Niftalı Göyçəli "Elə ki haqqa gəldin, denən şərdən əl çəkdin"



Niftalı Göyçəli "Elə ki haqqa gəldin, denən şərdən əl çəkdin"


BİR GÖYÇƏ VAR...

Bir Göyçə var əsir, zəbum
Haqsız bu yer kürəsində.
Bir Göyçə var adı bizim,
Özü yağı pəncəsində.

Bəli, qardaş, içimizdə
Oğuz eli-bir Göyçə var
Könlüm hərdən o, yerlərdə
Pəvriz edib tutur qərar.

Budur, indi dayanmışam,
Şah dağnının zirvəsində.
Bulud məndən aşağıdır,
Əlçimlənib sinəsində.

Cərgələnib yaşıl dağlar,
Firuzə qaşlara bənzər.
Nərgiz, lalə, göy bənövşə
Yamaclarda çəkir nəzər.

Büllur kimi şəfaf aydın,
Uyumuşdur Göyçə gölü.
Səmanı əkis edir sular,
Göy meşədir sahil- çölü.

2000-ci il Bakı şəhəri


TANRININ ŞAH ƏSƏRİ...

Dövrəmiz göyçəmən, bənövşəlikdir,
Dayanıb qarşımda bir dağ çiçəyi.
Nazikbədən, alyanaqlı mələkdir-
Sevdiyim qız Göyçənin ən göyçəyi.

Bu məhəbbət növrağında ürəyim
Bütün kainatı sarmış sevinclə,
Arzularım, duyğularım, diləyim
Qoşalaşıb göydə günəş, bürc ilə.

Sevdiyim qız yerin-göyün hər varı,
Ulduz desəm-gözləridir bənzəri.
Ay söyləsəm -camalıdır oxşarı,
O xilqətdir – Tanrının şah əsəri.

1967-ci il Dərə kəmdi


DÜNYA ÇƏPƏLDİ

Göyə əl qaldırdım, çaxnaşdı aləm,
Yerdə addım atdım, yer lərzə gəldi...
Eşitdim hardansa gələn bir səsi,
Dedi: -Çabalama, sonu əcəldi!..

Dedim:-Nəyə lazım bu ağıl idrak,
Möminlik, insanlıq əməl olsun pak?
Kiminsə mayası- şər, nadan, salak,
Bu necə yaranış, bu nə əməldi?

Dedi:-Gecə-gündüz, yeddi təzadlar,
Sizə çəkişmədir arzu-murazlar.
Şeytana uymasın ağlı dayazlar,
Əməlin ölçüsü- Quran gözəldi.

Dedim:- Az görürəm Haqq-ədaləti,
Zalım öndə gedir, çoxdur sürəti.
Şeytan minib-çapır bu bəşəriyyəti,
O nəyə gərəkmiş, bizə əngəldi?

Tutub yer üzünü yalan, hiylə, şər,
İnsan var bənzəri vəhşidən betər...
Qışqırır cani də:-Aallahu əkbər!
Göyçəli, bu dünya belə çəpəldi!


ÇALA...

(dodaqdəyməz cığalı təcnis)

“Sarıtel” səslənə-eşqin ezazı,
İçində səslənən eşqini çala.
Aşıq sazın ha çala,
Eşqli çala-çala
Deyə haqq ayəsindən,
Səsi azana çala.
Dərd, kədər sinəndən çəkilə gedə,
Elə şadlanasan nəşə əl çala.

Şirin xəyalları alasan ələ,
Gəzəsən yaylada yarla ələlə.
Aşıq deyər ələlə,
Ara-axtar qan, ələ,
Hiyləgər gec, ya da tez
İlişər keçər ələ.
Gənc qız ahıl eşqin salarsa ələ,
El tənə eyləyər ağılsız çala.

Ey tale, tərslikdən sən də əl çək, din,
De ki, dərdi elə sən əzəl çəkdin.
Aşıq deyər əl çəkdin,
Sənlik deyil, əl çək, din,
Elə ki haqqa gəldin,
Denən şərdən əl çəkdin.
Ay Göyçəli, dərdə sığal- əl çəkdin,
Dağladı sinəni dərd çala-çala!скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi