Bizi izləməyi unutmayın

#Ədəbiyyat / #Araşdırma

Əli Kərim:"Doğrusu,ölüm də yadımdan çıxıb"

22-03-2016, 17:30 | 1 7382 dəfə baxılıb.

Əli Kərim:"Doğrusu,ölüm də yadımdan çıxıb"
Otuzdan çox yaşamışam...
Göyçayda,
Bakıda,
Moskvada,
Tiflisdə.
Arabada, təyyarədə,
Gah qum üstdə,
Gah dənizdə.
Sevgi toranında,
Mühazirə salonunda.
Sevgilimlə bir-birimizə deyəcəyimiz
İki söz arasında.
Xəstə olarkən
Həkimin mənə etdiyi çarəsində.
Bəzən baş tutmayan şeirimin
Dağılmış divarlarının xarabasında,
Bəzən söz yarışında.
Bəzən ölüm sözünün polyar qışında.
Bəzən günlərimi başlı-başına buraxıb
Onlarsız əylənmişəm.
Sonra da günlərin məni atıb
getdiyindən gileylənmişəm.
İllərimin çoxusu mənimlədir,
Ailəmin üzvüdür.
Yoxlayanda bir-bir,
Görürəm bəzisindən
günlər düşüb,
hara düşüb?
Nə vaxt düşüb?
Eh, onlar çoxdan ötüşüb.
Bəzisi toz olub ayaqlar altında.
Bəzisi hansı maşındasa yadımdan çıxıb gedib.
Bəzisi
bir vaxt kənarında
Yaşadığımız çayın
suyunda axıb gedib.
Amma eləsi də var ki,
itməyib,
könlümü incitməyib.
Elə saatım var ki, ağac olub
Bir dost bağında,
Hər dəqiqəsi bir meyvəyə dönüb
Göy budağında.
Boynuna qol salıram saatımın
Otururam ömrümün
bir parçasının kölgəsində:
Düzürük qızıl yanaqlı dəqiqələri
On dörd günlük Ay-boşqaba,
yeyirik şirin-şirin.
Hər il təkrarı olacaq
bu dəqiqələrin.
Hərdən düşür dəqiqələr budaqlardan
yerə bir-bir.
Sahibini görüb gəlir, onlar nədir,
Saatım var,
Bir insan sevincində
bir hissədir.
Solmuş bir təbəssümün
Parıltısını qaytarmış.
O ölməmiş. O ömr edir.
Anlarım var:
Leysan yağışı kimi yağmış
Kövrək bır insan qəlbinə;
Bitirdiyi çiçəklər
mükafatdır mənə.
Oğlanlarıma baxıram:
Boylu-buxunlu günlərimdir.
Nurlu gecəm, al səhərimdir.
Şeirlərimə baxıram:
Demə, ölmüş günlərimdir.
Yanıb dəftərə tökülmüş günlərimdir.
Otuzdan çox yaşamışam.
Peşman deyiləm.
Gələcəyə baxıram,
Dayan!
Gör nə deyirəm.
O hələ ömründən deyil,
Düşün axşam-səhər
Sən onu fəth etməlisən
Sən zərrəsinə qədər.

2 aprel, 1964

******************

Qayıt

Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!

Ümidlər, arzular pəran-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir;
Axşamlar yadıma düşür səhərim.

Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.

Qayıt, yerinə qoy Ayı, Günəşi, -
Yenə olduğutək görüm həyatı
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı!

******************

İki sevgi

Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mənsə səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir,
rahatca bardaş qurub,
- Kabab üstdən sərin su pis olmaz - deyən kimi.
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi.
O isə səni sevir,
Bir şən mağarda, toyda,
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasm nəfəsin.
Mən ki səni sevirəm,
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi.
O isə səni sevir,
Gizli deyil ki, səndən,
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək, nə deyirsən!
Arama yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm.
Nöqtə, nöqtə və nöqtə.

1953

******************

Kədər başdan-başa sinəmi tutmuş,
Nəfəs almağa da yer saxlamamış.
Fəsilllər astaca üstündən keçər,
Əriməz ordasa boranlı bir qış.
Bircə qış fəslini qəbul eyləyər,
Bir-biri üstünə yığılar qışlar,
Sinəmdə hökm edər
ikiqat, üçqat
Sıx yağan
dolular,
qarlar,
yağışlar.
Bir insan nəfəsi əridə bilər
Sinəmin hakimi bu ağır qışı.
Amma o gözdə də bir qış görürəm –
Tökər qış üstünə
qarı,
yağışı.

1966

******************

Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm,
nə xoşbəxt,
xoşbəxt!
Bu gün eşitmişəm bunu həsrətdən.
Niyə yazmamışam o zaman, Allah,
Əlimə qələm də gəlməyir indi.
De, niyə aradan küləklər əsir?
Aramız, de, niyə belə sərindir?
İçdiyim o su da səadət imiş,
İşə getməyim də, qayıtmağım da.
Ona baxmağım da xoşbəxtlik imiş,
Onu yuxusundan ayıltmağım da.
Dünya başdan-başa səadət imiş,
Mənsə bu dünyanın qoynundayammış,
Dünya fırlanırmış sevinc gücüylə,
Bəs indi nə olub belə dayanmış?
Göylər səadətin çətiri imiş,
Torpaq da səadət məhvəri imiş.
Gecələr toranlı vüsal məskəni,
Hər səhər,
ruhumun səhəri imiş.
Dilin quruyaydı sənin, ay həsrət,
Sən bu gün könlümü tarımar etdin.
Ya bunu vaxtında deyəydin mənə,
Ya da ki lal olub heç dinməyəydin.
Dünya başdan-başa səadət imiş,
Görəsən, heç bir də olarmı yenə?
Dünya başdan-başa nə imiş dedin?
Dünya başdan-başa nə imiş, de nə?!

******************

Ölümdən sonra

Kiçik bir dərdim vardı,
Dünya da gözümdə qəmxanəydi.
Bir az ondan ağır gələn
Dedim bunun yanında nəydi.
Bundan sonra hər dərdim olanda
Deyirəm qəmgin olma.
Özünə, özümə güləcəksən
Bir başqa qəm gələndə,
Bəs, öləndə?..

1969

******************

Ürəyim çox yaman sancdı.
Dedim ölüm sevgi kimi ürəyimə
Gizli-gizli necə qonub.
Yoxsa boşluq olub orda,
Yoxsa orda sevgi sönüb.
Yox,
sönməyib!..
O sönərmi?
O vuruşur ölümlə
vəfalı dostum kimi.

1969

******************

Ağrıya bir-iki söz

Ağrı, yaxın gəlmə,
girmə araya.
Get,
yoxdur ölümdən çəkinəcəyim.
Həyatı qorxmadan necə alıbsa
Elə də verəcək mənim ürəyim.
Dəyişmə rəngləri,
qaraltma günü,
Olümün gözünün içinə baxım.
Kimdi vəkil edən səni, bilmirəm.
Çəkil, get, avara,
üzlü qonağım!..
Doğrusu,ölüm də yadımdan çıxıb –
Soxulub girmisən aramıza sən.
De, bu nə hay-küydür?
De, qoruyursan
Mənimi ölümdən,
onumu məndən?
Qoy görüm kişinin sifətini bir.
Qoy baxım,
anlayım kimdir düşmənim.
Görüm ölümü də olduğu kimi,
Düzlüyün vurğunu - könlümdür mənim.

1969скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Mədəniyyət

Bülent Ersoyun birinci əri Cem Adler haqda yeni məlumatlar ortaya çıxıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

Bakıda bir uşaq anası itkin düşüb.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

Fərqanə Mehdiyeva..

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Kriminal

Ana 22 yaşlı oğlunu axtarır - işləmək adı ilə evdən çıxdı, itkin düşdü

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının