Vaqif Qüdrət:"Açılmadı düymələri əslinin"

Vaqif Qüdrət:
Tarix: 21-03-2016, 01:59 Toplam: nəfər paylaşdı.


Vaqif Qüdrət:"Açılmadı düymələri əslinin"
Mənim yolum

Mən bu gün
nə qılıncından qan daman,
əkdiyi,biçdiyi yalan iqtidarın,
nə də öz içindən min bir yerə haçalanan,
min bir yerə parçalanan
müxalifətin şairiyəm.
Mən dünəni qanlı-qadalı,
bu günü dumanlı,
sabahı gümanlı,
kirpiyiylə od götürən
bir millətin şairiyəm.
Allahı həqiqət,
qazancı zillət,
əlləri sabha uzalı
ümidimin,gümanımın şairiyəm.
Bir haqq üçün qılınc çalan
vicdanımın şairiyəm.
Başımın üstündə Domokl qılıncı dayansa da,
ümidlərim neçə-neçə namərdin
qəzəb vulkanında yansa da,
dönmərəm əqidəmdən,öz yolumdan.
Gedəcəyəm bu yolu
ümiddən gümanacan.
Gedəcəyəm bu yolu o yerə qədər ki,
ömrüm çatır hayanacan.

*********************

Dünya köhnə dünyadır...

Belə heyrətlə baxma bu dünyanın üzünə
Deyəsən,mat qalmısan əyrisinə,süzünə.
Yoxsa,doğmaların da yad görünür gözünə?
Dünya köhnə dünyadır,küləkləri təzədir.

Daha haqqa çatmayır məzlumların ahı da,
Haq olub nahaqları,nahaq olub haqqı da.
Yer allahları saymır göydəki allahı da,
Dünya köhnə dünyadır,fələkləri təzədir.

O gedən gözələ bax_tanımadınmı sən də?
Beş-altı sevgiliyə yar olur bircə gündə.
Məhəbbət də mat qalıb xəyanətin önündə
Dünya köhnə dünyadır,mələkləri təzədir.

Dünya ələyir bizi_ələyi də özündən,
Düzlük ilişib qalır,əyri keçir gözündən.
Əyrilər dünyasında düzlük bezib düzündən
Dünya köhnə dünyadır,ələkləri təzədir.

Arzular ümidləndi,amma uça bilmədi,
Dünyanın fitnəsindən kimsə qaça bilmədi,
Dədəm,babam da ondan heç baş aça bilmədi,
Dünya köhnə dünyadır,kələkləri təzədir.

*********************

Bir gəlin cehizi

Bir gəlin cehizi qayıdır geri,
Haraysız inləyir qəlbimin simi.
Maşına yüklənir qəmli mebellər
Ölmüş bir sevginin tabutu kimi.

Yeni yuvasını isidəmmədi,
Yeni yuvasında isinəmmədi.
Elə bil ki,geri qayıtdığından
Cer-cehiz özü də xəcalətlidi.

Gündüz gətirdilər toy-bayram ilə,
Gör necə gəlmişdi,gör necə gedir.
Gələndə görk idi cavan qızlara,
Oğurluq mal kimi o gecə gedir.

İllərlə qorunan bu əziz şeylər
Gözdən necə düşdü gör bircə gündə.
Ər evində bəzək olasıydılar,
Göz dağı olacaq ata evində.

Atılımış üst-üstə büllur qab-qacaq,
Elə bil gərəksiz sovxadır-nədir.
Nə qədər qiymətli olsa da onlar,
Bir ilıq sevgini əvəz etməyir.

"Can-ciyər" qudalar durub üz-üzə,
Durub min illərin düşməni kimi.
Deyən yox,oğuldan,qızdan xəbərsiz
Axı siz qoydunuz bir vaxt bu himi.

Axı siz sevdiniz,siz bəyəndiniz
Oğuldan xəbərsiz,qızdan xəbərsiz.
Deyən olmadımı düşmən olmayın
Bizə ay doğmalar,bizdən xəbərsiz.

Bu dərd dağdan ağır,dünyadan ağır
Bu dərdin yanğısı fələk dirəyi.
Bu dərdə döz görüm ata vüqarı,
Bu dərdi çək görüm ana ürəyi.

Bir gəlin cehizi qayıdır geri,
Haraysız inləyir qəlbimin simi.
Maşına yüklənir qəmli mebellər
Ölmüş bir sevginin tabutu kimi.

*********************

Açılmadı düymələri əslinin

Kərəm baba ,bu sevdada çaşmısan,
Aldanmısan,gör kimə baş qoşmusan,
Yanlışının yanğısına düşmüsən,
Açəlmadı düymələri Əslinin.

Qara keşiş bu dünyanı aldadır,
Qarabağın bəxti qara bağdadır.
Telli sazdan bircə qırıq sim qalır,
Açılmadı düymələri Əslinin.

Bu yanğının odu düşdü hər yana,
Harayımız yetişdimi cahana?!
ATƏM getdi,ATƏT gəldi meydana,
Açılmadı düymələri Əslinin.

Sən yanan od muştuluqdu yanımda,
Əsrlərin yanğısı var canımda.
Tək özüm yox,yandı din-imanım da,
Açılmadı düymələri Əslinin.

Mənliyimiz,vüqarımız uçuldu,
Qeyrət adlı divarımız uçuldu,
Bu dünyanın çox düyünü açıldı,
Açılmadı düymələri Əslinin,
Açılmadı düymələri Əslinin.
скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10