• 19:13 – Bütün Türkiyə bu çay stəkanından danışır-Xəbərin ardını oxu 
  • 14:40 – Etibar Məmmədov İsa Qəmbərin istefa ərizəsini görün necə təqdim edib 
  • 13:22 – Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində “Qurtuluş - 25 ” adlı tədbir keçirilib 
  • 13:06 – Gülnar Səmanın xaricdə monoqrafiyası çap olundu 
  • 18:56 – Məhəmmədin Məhəmmədi... 
  • 21:02 – SDU-da “Açıq qapı” günü keçirildi 
  • 13:25 – HÜSEYN CAVİDİN «ANA» ƏSƏRİNİN SƏHNƏ TƏCƏSSÜMÜ 
  • 23:58 – Qazax rayonunun inkişafı kimləri narahat edir və ya rayonun başçısı Rəcəb Babaşova qarşı qərəzli yazıları kim təşkil edir 

Gəray Göyyurd - Öldürməyə gedirik !

  • Tarix: 11.04.2016, 12:00,
  • Bölmə: Ədəbiyyat
  • Baxılıb: 52 815
Gəray Göyyurd - Öldürməyə gedirik ! Gəray Göyyurd - Öldürməyə gedirik ! Gəray Göyyurd - Öldürməyə gedirik !

GEDİRİK

Haydı , igid əsgərlər ,
Qan ağlayan Vətəni
Güldürməyə gedirik.
Gücümüzü yağıya
Bildirməyə gedirik !
Şuşada bülbülləri
Dindirməyə gedirik .
Erməni bayrağını
Endirməyə gedirik .
Düşmənin ocağını
Söndürməyə gedirik .
İşğalın təkərini
Döndərməyə gedirik .
Biz ölməyə getmirik ,
Öldürməyə gedirik !

YAĞILARA VERMƏRİK

Yaradanla əhdi -peyman bağlarıq ,
Aşıb -daşan çaylar kimi çağlarıq ,
Qan ağlayan Vətən ilə ağlarıq ,
Ana yurdu güldürməsək gülmərik ,
Vətən,səni yağılara vermərik !

Yurd sevgisi müqəddəsdi , uludu ,
İnsan olan bu sevginin quludu !
İşimiz haqq, yolumuz haqq yoludu ,
Haqq yolundan heç bir zaman dönmərik ,
Vətən , səni yağılara vermərik !

Köhnə yurda yürüş durur qabaqda ,
Hər əzaba duruş durur qabaqda ,
Bir ilahi vuruş durur qabaqda ,
Vuruşarıq ,qorxu nədir bilmərik ,
Vətən , səni yağılara vermərik !

Haqqa hörmət davasıdır bu dava ,
Torpaq , millət davasıdır bu dava !
Namus , qeyrət davasıdır bu dava ,
Kişi adın üstümüzdən silmərik,
Vətən , səni yağılara vermirik !

Düşmənlərdən öc alarıq , ay Vətən ,
Bir əvəzi üç alarıq , ay Vətən ,
Tanrımızdan güc alarıq , ay Vətən ,
Səni azad eləməsək ölmərik ,
Vətən səni yağılara vermərik !


MİLLƏTİM

Bu müqəddəs vətən üçün
Çox qanlar tökdü millətim !
Qeyrətini bu torpağa
Toxumtək əkdi millətim !

Qılıncdı çəkilib qına ,
Demə su alıb ağzına !
Düşmənlərin boğazına
Ley kimi çökdü millətim !

Biri dönüb üç olacaq ,
Köhnə yurda köç olacaq .
Gec olacaq , güc olacaq
Bir azca ləngdi millətim !

Bir səngərdi hər daş , ocaq ,
Kül altında yanır ocaq !
Bu gün -sabah oyanacaq ,
Yatmış pələngdi millətim !скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV