ƏSAS SƏHİFƏ Ədəbiyyat "Silirəm yad ölkələrdə, çəkdiyim istirablarımı"-Səyavuş Yusifov Vətəndağlının şeirləri

"Silirəm yad ölkələrdə, çəkdiyim istirablarımı"-Səyavuş Yusifov Vətəndağlının şeirləri

INDI SƏN HARDASAN, INDI MƏN HARDA?

Sakitlik çökübdü, evlərimizə
Laylasın çalırdı, Həkəri bizə
Faciə gəlibmiş ellərimizə
Elə bil, yatmışdıq fil qulağında
Indi sən hardasan, indi mən harda?

Bu sükut çevrildi hərb meydanına
Kəndimiz tutuldu güllə-borana
Hamımız düşmüşdük, düşmən toruna
Ata bir yandaydı, oğul bir yanda
Indi sən hardasan, indi mən harda?

Faciə yaşatdı həyat bizlərə
Çoxu əsir düşdü, oldu biçarə
Dağıldı, məhv oldu, itdi şəcərə
Elimiz, obamız qalandı odda
Indi sən hardasan, indi mən harda?

Kiminin cəsədi çöllərdə qaldı,
Kiminin cəsədin sellər apardı
Kimi qaçıb canın bir zor qurtardı
Babamdan, atamdan ayrı qalanda
Indi sən hardasan, indi mən harda?

Allah qovuşdurdu, atam-babamı
Qaçırıb gətirdim bacım-anamı
Həmin gün anladım, fani dünyanı
Kəndim, elim, obam qaldı o tayda
Indi sən hardasan, indi mən harda?

Bu dünya dağ çəkib bizi dağladı
Alnımıza qaçqın damğası yazdı
Diriykən öldürüb qəbrimi qazdı,
Elimi axtardım dağda, aranda
Indi sən hardasan, indi mən harda?

Bir sevgi yaşadım elim tək nakam
Elimə, sevgimə həsrət qalmışam
Indi cəfa çəkən qərib olmuşam
Bir alın yazısı bu Səyavuşda
Indi sən hardasan, indi mən harda?

***

BU GECƏ YUXULARIM

Için-için yedi məni dərdlərim
Nə dostlarım bildi, nə doğmalarım
Illər ötdü heç gülmədi gözlərim
Ərşə çıxdı, hər gecə yuxularım

Dərd ortağım oldu mənim siqaret
Tüstüsü duman tək havada qaçır
Dərdimi götürüb, tüstü, tez qaç get,
Sirrimi - sözümü ünvana çatdır

Beləcə aldatdım özüm-özümü,
Günü günə satdım, ayı illərə
Dostum siqaretsə yeyir ömrümü
Çürütdüm içimi verdim yellərə

Insana doğması, qardaşı yanar
Yad eldə yad yurdda yal yeyir itim
Çox dözdüm, dedim ki bəlkə də qanar
Gətirər yurduna sevinər yetim

Ay Səyavuş, heç kimsəni sınama
Hər kəsin öz dərdi, öz sevinci var
Nə dostları, nə doğmanı qınama
Tək olan Allahın dadına çatar

***

BU HƏYAT MƏNİ

Puça getdi arzularım, fələk mənə qənim oldu
Məhv elədi həyatımı,köksümdən bir bıçaq vurdu,
Həsrət qaldım sevdiyimə,sevgilim saralıb-soldu,
Baharımı qış elədi ,söndürdü bu həyat məni,

Yurduma viran elədi ,sevdiyimi ,gəncliyimi.
Heç bilmədim ,nə vaxt gəlib yaşa doldum ,
Uşaqikən müharibə ,gəncliyimdə yurdsuz qaldım
Öz canımdan ayrı düşdüm ,cananıma həsrət qaldım
Baharımı qış elədi ,söndürdü bu həyat məni,

Yurdumu viran elədi ,sevdiyimi ,gəncliyimi
Hey gəzirəm tapanmıram,yurd-yuvama bezər bir yer
Heç kimsəyə yazanmıram,bircə kəlmə,ne bir şer,
Köksüm olub param,parça bu dərd məni didir ,yeyir,
Baharımı qış elədi ,söndürdü bu həyat məni,

Yurdumu viran elədi ,sevdiyimi ,gəncliyimi
Ne dağın var ,nə aranın ,nə qışın var ,nə baharın,
Yurd-yuvandan,cananından ayrı düşüb necə qaldın?
Bu illəri yaşadınsa, Səyavuş olsun haramın!
Baharımı qış elədi ,söndürdü bu həyat məni,
Yurdumu viran elədi ,sevdiyimi ,gəncliyimi.

