• 18:30 – Messencerlərdəki yazışmalar izlənəcək 
  • 16:00 – Atəşkəsin pozulması göstərir ki, status-kvo dayanıqsızdır 
  • 15:00 – Göyçaylılar Göyçay-Avtonəqliyyat ASC-nin müdirindən şikayət edir 
  • 14:30 – Nazir vətəndaşları qəbul edib 
  • 12:00 – Millət vəkilləri AŞPA-nın yay sessiyasında iştirak edəcəklər 
  • 11:00 – Goranboyda təbii fəlakət təsərrüfata ciddi ziyan vurub 
  • 10:00 – İqor Dodon iyunun 22-də Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib 
  • 22:05 – Azərbaycan və Türkiyə qoşunlarının Türkiyədə təlimlər keçirməsi isə Ermənistanı daha da təşvişə salıb. 

Xristian şairin İmam Əlidən yazdığı kitab ana dilimizdə

  • Tarix: 27.03.2016, 23:27,
  • Bölmə: Ədəbiyyat
  • Baxılıb: 5363
Xristian şairin İmam Əlidən yazdığı kitab ana dilimizdə Xristian şairin İmam Əlidən yazdığı kitab ana dilimizdə Xristian şairin İmam Əlidən yazdığı kitab ana dilimizdəQanun nəşriyyatında yeni kitablar çap olunub. Kulis.Az-ın məlumatına görə bunlar Nəcib Məhfuzun “Yeni Qahirə”, Mark Levinin “Haradasan?” və Corc Cordağın “İmam Əli” kitablarıdır.
Nəcib Məhfuzun “Qahirə romanları” silsiləsinə daxil olan “Yeni Qahirə” romanı təhsilini yenicə başa vurmuş, gələcəyə ümid və həyəcanla baxan dörd gəncin hekayəsidir. Dördü də istedadlıdır. Dördü də cəmiyyətin “orta təbəqəsi”nə aiddir. Universiteti bitirən gənclər acı bir həqiqətlə üzləşirlər – nazirlikdə onların bilik və istedad baxımından layiq olduğu yerlər artıq tutulmuşdur... Nazirin qohumları tərəfindən.

Roman Misirdə gedən sosial-iqtisadi dəyişiklikləri, şəhərin yenidən tikilib dəyişilməsini deyil, yeni nəslin, yeni ictimai-fəlsəfi baxışların yaranmasını əks etdirir. Romanın baş qəhrəmanı Məhcub Əl-Daim oxucu qarşısında heç bir mənəvi dəyərləri olmayan və yalnız özünü düşünən xudbin bir obraz kimi dayanır. Kitabın tərcüməçisi Hülya Aslanovadır.

Mark Levinin “Hardasan?” kitabında Suzan və Filippin məhəbbətindən bəhs edilir. Kitabın tərcüməçisi Aysel Namazəliyevadır.

“Əlinin İsadan üstün olduğunu deməyə dinim, İsanın Əlidən üstün olduğunu qəbul etməyə isə vicdanım icazə vermir” deməklə Hz. Əliyə çox böyük sevgi bəslədiyini etiraf edən livanlı xristian şair, yazıçı və dramaturq Corc Cordağın “İmam Əli (ə) insan ədalətinin səsi” əsəri dünya müsəlmanları tərəfindən böyük rəğbətlə qarşılanıb. Onun beş cilddən ibarət olan bu əsəri ingilis, fars, urdu və s. dillərə tərcümə edilib.

Kitabın tərcüməçisi Famil Şirvanovdur.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV