• 00:17 – Azərbaycanın ilk hərbi nazirinin məzarı təmir olunub - Fot/Video 
  • 22:29 – 210 saylı məktəbin şagirdləri 12 dekabr– ümummilli lider Heydər Əliyevin anım gününü belə qeyd etdilər 
  • 02:05 – Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad 
  • 22:50 – Müəllif "Vətən adlı dərdimə bax"ı təqdim etdi 
  • 19:01 – Bərzani və Bərzanilər (2) 
  • 16:30 – Şamaxı rayon Mərkəzi kitabxanasının əməkdaşı doğum gününü qeyd edir 
  • 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 17:30 – Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 

Adil Mirseyidin şeirləri

  • Tarix: 13.02.2016, 01:26,
  • Bölmə: Ədəbiyyat
  • Baxılıb: 5544
Adil Mirseyidin şeirləri Adil Mirseyidin şeirləri Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş
şəhərində ziyali ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləmişdir (1975-1978). Sonra Bakıda müxtəlif vəzifələrdə çalışmışdır (1978-1983). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində iki il redaktor vəzifələrində çalışmışdır (1992-1993).
XX əsrin 70-ci illlərinin axırlarından dövrü mətbuatda şeirlər çap etdirir. "Azərbaycan" və "Ulduz" jurnallarında silsilə şeirləri dərc olunmuşdur. "Güzgüdəki adam", "Bulud Adam", "Nəğmə Adam", "Vernisaj şeirlər", "Ay Suvarisi", "Amor Fati" şeirlər. "Hardan baxsan görünən adam" (monoqrafiya), "Ruhlarla İnsanlar Arasında" (esselər), kitablarının müəllifidir. Rəsul Rza mükafatının laureatıdir. "Vektor" Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Gümüş Arzu Türk Ədəbiyyatına xidmət ödülünə, Bahar Simpadisi ödüllərinə layiq görülüb.Şeirləri rus, ingilis, fransız, alman, ispan, eston və s. dillərə tərcümə olunub.İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 200-dən artıq esse və məqalənin müəllifidir. Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, Türkiyədə və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır.Uzun sürən xəstəlikdən sonra 17 iyul 2014-cü ildə Bakıda vəfat etmişdir.


Mənim şeirlərim beşinci mövsümün şeirleridir.Siz yaşayan dünyada dörd fəsil mövcudur.Yaz, yay, payız, qış.Mən beşinci mövsümün adamıyam -beşinci mövsüm mənim içimin könlümün mövsümüdür.

gecikmiş məhəbbət

ulduzlar mənimdi mən ulduzların
bilməzsən dünyanın harasındayam
amma harda olsam bu yer üzündə
sənin gözlərini qaradındayam

dilimin ucunda deyilməmiş söz
dilimin ucunu yandırir adın
sənin duaların qoruyur məni
hər zaman üstümdə bəyaz qanadın

yenə də başımda cazz havası var
elə gözəldi ki dəli oluram
o havaya yazdım mən bu şeirimi
udum udum qüssə ilə doluram

mən röyamı sənə göstərə bilsəm
özünü görərsən yahu aynada
bəlkə bir zamanlar gerçək olacaq
sənə göstərdiyim yuxu aynada

**************************

sənsizlik

lampanı söndürmədən uzandım yatağıma
sənsizlik barmaqları ucunda girdi otağıma
içim ağrıyır gözlərim dolur
ay döyür pəncərəmi

sənsizliyin kölgəsi düşdü aynaya
aynada yağmur yağırdı guya
masanın üstündə səninçün yazdığım şeirlər
ay döyür pəncərəmi

ömrün talesiz labiritlərində
ölümlə üzləşdiyim anlarıxatırladım
xatırlmaz olaydım
ay döyür pəncərəmi

gözlərimi yumub ölərəm dedim canım
ölərəm dedim ölmədim
saata baxdım dayanıb zaman
ay döyür pəncərəmi

**************************

60x60 ölçüdə kətan
zaman içində zaman
səhərlər pəncərədən gün işığı düşür
çəkilməmiş bir əsərin üstünə
ağ kətanda xatirələr canlanır yenə
gözə görünməz dalğalar qabarır
çəkilir çəkilir qabarır
gün batımında sıra sıra mor dağlar
və sarı rəngin həsrət acısı
ağ kətanda rəsmi hələ çəkilməmiş bir çocuk var
ilin bütün fəsillərində könlümdə ilk bahar
heç kimin bilmədiyi dildə gülümsəyir tanrısına
göy üzündə buludlar qaynayır
dağ yolundan bir qərib yolçu keçir
qara sevda var dərdli başımda
ölümlə oyun oynayır zaman dışında
60x60 ölçüdə kətan
zaman içində zaman
məkan içində məkan
insan içində insan

**************************

fevral sonatası

göyüzünün dənizlə qarışdığı bu gündə
dəli könlüm qədəriylə barışdığı bu gündə
bir təpədə oturmuşam bir ağacın altında
ölüm çıxıb keçdi yoldan qara yallı atında
yalnız bir sevdayla sevdalanmışdı könlüm
at belində mənə baxıb gülümsəyirdi ölüm
necə xilas eləyim sevdalanmış könlümü
məni əfv eləməsən yaxın yaxın qoymam ölümü

indi hansı fəsildi dənizin o tayında
aldanıb çiçəklədim bəyaz fevral ayında

**************************

ağdaşda bir yaz günü

ağdaşda bir yaz günü
göyüzü naxış naxış
qəbirstana gedən yol
təzəcə kəsib yağış

nəm torpaq üzərində
çinarların kölgəsi
yarpaqlar arasında
gizlənibdi quş səsi

quşların səsi qəmli
amma hava gözəldi
unudulmuş bir şeir
birdən ağlıma gəldi

mən əcəl şərbətini
içib gedəcəm bir gün
yaz yağışı içindən
keçib gedəcəm bir gün

necə təsəlli edim
mən səni bu halında
bir çinar hiçqıracaq
dəmir yol vağzalındaскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV