Sakit Qaratorpaqdan şeirlər

Sakit Qaratorpaqdan şeirlər


Sakit Qaratorpaqdan şeirlər


***
Xoşuna gəlsə də,
gəlməsə də
elə buyam.
Bir az kobud,
bir az cansıxıcı,
bir az quruyam.
Neyləyim?!
Budur olanım,
qalanım,
filanım...
Qarışıb gerçəyə
yalanım.
Sənindi hökm,
fərman!
Hər şey
öz əlində...
Ancaq unutma
haqqı,
verəndə qərar;
Etdiyin səhvi
eləmə təkrar.

***
Bacarmadım
yalvarmağı,
diz çökə bilmədim
qarşında,
Sızıldaya bilmədim...
Ah-uf eləmək
gəlmədi əlimdən,
vay- şivən
qopara bilmədim,
xoşuna gəlsin deyə
gülmədim,
Ağlamadım
daş ürəyin
yumşalsın deyə...
dəyişə bilmədim
özümü,
Demədim sənə
deyiləsi
çox sözümü...
...indi
gecdi daha,
yaş,o yaş deyil,
bəlkə də
ürəyin daş deyil,
yoxdu
bir özgə bəhanən.
Ancaq
nə sən- osan,
nə də mən-mənəm....

***
Eh,at getsin
daha köhnə qəlibləri,
vecə gəlməz,
bu qəlibdə
"bişən" şeir
yoldan saxlamaz adamı;
bir gözləri badamı,
küsər gedər,
gecə gəlməz...
Kif atıb
köhnə fikirlər,
paslanmış mismar kimidi,
qışdan qalan
qar kimidi,
qurdu çıxıbdı üzünə.
Qafiyələr-
köhnə-kürüş,
toz-torpağın içindədi,
kirin-pasın içindədi.
baxırsanmı nə gündədi?
bəlkə yuyunmur min ildi...
Qəfil bir yağışa möhtac...
yuyuna bir-təzələnə!
gözəllərin gözlərində
güzgülənə,
darana bir!
dönüb ola
təzə şeir.


***
Sən də küsüb gedərsən
küsüb gedənlər kimi.
Göz yaşlarım sel olar,
yuyar ayaq izini.

Gedirsən,qayıtmağa
söz yeri saxla bir az.
Birdən elə gedərsən
dönməyə üzün olmaz.

Bilirəm,gedəcəksən,
Gəlməyin getməyi var.
Xahişimi unutma,
Ayrılığa salamlar
скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10