Tahir Talıblı:"Bilməzsən göylərdə nə var"



Yerin tanrının yanımı,
Belə ucadı bilmədim.
İstədim açım qapını
Halın necədi bilmədim.

Yeddi qat sirrər oyatdı
Yeddi dağ, bələn oynatdı,
Sözün içimi göynətdi
Könlün incədi bilmədim.

Çixmaqnan bitməz hər yoxuş
Bitməz, saqqalı agarmış
Bizdən öncə ölüm varmış
Ölüm öncədi bilmədim.

*******

Ayrılıq elə dərd deyil
Ayrılıq ağrıdı, gülüm.
Ayrılıq can almasa da
Ayrılıq ağrıdır, gülüm.

Çeşid-çeşid dərdlər varsa
Gəlib də qəsdinə dursa
Sən allahın altında dur
Allahın üstündə dursun.

İçimdə dərdlər ağrıyır,
Gözümdə dərdlər səyriyir
Məni sizdən ayırırsa
Çəkdiyim dərdlər ayırır.

*******
Ömründə ən uca yer
Ölümə yıxıldığın yerdi.
Ən çox özünə bənzəyən
Ən çox sıxıldığın yerdi.

İçin-içində qurduğun
Yorub-yortub yorulduğun
Son ümidi də qırdığın
Yanıb-yaxıldığın yerdi.

Öz-özünə darıldığın
Axıb-axıb durulduğun
Bəlkə bir gün var olduğun
Bir gün yox olduğun yerdi.

*******

Canımızdan şirə çəkir
Əcəl dartıb gora çəkir
Bu yol bizi hara çəkir
Şah olub onda bilərsən.

Gedə-gedə heçə çıxır
Özəşikdi öcə çıxır.
Can boğazdan necə çıxır
Ah olub onda bilərsən.

Tək çəkilən, dərdə nə var,
Ta qalmağa yerdə nə var.
Bilməzsən göylərdə nə var
Ruh olub onda bilərsən.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi