Ədəbiyyat saatı

Ədəbiyyat saatı
Tarix: 5-02-2016, 21:16 Toplam: nəfər paylaşdı.


Ədəbiyyat saatıAFƏT İSAX


..Gəlmədim!...


Sordun, “istəmirsən məni görəsən?”


Düşüncən qəlbimi sıxdı...


Gəlmədim!


O gün deməmişdim, indi biləsən,


Hər dəfə göz yaşım axdı...


Gəlmedim!





Mənədək hər kəsə nağıl danışdın,


Bəxtindən incidin, təzdən barışdın,


Bilirdim, mənimçün noğul almışdın,


Gördüm ki, istəyən çoxdu...


Gəlmədim!





Dedin gözlərimin nuru çəkilib.


Bu üzdən qaranlıq yola dikilib.


Mən görən bağçaya yad gül əkilib,


Gözündən başqası baxdı...


Gəlmədim!





Çox baxdım eşqimin barsız bağına.


Bülbüllər qonmadı gül budağına.


Mən burda həsrətkən...yar dodağına,


Özgə dodaqları sıxdı...


Gəlmədim!





Mən leysan çiləyən bulud baxışam,


Gec gəldim, ömründə yersiz naxışam,


Mən səndən incidim...şimşək də axşam,


Bəxtimə qəfildən çaxdı...


Gəlmədim!





Bir gün namə yazdın “sənsizlik” adı,


Oxudum, duyuldu ruhun fəryadı,


Səslədim!.. Gəl dedim, heyif olmadı,


Sənsizlik məni də yaxdı...


Gəlmədim!





O gündən ürəyim bir yasdı saxlar.


Tutar göz yaşını yağışla ağlar.


Sən “oldu”dediyin, o “kimsə”ki var,


Dedilər yaşayır, sağdı...


Gəlmədim!


***


“Xəyalımdakı dünyam”


Nə gözəl bir dünyan varmış,


Lap cənnəti xatırlatdı.


Deyim inan, bu məktubun


Mənə milyon gözəl duyğu,


Milyon təmiz hiss yaşadıb,


Düşününcə xəyalımda


Əvəzsiz “tablo” yaratdı.





Xəyalımda olan dünya?


Mənim dünyam?


“Mənimsə dünyam” çox kiçik.


Orda yoxdur adam yoran,


Sonu gəlməz uzun yollar.


Orda hər şey ani olar,


Heç tükənməz xoş xəyallar





Orda yoxdur bir utancaq


Qızcığazın göz yaşlarıi.


Düşünməz ki, nə olacaq,


Qayğısızdır baxışları.





Orda vardır min bir rəngdən


“Doğan” əsil o yeddi rəng.


Hara desən çəkər səni,


Xəyalında olan istək.





Bambaşqadır orda gecə,


Sözlər aciz anlatmağa.


Heç bilmirəm deyim necə,


Bu fikirlə xəyal qursan,


Ürək gəlməz göz açaraq


Bu dünyaya qayıtmağa.





Orda başqa milyonlarca,


Yaşanmalı duyğular var.


Mənim isə o dünyanın


”Xəyalında xəyalım var”:


“Orda bir sən,


Bir də mənəm”


Vallah...


Billah..


And içirəm..


Səndən özgə..


Səndən ayrı...


Mən heç bir şey istəmirəm.


***


Oda aşiq


Içimdə tufanlar məskən salanda.


Sığınıb eşqimə hay salmamışam.


Ruhum baş götürüb tərk edib məni.


Mən ondan inciyib gen olmamışam.





Zərgər axtarmışam dünya aləmdə.


Bəlkə cilalalaya zəri qəlbimdə


Boş keşən hər gündən iz qalıb məndə.


Illərlə xoş günə oyanmamışam.





Hər kəs söyləyir ki, gözü suluyam.


Dindirən olmadı qəlbi doluyam.


Mən oda aşiqəm, nurun quluyam.


Ona gedən yoldan ayrılmamışam.







***


Ədəbiyyat saatı


HABİL VƏLİYEV





Qayitsan keçər...


Görmək istəmirsən bəlkə də məni,
Üzümdə, gözümdə nağilim bitib.
Cibim ciriq idi, sənə gələndə,
Yolda tökülübdü, noğulum bitib.

Qəlbmdə qəza var, yəqin ondandir,
Işiği kəsilib gözlərimin də.
Qaranliq yollarda itib, batibdi,
Mənasi qalmayib sözlərimin də.

Dolub baxişlarim bir bulud kimi,
Bəlkə də yağisdan qorxdun, gəlmədin
Dedin, islanaram, dodaqlarima
Dilimin ucundan baxdin, gəlmədin.

Yağmayan bu yağiş, nə də qaranliq,
Nə olsun simama soyuq don biçər.
Qəlbimdə baş verən qəfil qəzaya,
Səbəb sənsizlikdir, qayitsan keçər.

Görmək istəmirsən bəlkə də məni,
Üzümdə, gözümdə nağilim bitib.
Cibim ciriq idi, sənə gələndə,
Yolda tökülübdü, noğulum bitib.


***


BİR DÜNYADAN DANIŞACAM…



Bir dünyadan danişacam bu gün sənə.
Salxim salxim söyüdlərin
yollar boyu kölgə salib izlədiyi,
o dünyadan.
Əllərində məktublarim,
Bir əsmərin gecə boyu, gündüz boyu bir qaralti
gözlədiyi o dünyadan.

Bir dünyadan danişacam,
Min bir rəngdə,
Min çalarda boyanibdir.
Səmasindan asilibdir göy qurşagi,
Yeddi rəngun sirasinda bir ümidin
Mavi rəngi dayanibdir

Bir dünyadan danişacam.
Gecə boyu ulduz axmir.
Günəş batmir,
Bəyaz bulud otağinda ayla veribdi baş - başa .
Aşiqləri hələ bilmir nədir həsrət,
Ayriliqlar həsrət qalib
yanaqlardan axan yaşa.

Bir dünyadan danişacam,
Bu dünyadan çox uzaqda
yuxu kimi, nağil kimi gəlsə belə,
amma ki var…
Bələdçisi eşq, məhəbbət olanlarin
Qəlblərindən o dünyaya gedər yollar.


***


Eşqin yolçusu



İçimdə bir üsyan, dilimdə qandal,
Səsim də çixsaydi haray deyərdim.
Şirin söz olsaydi süfrəmdə ruzim,
Tikdiyim daxmaya saray deyərdim.

Sərgərdan dərviş tək gəzib dünyani,
Qəlblərdə arardim gizli ünvani,
Bir səndə saxlayib vaxti, zamani,
Səmazən səfində halay deyərdim.

Dərdimi danişib bir axar suya,
Səsləndim insana, kim duya - duya,
Bu cahil dünyadan küsən arzuya,
Siniq bir nənnidə lay-lay deyərdim.

Hardasa bir əsmər gələndə dilə,
Mənə qəfəs olur öz cismim belə,
Sən eşqin yolçusu dedin Habilə,
Mən sənə umduğum o pay deyərdim.скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10