• 19:30 – Masallı sakini Ermənistan vətəndaşı olmaq istəyir 
  • 10:30 – Brilliant Dadaşova:"Efirdən bixəbər, səriştəsiz "aparıcılarımız” get-gedə çoxalır” 
  • 15:22 – Pakistan Səfiri Naxçıvanın daimi nümayəndəliyinə gəlib 
  • 22:44 – Bayramın- İladi Öməroğlundan bir poetik sovqat 
  • 19:41 – Milyonçu Cənnət Əliyev gitaraçı Musa Musayevi müğənni edib 
  • 16:58 – Dəhşətli yanğında ölən azərbaycanlıların sayı 5-ə çatıb 
  • 11:16 – Namiq Hacıheydərli “Canlı əfsanə”-sini təqdim etdi 
  • 11:16 – Namiq Hacıheydərli “Canlı əfsanə”-sini təqdim etdi 

Bəhruz Xəlil:"İnsanlar ağcaqanad dişləməsindən yoluxursa"

  • Tarix: 15.03.2016, 00:18,
  • Bölmə: Ədəbiyyat
  • Baxılıb: 5625
Bəhruz Xəlil:"İnsanlar ağcaqanad dişləməsindən yoluxursa" Bəhruz Xəlil:"İnsanlar ağcaqanad dişləməsindən yoluxursa" Bəhruz Xəlil:"İnsanlar ağcaqanad dişləməsindən yoluxursa"
Bu qumlu sahilin qəmi çatışmır,
dalğalı saçının,qumu çatışmır,
hamının içində hamı çatışmır,
dünyanı özünə yaradıb Allah..

Isti otaqların,soyuq vaxtıdır,
soyuq baxışların ilığ vaxtıdır,
qaranlıq gecənin,işığ vaxtıdır,
bir ümid doğulur,ölü bətndən.

İnsanlar dilinə güc verir elə,
dilin də şirini,acısı olur...
nəhayət birinə inanır adam,
ürək sirrlərini açası olur.

*****************

Ər evinə gedən gözəl,
gedirsən bədbəxt olmağa.
Ağ don belə vacibdirmi,
birinə qismət olmağa?

Bu nə haydır,bu nə haray?
Kədərinə oynayanlar
sevincdən göz yaşı tökür
birisi kamil şəkildə,
biri ondan naşı tökür...

Göydə mələklərin gəlir yuxusu
yerdə insanların yatıb çoxusu,
köynək ütüsüylə,corab qoxusu,
sən demə xoşbəxtlik sinvolu imiş

*****************

Oğluma....

Həyatdır da,
birini tapanda üçünə həsrət qalırıq.
Biz də sənin kimi;
iki insanın birləşməsindən yaranmışıq
Sən hələ uşaqsan,bilməzsən
ən möhtəşəm mətnlər də
sözlərin birləşməsindən əmələ gəlir....

Sən hələ bilməzsən,
uşaqlar,cəhənnəmin
əvəzində vəd olunan cənnətdən bir şey anlamaz.

Bir də küləklər ağacların yarpaqlarını yolanda
dəli kimi ağlayanlar görüb,ağlama...
onlar sevgidən yetim qalanlardı....
sevgi elə bir şeydir ki,
quru,qupquru...
insanlar ağcaqanad dişləməsindən yoluxursa
özünü hər şeydən qoru.!скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV