Eldar Nəsibli Sibirelin şeirləri

Eldar Nəsibli Sibirelin şeirləri
Tarix: 8-02-2016, 16:21 Toplam: nəfər paylaşdı.


Eldar Nəsibli Sibirelin şeirləri
ELDAR NƏSİBLİ SİBİREL
ƏYİLMƏZ BAŞINI UCA TUT VƏTƏN-1990

Ağlama yaraşmır sənə göz yaşı,
Qurut gözləriyin yaşını, vətən.
Axı qalda gərək igidin başı,
Uca tut əyilməz başını, vətən.

Yamanca ağırmış Vətən, daşımız,
Onu qaldırmağa "dostlar" can çəkir.
Yox, daha oyanıb qan yaddaşımız,
Bizi azadlığa daha qan çəkir.

Zaman dost-düşməni bir-bir tanıdır,
Ölməyir Əsliyçün Kərəmlərimiz.
Sinəmiz Şəhidlər Xiyabanıdır,
Orda dəfn etmişik ərənləri biz.

Yolları uzundur özünü dərkin.
O yol igidlərin qanından keçir.
Sənin oğulların, Vətən, sevin ki,
Döyüşdə səndən yox, canından keçir.

Kökünün qədrini biləni varsa,
Nəsillər sabaha ümid daşıyır.
Azadlıq uğrunda öləni varsa
O xalqın yaşamaq haqqı yaşayır.

Qələbəyə saxla göz yaşlarını,
Azadlıq boylanmır sənə yad kimi.
O gün şəhidlər də baş daşlarını.
Düşmənə sıxacaq avtomat kimi.

Əyilməz başını uca tut ,Vətən
Azadlıq arzulu igidlərinlə.
Ömrü yaz ömrü tək qərənfilləşən,
Məzarı - and yeri şəhidlərinlə.

QƏRİBSAMİŞƏM-1972
Bu axşam nədənsə yaman kövrəyəm
Közərib od alır fikrim, xəyalım.
Bu axşam həsrətlə vuran ürəyəm.
Dağılıb, pərişan olubdur halım,
Sənsən, doğma yurdum, könlümə düşən,
Bu gün səndən ötrü qəribsəmişəm.

Hanı bir mahnının tilsimiylə mən,
Bir yaşıl çəməndə yatıb qaldığım?
Qaçan cüyürlərin çəhrimiylə mən,
Yorub yollarını əldən saldığım,
Ay damğacı düzüm, ay yanıq meşəm,
Bu gün səndən ötrü qəribsəmişəm.

Hanı dalğa-dalğa coşub-kükrəyən
Sevgi fərəhimin uçan gülüşü?
Zalım qardaşından qorxub titrəyən
Bir qız dodağının qaçan gülüşü?
Görüşə gecikən, gözü-bənövşəm,
Bu gün səndən ötrü qəribsəmişəm.

Görəsən, fikrindən keçirir nələr?
Gözü yolmu çəkir anamın indi?
Beşiyim başında uzun gecələr
Yuxuma da layla çalanım indi.
İstərəm bu dərdi sənlə bölüşəm,
Ana, səndən ötrü qəribsəmişəm.

SEÇİLMİR Kİ, SEÇİLMİR 1987

Bu zamandır dalğalanan qəminin
Dəryasından keçilmir ki, keçilmir.
Dil-dodağın çatlasa da, əlac yox,
Suyu şordur, içilmir ki, içilmir.

Dünya - qoca tüstülənir demisi,
Namərdləri qərq eləyir gəmisi.
Məhrəm əllə biçilən eşq zəmisi,
Yad əllərdə biçilmir ki, biçilmir.

Eh...kiminə oyun gəlir namus,ar,
Kimini də yoldan edir sərvət, var.
Torpaq üstə fərqlənsə də adamlar,
Torpaq altda seçilmir ki, seçilmir.

MƏN KÖH­NƏ Kİ­Şİ­YƏM

Mən köh­nə ki­şi­yəm, ba­la,
Nuh ad­lı sir­dən gəl­mi­şəm.
Ha­ra türk aya­ğı də­yib,
Mən hə­min yer­dən gəl­mi­şəm.

Bir az şa­man du­a­sı­yam,
Bir az gü­nəş ha­va­sı­yam.
Gə­lən əs­rin ava­zı­yam,
Ötən əsrdən gəl­mi­şəm.

Do­da­ğım­da tür­kü, şər­qi.
Do­lan­mı­şam qər­bi, şər­qi.
Ya cüt, ya tək, eh... nə fər­qi
Han­sı əsrdən gəl­mi­şəm?!

Bu dağ­lar tərs, avand ye­rim.
Qa­ya­la­rı sa­pand ye­rim,
Hər şə­hid qəb­ri - and ye­rim...
Gör ne­çə pir­dən gəl­mi­şəm.

“37*” - ağ­rım, acım...
Bu ta­le­dən ha­ra qa­çım?!
Qal­ma­yıb öz­gə əla­cım,
Ad­sız qə­bir­dən gəl­mi­şəm.

Təb­ri­zim-ar­zum, mu­ra­zım.
Ta­le­yim­də qa­ra ya­zım.
Bir az səbr et, Xan Ara­zım,
Mən də­li Kür­dən gəl­mi­şəm.

Si­bi­rel, sə­nə ya­xı­nam.
Gö­zün­dən qa­çan yu­xu­nam.
Sür­gün­də qa­lan ru­hu­nam,
Qar­lı Si­bir­dən gəl­mi­şəm.скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10