. Tariximizi unutmamaq gələcək nəslə də bir örnəkdir. Odur ki, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun rəhbərliyi, tərtibatı və təqdimatı əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi tədqiqat mərkəzinin kiçik elmi işçisi Mehdizadə Gülşənin məqaləsini təqdim edirik. Beləliklə, bəzi məqamlara səyahət edək.


Mənim üçün Füzuli müəllim işıqlı bir insandır, o, insanlara “siz lazımsınız”, “lazımlı- sınız”, “lazımlı olmağı bacarın” əxlaqını təlqin edən bir insandır. Mən Füzuli müəllimi çox sevi-rəm, onu əvvəldə qeyd etdiyim kimi özümü yad, qərib hiss etdiyim bir yerdə mənə doğmalıq işığı səpən bir insan kimi tanıyıram. Mən Füzuli müəllimə uzun ömür arzulayıram və bilirəm ki, intensiv yaradıcılıqla məşğul olan insandır, ədəbi fəaliyyətində və elmi işində uğurlar diləyirəm!

Arzu edirəm ki, xalqımızın içində belə ziyalılar çox olsun! Belə ziyalısı olan ölkə heç vaxt zəifləməz! Füzuli müəllimi bağrıma basıram. Onunla hər zaman qürur duyuram ki, belə bir insanı tanımışam!”
25 sentyabr 2018-ci il

Şəfa Əhmədovanın 2015-ci ildə Füzuli Feyruz oğlu Əsgərlinin 70 illik yubileyinə həsr et- diyi “Bir alim ömrünün hekayəti” kitabından və müəllifin xatirələrindən çox yararlandım. Kitabda tanınmış ədəbiyyatşünas-tənqidçi, uşaq ədəbiyyatı tədqiqatçısı, tənqidçi, tərcüməçi, filolo- giya üzrə fəlsəfə doktoru Füzuli Əsgərlinin elmi-nəzəri monoqrafiyaları, bədii tərcümə yaradı- cılığı haqqında yazılan məqaqalələr və 70 illik yubileyi ilə bağlı səmimi ürək sözləri, çoxşaxəli həyatı tam şəkildə öz əksini tapmışdır.

Görkəmli dilçi alim, filologiya üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Ni-zami Xudiyev “Uşaq ədəbiyyatının dəyərli tənqidçisi, tələbələrin sevimli müəllimi” sərlövhəli məqaləsində yazır: “...Onu tələbəlik illərindən tanıyıram. Mən APİ-nin dördüncü kursunda oxu- yanda o, birinci kursa üç il əsgəri xidmətindən sonra qəbul olunmuşdu. Əla qiymətlərlə oxu- yurdu, ictimai işlərdə fəal iştirak edirdi. Birinci kursdan “Məşəl” tələbə teatrının bədii rəhbəri təyin edilmişdi”.

Onun keçdiyi həyat səhifələrini vərəqləyək: 1945-ci il martın 18-də Masallı rayonunun Çaxırlı kənd orta məktəbində təhsil almış, Azərbaycan dili və ədəbiyyatı müəllimləri Məmməd Nəbiyev və Leyla xanım Əliyeva onun filologiya sahəsinə gəlişinin təməlini qoymuşlar. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin əyani şöbəsini bitirmiş, həmin ildən də orada “Məşəl” tələbə teatrının bədii rəhbəri kimi fəaliyyət göstərmiş və sonra pe- daqoji fəaliyyətə başlamışdır. “Rus uşaq nəsrinin Azərbaycan dilinə tərcüməsi problemləri (1950-1980)” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.

Bütün ömrünü uşaq ədəbiyyatının tədqiqinə və təbliğinə, bədii tərcüməyə və onun nəzəriyyəsinə həsr etmiş, bununla yanaşı, həm də təhsil aldığı və işlədiyi doğma ali məktəbdə müəllimlik sənətinin şərəfini həmişə uca tutmuş Füzuli Əsgərlinin çoxşaxəli fəaliyyətinə bir nəzər salaq.

Ədəbiyyatşünas alim Füzuli Əsgərli: bir çox elmi kitabların, 100-dən çox elmi-nəzəri, publisistik məqalənin müəllifidir. “Sənətkarın uşaq dünyası”, “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı”, “Ömrün sözü, sözün ömrü”, “Bədii tərcümə prinsipləri”, “Uşaq ədəbiyyatı: qarşılıqlı yaradıcılıq qaynaqları”, “Bədii təhlil və ədəbi tənqid”, “Sehirli dünyanın memarı” monoqrafiyalarının, “Ədəbi düşüncələr”, “Zahid Xəlilin sənət dünyası”, “Problemlər, düşüncə- lər...”, “70 ilin işığında” məqalələr toplusunun müəllifidir. Bir sıra maraq doğuran məqalələr qələmə almışdır: “Azərbaycan uşaq şeiri və ədəbi tənqid”, “Cəlil Məmmədquluzadənin Azərbay- can ədəbiyyatı tarixində mövqeyi”, “Cəlil Məmmədquluzadə əsərlərinin dili və sənətkarlıq xüsu- siyyətləri”, “Cəlil Məmmədquluzadə əsərlərinin dili və sənətkarlıq xüsusiyyətləri”, “Cəlil Məm- mədquluzadənin tərcümeyi-halı və nəsr əsərlərinin öyrədilməsi” və sair. O, həmçinin “Qızıl qələm” mükafatı laureatıdır.

Ədəbiyyatşünas alim Füzuli Əsgərlinin monoqrafiyaları haqqında müxtəlif adlı res- publika mətbuatlarında – “Ədəbiyyat qəzeti”, “Respublika”, “Azərbaycan müəllimi”, “Gənc müəllim”, “525-ci qəzet”, “Kaspi”, “Gəncənin səsi” və digər qəzetlərdə məqalələr çap edilmiş, onun alimlik fəaliyyəti və əsərləri haqqında dəyərli fikirlər söylənmişdir.

Müəllim Füzuli Əsgərli – 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirən- dən sonra “Məşəl” tələbə teatrının bədii rəhbəri kimi burada saxlanılmış, 1974-cü ildən isə dərs deməyə başlamışdır. Bu gün onun “Uşaq ədəbiyyatı” və “Ədəbi əsərlərin təhlili” fənnindən oxuduğu mühazirələr və apardığı seminar məşğələləri tələbələrin böyük marağına səbəb olur. Mühazirələrində milli ədəbiyyatın motivlərini dünya ədəbiyyatı motivləri ilə sintez halında birləşdirən Füzuli müəllim tələbələri elmi axtarışlara cəlb edə bilmiş, nəticədə bu sahədə böyük uğurlar qazanmışdır. Onun rəhbərliyi ilə Tələbə Elmi Cəmiyətdə iştirak edən tələbələrin bir çoxu birinci və ya müxtəlif dərəcəli diplomlara layiq görülmüşdür.
Füzuli müəllim həmçinin, ali və orta ixtisas məktəbləri üçün “Uşaq ədəbiyyatı” dərs- liyinin, “Azərbaycan uşaq ədəbiyyatı” və “Dünya uşaq ədəbiyyatı” adlı dərs vəsaitlərinin, dərs proqlamlarının (“Uşaq ədəbiyyatı”, “Ədəbi əsərlərin təhlili”) müəllifidir. Tədrisin keyfiyyətinin yaxşılaşdırılması, tələbələrin tədris prosesinə daha fəal cəlb edilməsi, dərslik və dərs vəsaiti tə- minatı, yeni təlim texnologiyalarının tətbiqi sahəsində qazandığı nailiyyətlərinə görə bir neçə il “İlin müəllimi” müsabiqəsinin qalibi olmuş, “İlin nüfuzlu ziyalısı” fəxri adına layiq görülmüş- dür. Bilik səviyyəsinə, təşkilatçılıq bacarığına, Universitetdə keçirilən tədbirlərdə və ictimai işlərdəki fəallığına, prinsipial səmimi xarakterinə görə professor-müəllim kollektivinin və dərs dediyi tələbələr arasında böyük nüfuz qazanmışdır.

Tərcüməçi-nəzəriyyəçi Füzuli Əsgərli – Son illər bu sahədə müəyyən dərəcədə boşluq hiss edən Füzuli Əsgərli “Bədii tərcümə prinsipləri” (2009) monoqrafiyasını qələmə almış, bu günümüzə qədər çap edilmiş nöqsanlı uşaq nəsr əsərlərinin təshih olunmasını və yenidən tər- cümə edərək nəşrini tövsiyə etmişdir. Bu elmi monoqrafiyada bədii tərcümədə daha zəruri olan obrazların mənəvi-psixoloji aləminin təcəssümü, bədii tərcümədə üslub orijinallığının və milli xüsusiyyətlərin saxlanılması, atalar sözləri, məsəllər və idiomlardan istifadə üsulları problemlərinin düzgün həlli yollarını göstərmişdir.

Qırx il tərcümə sənətinə sadiq qalan, bu gün də fəaliyyətini davam etdirən tədqiqatçı alim Füzuli Əsgərli 70 yaşı haqlasa bu gün də öz elmi yaradıcılığı üzərində yorulmadan çalışır, müasir uşaq ədəbiyyatındakı problemlərin həlli üzərində düşünür və gələcəkdə bu ədəbiyyatın yeni isti- qamətdə inkişafı üçün orijinal fikirlər irəli sürür. Milli uşaq ədəbiyyatını daha da zənginləş- dirmək üçün dünya uşaq ədəbiyyatını da dilimizə tərcümə edir...”

“Yeni Azərbaycan” qəzeti, 2015, 14 mart.(1.s.6-15)
Füzuli müəllim son illərdə də dayanmadan, həvəslə, gənc nəslə sağlam düşüncəli, savadlı, rəvan dildə tərcümə ərmağanlarını çatdırmaqdadır. Belə ki, rus yazıçılarından Yan Larrinin “Karik və Valyanın qeyri-adi macəraları” (2015), Y.Oleşanın “Üç gombul” (2016), A.Tolstoyun “Qızıl açar, yaxud Buratinonun macəraları” (2014, təzə variantda həmin əsər 2018-ci ildə “Bu- ratono” adı ilə çap olunmuşdur), “Əsrarəngiz Misir nağılları” (2017), “Türk xalqlarının nağılları” (2017), ingilis psixoloqu Stiv Biddalfın “Üç yaşa kimi hələ tezdir”, Ceyms Barrinin “Piter Pen” (2018), “Belarus uşaq ədəbiyyatı antologiyası” (2019) nəşr olunmuş, Cek Londonun “Dəniz canavarı”, Konstantin Sergiyenkonun “Ağ qüllə”, Selma Lagerleyfin “Nilsin vəhşi qazlarla qey- ri-adi macəraları”, Alan Aleksandr Milnnin “Vinni Pux”, Malala Yusifzayın “Mən Malalayam”, Anne Katrine Vestlinin “Ata, ana, nənə, səkkiz uşaq və yük maşını”, Frensis Bernetin “Balaca lord”, Herbert Uellsin “Gözəgörünməz adam”, Alrksandr Volkovun “Urfin Cyus və onun odun- caq əsgərləri”və sair əsərləri isə artıq çapa verilmişdir.

Gülşən Mehdizadə
DAVAMI VAR...

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu