Vidadi Məmmədlidən şeir

Vidadi Məmmədlidən şeir


Vidadi Məmmədlidən şeir

BAĞIŞLA MƏNİ

Ad günün mübarək Gülüstan qızım
Sən mənim sevincim,həm dan ulduzum,
Atalı-analı ay yetim quzum
Əgər bacarırsan,bağışla məni.

Ata nəvazişin görməmisən sən
Ona görə məni sevməmisən sən,
Yaxşı ki yaşamışam,ölməmişəm mən
Əgər bacarırsan,bağışla məni.

Ad günlərinizi sizsiz keçirdim
Dərd badəsini sizsiz içirdim
Hardan biləsən ki,sizi sevirdim
Əgər bacarırsan,bağışla məni.

Şükürlər olsun ki,indi anasan
Talenin oynudu sən anlıyasan
Sən hərdən oxuyub xatırlıyasan
Əgər bacarırsan,bağışla məni.

Nə yaxşı ki ali təhsil aldınız
Valdeyin geninə sadiq qaldınız
Vidadinin ürəyində varsınız
Əgər bacarırsan,bağışla məni.скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10