Türkü savaşa səsləyən şairimiz Sərvər Məsum

Türkü savaşa səsləyən  şairimiz Sərvər Məsum


Türkü savaşa səsləyən  şairimiz Sərvər Məsum

TÜRKÜN SAVAŞ ZAMANIDI

Hey qoruyub öz yurdunu,
Unutmayıb boz qurdunu,
Haraylasın ordusunu,
Tanrımızın imanıdı
Türkün savaş zamanıdı.

Bozqır keçib, dəniz aşan,
Ulus gəzib,el dolaşan,
Hanı boz qurd,hanı yovşan,
Dağda bulud dumanıdı,
Türkün savaş zamanıdı.

Əldə bayraq, əldə silah,
Yurdda kədər, yurdda min ah,
Qoşulmasaq olar günah,
Qardaş andın amanıdı,
Türkün savaş zamanıdı.

Torpaq qana hopsun,qana,
Dua etsin hər bir ana,
Anı verməyin gümana,
Bu millətin son anıdı,
Türkün savaş zamanıdı.
Türkün savaş zamanıdi


TÜRK OĞLU

Uzaq durma zamanından,
Torpaq yoğur öz qanından,
Öz ruhunu öz canından,
Soyan türk oğlu oyan,
Oyan,türk oğlu,oyan

Kökü kökə qatan gəlib,
Harayına çatan gəlib,
Qurd ağızlı atan gəlib,
Oyan,türk oğlu, oyan,

Tanrı duysun min ahını,
Geri döndər sabahını,
Öz içində günahını,
Duyan türk oğlu, oyan,
Oyan,türk oğlu,oyan,

Ərənlərin çəksin nərə,
Səda versin hər dağ-dərə,
Qalx,hökm eylə tarixlərə,
Oyan, türk oğlu, oyan,

Türküstandan rüzgar əsdi,
Bu Metedən gələn səsdi,
Durğunluğun daha bəsdi,
Dayan, türk oğlu, dayan,
Oyan türk oğlu, oyan,

Gözləməkdə hər çay-dəniz,
Tiflis,Tümen,KərkükTəbriz,
Türküstanda silinməz iz,
Qoyan türk oğlu, oyan,
Oyan,türk oğlu,oyan

Vaxtı vermə ildən-ilə,
Tanrıdan bütövlük dilə,
Vicdanını ilğım ilə,
Yuyan türk oğlu, oyan,
Oyan, türk oğlu,oyan,

Tax atının qanadını,
Qılınc eıə inadını,
Bu dünyaya türk adını,
Yayan türk oğlu,oyan.
Oyan türk oğlu,oyan


, TÜRKÜN ENMEZ BAYRAĞI VAR

Sahib çıxıb şanlı ada,
Türküstanı gəz piyada,
Oğuz xan da düşsün yada,
Orxa eli, oymağı var,
Türkün enməz bayrağı var

Turan eli, Anadolu,
Burdan keçib türkün yolu,
Fəlsəfəsi, adı ulu,
Ağrı adlı bir dağı var,
Türkün enməz bayrağı var

Gəz vətəni, el-obanı,
Soydaşını bir-bir tanı,
Torpaq olub türkün canı,
Bozkır adlı torpağı var,
Türkün enməz bayrağı var

İgidləri bellər bükən,
Yer şumlayan, torpaq əkən,
Düşmənlərə dırnaq tökən,
Bir zəhmli qırmağı var,
Türkün enməz bayrağı var

Daim yaşar igid kimi,
Tarixlərə şahid kimi,
Savaşlarda şəhid kimi,
Ya da qazi olmağı var
Türkün enməz bayrağı var

O torpağa, yurda vurğun,
Təmiz yollu qurda vurğun,
Hey çalışar, düşməz yorğun,
Soya sahib çıxmağı var
Türkün enməz bayrağı var

Güvənər öz yaddaşına,
Sahib çıxar soydaşına,
Arxa durar qardaşına,
Yurt yerində qalmağı var,
Türkün enməz bayrağl var,
Türkün şanlı bayrağı var,


***
Yol bağlanıb yurddan-yurda
Hər addımda dərd dolanır,
Ümid qalıb bir boz qurda.
Gör nə vaxtdı qurd ulamır.

Yol dirənib uçuruma,
Çaş qalmışam bu duruma,
Çaqqal çıxır hüzuruma,
Gör nə vaxtdı qurd ulamır.

Bir həsrət var göz yaşımda.
Atlar çapır yaddşımda.
Uca-uca dağ başında
Gör nə vaxtdı qurd ulamır

Yoxdu daha ümid verən.
Çıxmır yola nə ər-ərən,
Ulayarmı bir də görən,
Gör nəvaxtdı qurd ulamır.

Səsi düşə bu ulusa,
Gənc yaşlıya qulaq asa,
Oyanmarıq ulamasa,
Gör nə vaxtdı qurd ulamır.

Hər an sadiq qalıb anda,
Gözləyirik dörd bir yanda
Ulu-uca Türküstanda,
Gör nə vaxtdı qurd ulamır.

QARA DƏNİZ

Harda olsa yurda dönən,
Dönüb bozca qurda dönən,
Türkün düşüb dara dəniz,
Qara dəniz.

Tatar,özbək,qazaxını,
Türkmən,uyğur ocağını,
Şahə qalxıb ara dəniz,
Qara dəniz.

Sibir,Kərkük,Dərbənd,Təbriz,
Bozkırlarda qalan o iz
Olub para-para,dəniz,,,
Qara dəniz.

Sakit axır İtil çayı,
Türk oğlunun yox harayı,
Qəlbim olub yara dəniz,
Qara dəniz.

Duyursanmı de ahları,
Ataların o ruhları,
Çəkir məni dara dəniz,
Qara dəniz.

Yatağından yol arama,
Sən məlhəmsən bu yarama,
Oldərdimə çara dəniz,
Qara dəniz,

Haçalanıb daha yollar,
Öndə tufan,boran və qar,
Çətin məni yora dəniz,
Qara dəniz.



***
Mən olandan məni üzən.
Ulu,.uca yurd gəzirəm,
Canımda,qanımda gəzən,
Ata ruhlu qurd gəzirəm

Acılarla yandı içom,
Döyüş olsun candan keçim,
Bundan başqa yoxdu seçim
Hər şey olub sərt gəzirəm

Səsimi ellərə yayan,
Hayqırtımı həmən duyan,
Öz suyunda sıxıb-yuyan,
Ovunacaq dərd gəzirəm

Yola çıxdım yolum uzaq,
Çiçək dərdim qucaq-qucaq
Qurulubdur yenə tuzaq,
Gözüm olub dörd gəzirəm

Haray çəkim döyüşməyə,
Dərdliylə dərd bölüşməyə,
Turanımla görüşməyə
Özümə həmdərd gəzirəm


***
Dərd mənə simsardı,mən dərdə simsar,
Canımda çəkdiyim ağrı-acıdı,
Dərd məni zəncirlər,qəm məni asar,
Mənim gözlədiyim dar ağacıdı.

Divlə əlləşirəm hey sübhə qədər,
Dərd çəkir,uzadır böyüdür məni,
Ürəyim dəyirman dəniysə kədər,
Qatır dən gözünə üyüdür məni.

Çırpılıb yerlərə yeksan oluram,
Həlak eyləyirəm özümü hədər,
Piyada gedirəm,atlı oluram,
Ancaq yol gedirəm özümə qədər.



скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10