***

Silirəm

Silirəm, sənsiz ötən həsrətimi, günlərimi,
Silirəm, tənha qalan, yalqız ötən illərimi,
Silirəm, sevincimi, xoş anımı, kədərimi,
Həkk olub yaddaşıma, silmə ürək, bunu bil

Silirəm, hönkürərək ağladığım, anlarımı,
Çəkilib bir guşədə, sənə dalan, vaxtlarımı,
Silirəm yad ölkələrdə, çəkdiyim istirablarımı,
Həkk olub yaddaşıma, silmə ürək, bunu bil

Silirəm, sənlə qoşa gəzdiyim hər, izlərimi
Silirəm, sənlə kəsən halal duzu, çörəyimi
Silirəm, dillərdə əzbər olan saf eşqimi, sevgimizi,
Həkk olub yaddaşıma, silmə ürək, bunu bil.

Silirəm, öldürürəm, dəfn edirəm, Səyavuşun
Silirəm, əğyarımı, itirirəm cənnət quşun.
Silirəm, özgürlüyün, kölə qalır çalıquşun.
Həkk olub yaddaşıma, silmə ürək, bunu bil.

***

HƏLƏ QALIB XOCALININ QISASI

Əsrdə ən böyük faciə oldu
Uşaqlar,qadınlar sürgün olundu.
Qocalar,qarılar səhrada dondu
Uşağın,körpənin ucaldı ahı,
Hələ qalıb Xocalının qisası.

Həmin gün Tanrı da üzün çevirdi
Şuşa da, Ağdam da üzün çevirdi.
Başda oturanlar satqınlıq etdi,
Geydi bütün onlar kəfən libasın
Hələ qalıb Xocalının qisası.

Erməni dığası təkcə deyildi,
Onlara quduzlar kömək edirdi.
Zirehli tırtırla o kəndə girdi
Bir kəndə sığmadı elin sədası
Hələ qalıb Xocalının qisası.

O kənddə Əlif tək igidlər vardı.
Quduzlar önündə çarəsiz qaldl.
Özlərin ölümə onlar tulladı,
Aldı o yerleri düşmən gədası
Hələ qalıb Xocalının qisası.

Günahı kimindir, bu işlər kimin?
Söz verib almadı, sənin rəhbərin,
Hər gələn elədi bu xalqı əmin,
Öldürdü körpəsin düşmən dığası
Hələ qalıb Xocalının qisası.

Satqınlıq elədi bizim rəhbərlər
Gəldi hökumətə o gün gədələr.
Kreslo dözmədi, sonra getdilər
Çəkdi öz yerinə eli-obası
Hələ qalıb Xocalının qisası.

Səyavuş yenə də çarəsiz qaldı,
Tələbə neyləsin? hələ ki,qaldı
Yəqin ki,nə vaxtsa ora alındı
Qırıb ermənini, kəndi alası
Həmin vaxt Xocalı qisas alası.

***

VƏTƏNIMƏ GEDƏYDIM KAŞ

Oturmuşam qərib eldə,
Fikirlərim minbir yerdə.
Cəhd elədim gedəm bir də,
Vətənimdə olaydım kaş,
Gedən yerim olaydı kaş!

Düşmüşəm ləpir izinə,
Palçıq çıxıbdı dizimə,
Dönüb baxıram özümə,
Azmayaydım yolumu kaş,
Gedən yerim olaydı, kaş.

Dərdimi böldüyüm biri,
Əl çatmayan ümdə yeri,
Mən ölmüşəm sənsə diri,
Dolanardım boynuna kaş,
Həp yanımda olaydın kaş.

Səyavuşam üzüm qara,
Vətənimiz düşüb dara.
Görən haçan çıxıb yola,
Öz elimə gedəydim kaş,
Qubadlıma dönəydim kaş..

Səyavuş Yusifov Vətəndağlı

Analoq.az

скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu