ƏSAS SƏHİFƏ Ədəbiyyat Emmanuel Makron: "Fransa Dağlıq Qarabağ üzrə danışıqların davamı üçün əsas zaminlərdəndir"

Emmanuel Makron: "Fransa Dağlıq Qarabağ üzrə danışıqların davamı üçün əsas zaminlərdəndir"

"Fransa Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarının davam etdirilməsində başlıca zaminlər sırasındadır".

Analoq.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Fransa Erməni Təşkilatları Əlaqələndirmə Şurasının (CCAF) illik qala ziyafəti zamanı bildirib.

“Dağlıq Qarabağ münaqişəsinin həllində Fransa ATƏT-in Minsk qrupunun həmsədri qismində vəzifəsini icra etməklə sülh danışıqlarının davam etdirilməsində əsas zaminlərdən biridir”, - o deyib.

Dövlət başçısı həm Ermənistan baş naziri, həm də Azərbaycan Prezidenti ilə təmasda olduğunu qeyd edərək, tərəflər arasında mövcud sürətli əlaqələrin gərginliyi azaltmaq baxımından mühüm amil olduğunu diqqətə çatdırıb.

“Dağlıq Qarabağı münaqişəsinin həll olunmaması Avropada təhlükəsizlik və etimad sisteminin bərqərar edilməsi yolunda əngəldir”, - E.Makron xüsusi vurğulayıb. (report)


Analoq.azскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu