Mərhəm Coğazli



Mərhəm Coğazli

DÜNYA..

Oğul-qız sahibi olan günündən
Kasıbı odlara atırsan, dünya.
Aldanıb dövlətə, aldanıb vara,
Mərdi namərdlərə satırsan, dünya.

Özümdə bilmirəm, bu qədər niyə,
Tutduğun əməllər gizlənsin deyə,
Bənzədib özünü məsum körpəyə
Yaltaqlar qoynunda yatirsan, dünya.

Çiçəktək saralıb, solan Mərhəmin,
Buludtək boşalıb, dolan Mərhəmin,
Hər şeyə tamarzı qalan Mərhəmin,
Başını şeirlə qatırsan, dünya..



Ay Allah!...mən necə Vətən oğluyam?

Bağımda bəhrəmi yeyənmirəmsə,
Bir kəlmə sözümü deyənmirəmsə,
Yurduma,yuvama dəyənmirəmsə,
Ay Allah!...mən necə Vətən oğluyam?

Nərgizlər,lalələr boynunu büküb
Topxana meşəsi saçını töküb
Başımın üstünə duman,çən çöküb
Ay Allah!...mən necə Vətən oğluyam?

Düşmənin ağzında yağ olub torpaq
Varlıya bəhrəli bağ olub torpaq
Mərhəməm,qəlbimdə dağ olub torpaq
Ay Allah!...mən necə Vətən oğluyam?



Kim yazacaq bu dünyada?

Yanıb-yanıb sönsə şair
Sönüb külə dönsə şair
Zirvələrdən ensə şair
Kim yazacaq bu dünyada?

Həzin əsən küləklərdən
Şehli-şehli çiçəklərdən
Yurdumdakı mələklərdən
Kim yazacaq bu dünyada?

Dağ səfalı yaylaqlardan
Diş göynədən bulaqlardan
Şəfəq saçan sabahlardan
Kim yazacaq bu dünyada?

Coğazlıyam,coşa-coşa
Sellər kimi daşa-daşa
Neçə bəndlər aşa-aşa
Kim yazacaq bu dünyada?

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi